Комментарии
- 27 ноя 2017 12:30РЕЛИГИЯ ИСЛАМ МИРА И ДОБРАБИСМИЛЛАХИР РАХМАНИР РАХИМ БУ ГУН ОЛКЕДЕ ИСЛАМИ МУГАВИМЕТ ИСЛАМИ МУБАРИЗЕ ИСЛАМИ ИНГИЛАБЫ МУТЛЕГ ХЕЙАТА КЕЧИРМЕК ЛАЗЫМДЫР ВАЧИБДИР ИНШАЛЛАХ
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
ﷲ ❤ Doğrulara çatmaq ❤ ﷲ
:TƏŞNƏ AŞİQ
İslami müqavimət nədir?
Bir çoxları İslami müqaviməti yalnız mitinq keçirmək, şüar səsləndirmək, zalımla
kəskin mübarizə aparıb onu tənqid etməkdən ibarət olduğunu hesab edirlər.
Lakin bu səhv anlayışdır.
Müqavimət təkcə şüar səsləndirmək deyil, şüur formalaşdırmaqdır.
Müqavimət
doğru zamanlarda doğru addımlar atmaqdır.
Müqavimət
yalnız zalımla mübarizə aparmaq deyildir, zalımı inkar etməyi imanın
sütunlarından hesab etməkdir.
Müqavimət
yalnız pisliklərlə mübarizə etməkdən ibarət deyildir, ağılın nəfsin qarşısında
müqavimətini təmin etməkdir.
Müqavimət
qruplaşmaq deyildir, qruplaşmaları dağıdıb vahid güc halına gətirməkdir.
Müqavimət
təkcə tanınmaqdan ibarət deyildir, İslamın izzətini tanıtdırmaqdır.
Müqavimət
həmişə hücum etməkdən ibarət deyildir, lazım olanda növbəti hücum üçün geriyə
çəkilməyi də bacarmaqdır.
Müqavimət
başqalarını qorxularına görə tənqid etmək deyildir, onları başa düşməkdir.
Müqavimət
təkcə qorxmamaq deyildir, cəmiyyətdə bu qorxmazlığı təmin etməkdir.
Müqavimət
təkcə İslamı yaşamaq deyildir, həm də onu yaşatmaqdır.
Müqavimət
zalımın öz maraqlarına xidmət edən yaxşı işlərini də dəstəkləməməkdir.
Müqavimət
tovhiddir.
Müqavimət
dinin yaşam təməlidir.
Müqavimət
təkcə ölməyə hazır olmaq deyildir, ölməyi gözə alıb yaşamağa hazır olmaqdır.
Müqavimət
cəmiyyəti dinsizlikdə ittiham etmək deyildir, dini öyrənib camaata öyrətməkdir.
Bir
sözlə müqavimət bu dediklərimdən daha üstün bir anlayışdır. Buna görə də
müqavimətsiz din din deyildir.
Fərhad Mirzə
İlahiyyatçı