Sualınız var? Bizə yazın

Məni mesajlarda təhqir edirlər. Nə etmək olar?

Məqalə yeniləndi 30.08.2021
Bizim saytda təhqirlər və spamlar qadağandır. Sayt dostcasına ünsiyyət və xoş əyləncəli vaxt keçirmək üçün nəzərdə tutulmuşdur! Əgər kimsə sizə təhqiramiz mesaj göndəribsə, bu istifadəçidən cəsarətlə şikayət edin. Bunu etmək çox sadədir:
  1. sizi təhqir edən mesaj/şərhin yanındakı üç şaquli nöqtəyə basın;
  2. görünən ""Spam"" düyməsinə basın;
  3. ""şikayət et"" düyməsinə basmaqla, əməliyyatı təsdiq edin.
Vəssalam!
Əgər istifadəçinin dərhal blok edilmədiyini görsəniz, narahat olmayın.
Saytda pozuculara qarşı mübarizə aparmağın xüsusi sistemi mövcuddur. O, çox mürəkkəbdir və gizli saxlanılır (pozucuların onun işi barədə xəbərdar olmaması üçün). Əsas odur ki, bütün şikayətlər hərtərəfli yoxlanılır və heç bir pis məqsədli pozucu cəzasız qalmayacaq.
Yeri gəlmişkən, xoşagəlməz istifadəçini qara siyahıya əlavə edə bilərsiniz və o, artıq sizə mesajlar yaza, həmçinin profilinizi nəzərdən keçirə və hədiyyələr göndərə bilməyəcək. Bunu necə etmək barədə burada oxuya bilərsiniz.
Bu cavab faydalı oldu? 
Bəli
Xeyr