“Ağciyəri dəmirdən olan adam kimi tanınan Pol Aleksandr vəfat edib.

Pol 6 yaşında poliomielit xəstəliyinə tutulduqdan sonra ömrünün qalan hissəsini, yəni 70 ilini dəmir kapsulda keçirib. Dəmir kapsulun içindəki vakuumun yaratdığı mənfi təzyiq onun ağciyərlərini genişlənməyə məcbur edib və bunun sayəsində Pol yaşamağa davam edib.
Xəstəliyinə baxmayaraq, Pol istədiyi təhsili ala bilib, hüquqşünas peşəsinə yiyələnib, hətta kitab da yazıb. Onun hekayəsi dünyanın müxtəlif məkanlarında yaşayan minlərlə insanı ruhlandırıb.
Poliomielit xəstəiyi sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən çox ağır xəstəliklərdəndir.
Dostları deyirlər ki, Pol son günlərini kitab yazmaqla və hüquqi təlimlərə qatılmaqla keçirib.

Комментарии

Комментариев нет.