Zülfüqar qılıncının qısa tarixcəsi
Zülfüqar - ərərb mənşəli sözdür. Lüğəti mənası "onurğa sahibi" deməkdir. "Fiqar" onurğa sümüyü mənasını ifadə edən "fiqrə" sözünün cəm formasıdır.
Qılınca belə bir adın verilməsi barədə müxtəlif fikirlər irəli sürülmüşdür.
Şeyx Səduq onun barəsində deyir: Zülfüqar - Peyğəmbərin (s) İmam Əliyə (ə) bağışladığı qılıncın adıdır. Üzərində onurğa sümüyünə bənzəyən uzun ayuq vardır. Ona belə bir ad kafirlərin belini qırdığı üçün verilmişdir".
"İbni Şəhr Aşub" Mənaqib kitabında zülfüqarı iki başlı qılın olaraq zikr edib. Ancaq, əksər ailmlər bu qılıncı bir başlı olaraq qeyd etmişlər.
Zülfüqar qılıncının Əli(ə)-a necə yetişməsinə görə müxtəlif nəzər və baxışlar var. Bəziləri Zülfüqar qılıncının müharibələrin birində İmam Əlinin əldə etdiyi bildirilir. Amma Əli ər-Rzadan nəql olunan bir hədisə görə Cəbrayıl Zülfüqarı özü ilə göydən gətirmişdir.Məhəmməd Baqir Məclisi Mənaqibdən nəql edir ki, Hədid surəsinin 25-ci ayəsində bu hadisəyə işarə olunur:
"....Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik ki, Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri (dəmirdən düzəlmiş silahlarla kafirlərə qarşı vuruşan mücahidləri) bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!"
Zülfüqar qılıncının indi harda olması ilə bağlı müxtəlif fikirlər söyləyirlər.Dünyanın bir çox mötəbər muzeylərində, o cümlədən Türkiyənin Topqapı, Sankt-Peterburqun Ermitaj və Misirin Qahirə muzeyində Zülfüqar qılıncı eksponatı olaraq qoyulmuşdur.Amma, Zülfüqar qılıncı tək bir qılınc olduğundan dünyanın ayrı-ayrı ölkələrində olması məntiqə uyğun deyil. Qısaca onu deyə bilərəm ki, Əhli-beyt şiyələrin əqidəsinə əsasən Zülfüqar qılıncı İmam Zaman(ə) -ın ixtiyarındadır..Zülfüqarı İmam Əliyə (ə) Peyğəmbər (s.ə.s) bağışlamış, o isə onu oğlu İmam Həsənə (ə) vermiş, ondan sonra qılınc İmam Hüseynin (ə) ixtiyarında olmuş və beləcə məsum imamların birindən digərinə ötürülmüşdür. Sonunda da qılınc ImamZaman(ə)-ın ixtiyarındadır..
sizler sag olun