Məktəbi - mə'rifətullahə çıraqbandı Hüseyn. Kərbəladə nə murad etsə idi hasil idi, Ətəşindən deyil, insanlıq üçün yandı Hüseyn. Elə zənn eyləmə ki, getdi Hüseynin dövrü, And ola Xaliqə, hər dövrdə sultandı Hüseyn. "O ki, bir adi ərəbdir" deyənə vay olsun, Ürəyi daş nə bilir höccəti- Sübhandı Hüseyn. Sözünü dərk qılan mə'rifətullahi tapar, Qəlbi sirab eyləyən çeşmeyi- imandı Hüseyn. Müşkülün həll olar ol şahə təvəssüllə, könül, Sahibi - fəzlü kərəm, mənbeyi- ehsandı Hüseyn. Əmriya, vəsfinə acizdi dil ol Mövlanın, Şe'rə tə'rifi sığışmaz, böyük insandı Hüseyn. Müəllif: Qəzəlxan Ağasəlim Əmri.
ALLAHA XATİR HZ.ƏLİ (ə.s) HAQQINDA DÜZÜNÜ DANIŞ
:Namiq Bagirov
Ruhu tə'lim eləyən sahibi - irfandı Hüseyn,
Məktəbi - mə'rifətullahə çıraqbandı Hüseyn.
Kərbəladə nə murad etsə idi hasil idi,
Ətəşindən deyil, insanlıq üçün yandı Hüseyn.
Elə zənn eyləmə ki, getdi Hüseynin dövrü,
And ola Xaliqə, hər dövrdə sultandı Hüseyn.
"O ki, bir adi ərəbdir" deyənə vay olsun,
Ürəyi daş nə bilir höccəti- Sübhandı Hüseyn.
Sözünü dərk qılan mə'rifətullahi tapar,
Qəlbi sirab eyləyən çeşmeyi- imandı Hüseyn.
Müşkülün həll olar ol şahə təvəssüllə, könül,
Sahibi - fəzlü kərəm, mənbeyi- ehsandı Hüseyn.
Əmriya, vəsfinə acizdi dil ol Mövlanın,
Şe'rə tə'rifi sığışmaz, böyük insandı Hüseyn.
Müəllif: Qəzəlxan Ağasəlim Əmri.