Комментарии
- 15 мар 2016 23:41Burla XatunElə cavanları,uşaqları maraqlandıran budur.
- 16 мар 2016 18:15Cavansir Eliyev;->
- 18 мар 2016 10:28Cavansir Eliyev"...FAL OXLARI DA SEYTAN EMELINDEN OLAN MURDAR BIR SEYDIR. BUNLARDAN CEKININ KI, BELKE, NICAT TAPASINIZ.!" el-Maide,90."
- 19 мар 2016 23:21Burla XatunNiyə beləsiniz bilmirəm. Gözəllik görən gözdə, sevgi sevən ürəkd olur. Niyə hər şeydə çirkinlik axtarırsınız. Burda söhbət magiyadan, faldan, cadu-piltədən getmir. Bunlara mənim də münasibətim mənfidir. Novruz fallarında sevən ürəklərin döyüntüsü, sevdiyinə qovuşmağın ümidi var, əsrlərin adət-ənənəsini yaşatmaq var. Bu falların sırf tərbiyəvi əhəmiyyəti var. Qulaq falı cavan xoş danışmaq,gözəl sözlər işlətmək,ailədə mehribanlıq öyrədir. Öyrədir ki, bir-birinə xoş davranın. Bütün bunları kənardan dinləyənin misalında öyrədir.
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Edebiyyat, Medeniyyet, Incesenet (EMI)
:Burla Xatun
İLAXIR ÇƏRŞƏNBƏ FALLARI
Düzdür, tez-tez fala inan, faldan qalma desək də, bayramda belə adət-ənənə hamımıza maraqlıdır. Deməli, ulduz- iynə falına görə, İlaxır çərşənbədə su ilə dolu kasaya uclarında pambıq sarınmış iki iynə salırlar. Əgər suya düşən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşırlarsa, deməli həmin insanın ürəyində tutduğu arzu çin olacaq. Yox əgər iynələr bir-birindən aralı düşərsə, onda bu, niyyətlərinin baş tutmamasına bir işarədir.
Bu bayramda gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. Üzük neçə dəfə fırlanarsa, demək gənc qız həmin yaşda ailə həyatı quracaq.
Bundan başqa, səhər tezdən lal su gətirilir, mərasimdə iştirak edəcək qızlar hərə bir əşyasını, məsələn, sancaq və ya üzüyünü suya atarlar. Sonra suyun üstünü parça və ya güzgü ilə bağlayarlar. Axşamüstü balaca oğlan uşağı suyun ağzını açar, oradakı əşyalardan birini götürər, bu zaman qadınlardan biri üzünü başqa istiqamətə çevirərək müəyyən vəsfi-hal söyləyər. Sonra həmin insanın ürəyində tutduğu niyyət ilə vəsfi-hal arasında bir uyğunluq axtarılar. Bununla da niyyət tutan insanın arzsusunun həyata keçib-keçməyəcəyi müəyyənləşdirilər.
Gənc və subay qızlar duzlu qoğal yeyərlər. Deyilənə görə, axşam yuxuda ona su verən gənc oğlan onun qisməti olarmış.