Əhli-beyt (ə) tərəfdarlarından və şiələrdən olan Muxtar ibn Əbiubeydə Səqəfi İmam Hüseynin (ə) şəhadətindən sonra Əhli-beyti (ə) və şiələri sevindirən ilk şəxs idi. O, Kərbəla hadisəsindən sonra İmam Hüseynin (ə) intiqamını almaq üçün qiyam etdi və Kərbəla hadisənin yaranmasında rolu olanları və İmamın (ə) qatillərin öldürdü. Muxtar bu hərəkəti ilə həm Əhli-beyti (ə), həm də şiələri sevindirdi. Tarixdə qeyd olunur ki, Muxtar, İbn Ziyadın başın İmam Zeynəlabidinə (ə) göndərəndə İmam onun üçün dua etdi. Muxtarın qiyamı Əhli-beyt (ə) düşmənlərini çox narahat etdi. Ona görə də qiyamın dəyər və qiymətini azaltmaq məqsədi ilə Muxtara müxtəlif töhmətlər vurdular. Onların töhmətlərindən biri də Muxtarın şiə olmaması və Keysaniyyə məzhəbindən olmasıdır. Hətta Muxtarı bu məzhəbin banisi kimi də tanıtdırırlar. Keysaniyyə məzhəbinin tərəfdarları İmam Əlinin oğlu Məhəmməd Hənəfiyyəni imam kimi qəbul edirlər. İmam Səccad (ə) və ondan sonrakı imamların imamətini qəbul etmirlər. Muxtarın bu məzhəbə mənsub olduğunu iddia edən deyir ki, Muxtar Məhəmməd Hənəfiyyəni İmam Mehdi kimi tanıtdırırdı. Məhəmməd Hənəfiyyə 81-ci ildə (h.q) öləndən sonar onun Keysaniyyə ləqəbli tərəfdarları dedilər ki, Məhəmməd ölməyib, Mədinə yaxınlığındakı Rəzva dağında yaşayır. İstədiyi vaxt gələcək. (Tarixi təhliliye İslam, Dr.Şəhidi, səh. 201) Muxtar haqqında edilən iddia aşağıdakı dəlillərə əsasən düzgün deyil: Əhli-beytin (ə) onun haqqında buyurduqları: Hədislərdə qeyd olunur ki, İmam Baqir (ə) və İmam Sadiq (ə) ona üç dəfə rəhmət göndərmişdir. Muxtar, İbn Ziyadın başın İmam Səccada (ə) göndərəndə Həzrət, Allahdan onun üçün böyük əcr və mükafat istədi. (Ricali-Kəşşi, səh. 125-127) Tarixi fakt: Tarixdə gəlmişdir ki, Muxtar İmam Səccad (ə) üçün qiymətli hədiyyələr göndərirdi. Əgər Həzrətin imamətin qəbul etməsəydi, hədiyyələri Məhəmməd Hənəfiyyəyə göndərərdi. (Əmali Səduq, səh. 335) Alimlərin nəzərləri: Əllamə Hilli: Şiənin böyük alimlərindən olan Əllamə Hilli Muxtarı, özünün “Əl-xülasətül-əqval fi mərifəti əhvalir-rical” kitabında on iki imam şiələrindən bilimişdir.( Əl-xülasə, səh.169) Əllamə Maməqani: “Muxtarın düzgün əqidəsi barədə heç bir şək-şübhə yoxdur. O, müsəlman və on iki imamçı şiədir. Muxtar İmam Zeynəlabidinin (ə) imamətin qəbul edirdi.” Əllamə bu iddianı hədislə sübut edir və deyir: Muxtarın əqidəsinin düzgünlüyünü isbat edən dəlillərdən biri də budur ki, İmam Əli (ə) onun haqqında buyurmuşdur: "Kufənin əmiri, Muxtarı, o, Bəni-Üməyyədən neçə min nəfər öldürməyincə öldürə bilməyəcək. (Tənqihul-məqal, 3/205) Ayətullah Xoyi: Bəzi Əhli-sünnə alimləri Muxtarı Keysaniyyə məzhəbinə nisbət verirlər. Onlar bu iddiaların Kəşşinin sözünə istinad edirlər. Bu iddia mütləq şəkildə batildir. Çünki Məhəmməd Hənəfiyyə imamlıq iddiası etmirdi ki, Muxtar camaatı onun imamətinə dəvət etsin. Muxtar Məhəmməd Hənəfiyyədən qabaq qətlə yetirildi. Keysaniyyə məzbəbi isə Məhəmməd Hənəfiyyənin ölümündən sonar yarandı. Muxtarın Keysan adlanmasının səbəbi İmam Əlinin (ə) onu "kəyyis" adlandırmasıdır. (Mocəmu ricalil-hədis, 18/102) Yuxarıdakı dəlillər və sübutlar Muxtarın keysaniyyə məzhəbinin banisi olmadığını və onun Məhəmməd Hənəfiyyəni İmam Zaman(ə.c) elan etməsi iddiasının yalan və iftira olduğunu sübut edir. Paylawaq (Idris)
✵الله☾✰☝ﷲÝÅﷲ Ξ Ξ ﷲ☝☾✰✵ ALLAH اﷲ313لله
:✵Bayramov 083✵
MUXTAR SEQEFI HAQQINDA
Əhli-beyt (ə) tərəfdarlarından və şiələrdən olan Muxtar ibn Əbiubeydə Səqəfi İmam Hüseynin (ə) şəhadətindən sonra Əhli-beyti (ə) və şiələri sevindirən ilk şəxs idi. O, Kərbəla hadisəsindən sonra İmam Hüseynin (ə) intiqamını almaq üçün qiyam etdi və Kərbəla hadisənin yaranmasında rolu olanları və İmamın (ə) qatillərin öldürdü. Muxtar bu hərəkəti ilə həm Əhli-beyti (ə), həm də şiələri sevindirdi. Tarixdə qeyd olunur ki, Muxtar, İbn Ziyadın başın İmam Zeynəlabidinə (ə) göndərəndə İmam onun üçün dua etdi. Muxtarın qiyamı Əhli-beyt (ə) düşmənlərini çox narahat etdi. Ona görə də qiyamın dəyər və qiymətini azaltmaq məqsədi ilə Muxtara müxtəlif töhmətlər vurdular. Onların töhmətlərindən biri də Muxtarın şiə olmaması və Keysaniyyə məzhəbindən olmasıdır. Hətta Muxtarı bu məzhəbin banisi kimi də tanıtdırırlar.
Keysaniyyə məzhəbinin tərəfdarları İmam Əlinin oğlu Məhəmməd Hənəfiyyəni imam kimi qəbul edirlər. İmam Səccad (ə) və ondan sonrakı imamların imamətini qəbul etmirlər. Muxtarın bu məzhəbə mənsub olduğunu iddia edən deyir ki, Muxtar Məhəmməd Hənəfiyyəni İmam Mehdi kimi tanıtdırırdı. Məhəmməd Hənəfiyyə 81-ci ildə (h.q) öləndən sonar onun Keysaniyyə ləqəbli tərəfdarları dedilər ki, Məhəmməd ölməyib, Mədinə yaxınlığındakı Rəzva dağında yaşayır. İstədiyi vaxt gələcək. (Tarixi təhliliye İslam, Dr.Şəhidi, səh. 201)
Muxtar haqqında edilən iddia aşağıdakı dəlillərə əsasən düzgün deyil:
Əhli-beytin (ə) onun haqqında buyurduqları:
Hədislərdə qeyd olunur ki, İmam Baqir (ə) və İmam Sadiq (ə) ona üç dəfə rəhmət göndərmişdir. Muxtar, İbn Ziyadın başın İmam Səccada (ə) göndərəndə Həzrət, Allahdan onun üçün böyük əcr və mükafat istədi. (Ricali-Kəşşi, səh. 125-127)
Tarixi fakt:
Tarixdə gəlmişdir ki, Muxtar İmam Səccad (ə) üçün qiymətli hədiyyələr göndərirdi. Əgər Həzrətin imamətin qəbul etməsəydi, hədiyyələri Məhəmməd Hənəfiyyəyə göndərərdi. (Əmali Səduq, səh. 335)
Alimlərin nəzərləri:
Əllamə Hilli:
Şiənin böyük alimlərindən olan Əllamə Hilli Muxtarı, özünün “Əl-xülasətül-əqval fi mərifəti əhvalir-rical” kitabında on iki imam şiələrindən bilimişdir.( Əl-xülasə, səh.169)
Əllamə Maməqani:
“Muxtarın düzgün əqidəsi barədə heç bir şək-şübhə yoxdur. O, müsəlman və on iki imamçı şiədir. Muxtar İmam Zeynəlabidinin (ə) imamətin qəbul edirdi.”
Əllamə bu iddianı hədislə sübut edir və deyir: Muxtarın əqidəsinin düzgünlüyünü isbat edən dəlillərdən biri də budur ki, İmam Əli (ə) onun haqqında buyurmuşdur: "Kufənin əmiri, Muxtarı, o, Bəni-Üməyyədən neçə min nəfər öldürməyincə öldürə bilməyəcək. (Tənqihul-məqal, 3/205)
Ayətullah Xoyi:
Bəzi Əhli-sünnə alimləri Muxtarı Keysaniyyə məzhəbinə nisbət verirlər. Onlar bu iddiaların Kəşşinin sözünə istinad edirlər. Bu iddia mütləq şəkildə batildir. Çünki Məhəmməd Hənəfiyyə imamlıq iddiası etmirdi ki, Muxtar camaatı onun imamətinə dəvət etsin. Muxtar Məhəmməd Hənəfiyyədən qabaq qətlə yetirildi. Keysaniyyə məzbəbi isə Məhəmməd Hənəfiyyənin ölümündən sonar yarandı. Muxtarın Keysan adlanmasının səbəbi İmam Əlinin (ə) onu "kəyyis" adlandırmasıdır. (Mocəmu ricalil-hədis, 18/102)
Yuxarıdakı dəlillər və sübutlar Muxtarın keysaniyyə məzhəbinin banisi olmadığını və onun Məhəmməd Hənəfiyyəni İmam Zaman(ə.c) elan etməsi iddiasının yalan və iftira olduğunu sübut edir.
Paylawaq
(Idris)