Əməkdar artist Ələsgər Məmmədoğlu bu gün, dekabrın 22-də "Qurd qapısı" qəbiristanlığında, anasının yanında dəfn olunacaq

Milli.Az bildirir ki, bu barədə APA-ya onun oğlu Ceyhun Məmmədoğlu bildirib.

Ə.Məmmədoğlu ilə vida mərasimi sabah 12:00-14:00 radələrində Süleyman Sani Axundov, 4 ünvanında ("Bolluq bazarı" ilə üzbəüz), mərhumun evində keçiriləcək.
---------------
21.12.2015
22:48
Tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişib. Milli.Az bildirir ki, bu barədə Kulisə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından xəbər verilib. O, bu gün axşam saatlarında vəfat edib.
Ə. Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.
Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir -qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları"(Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır.
2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb:
Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri),
Qazı ("Sizi deyb gəlmişəm" Anar),
Səfər ("Əliqulu evlənir" Sabit Rəhman),
Cəllad ("Maqbet" Uilyam Şekspir),
Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev),
Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil),
Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin),
Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə),
Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov),
Səlim ("Aydın" Cəfər Cabbarlı),
Qasıməli ("Bu dünyanın adamları" Hidayət),
Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz),
Məzarçı ("Hamlet" Uilyam Şekspir),
Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev),
Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev),
Dilənçi ("Varlı qadın" Əli Əmirli),
Kürən ("Xəcalət" Hüseynbala Mirələmov)
Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov)
Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev)
Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir-qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır.Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir.
. Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir.Onda qan təzyiqi və öd kisəsində problem aşkarlanmışdır.Bir müddət müalicə almışdır.Amma 21 dekabr 2015-ci ildə sənətkarın vəziyyəti ağırlaşdı.Edilən tibbi yardımlara baxmayaraq,bu istedadlı aktyor axşam saatlarında vəfat etdi.
Filmoqrafiya[redaktə | əsas redaktə]
100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: doğum evindəki adam
Axtaran tapar (film, 1980)
Bəyin oğurlanması (film, 1986)
Bir dəfə Qafqazda (film, 2007)
Bir nömrəli... (film, 1980)
Canavar balası (film, 1997)
Evləri göydələn yar (film, 2010)
Evləri köndələn yar (film, 1982)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Xoşbəxtlik qayğıları (film, 1976)
Kişiləri qoruyun (film, 2006)
"Qayınana" əməliyyatı (film, 1999)
Qarət (film, 1990)
Qatarda (film, 1981)
Qəm pəncərəsi (film, 1986)
Qərib cinlər diyarında (film, 1977)
Qəribə adam (film, 1979)
Qızıl uçurum (film, 1980)
Mehmanxana sahibəsi (film, 1978)
Məhəllə (film, 2003)
Məşədi İbad-94 (film, 2005)
Milçək (film, 2006)
Min birinci söz (film, 1997)
Musiqili xaş (film, 1984)
Ömrün səhifələri (film, 1974)
Poliqlotlar (film, 1974)
Sarıköynəklə Valehin Nağılı (film)
Şir evdən getdi (film, 1977)
Tehran-43 (1981)
Topal Teymur (film, 1983)
Toy (film, 2005)
Üzeyir ömrü (film, 1981)
Vərdiş (film, 1988)
Yaramaz (film, 1988)
Yaşıl eynəkli adam (film, 1987)
Yaşıl eynəkli adam-2 (film, 1999)
Yol əhvalatı (film, 1980)
Xoxan (film, 2015)
ALLAH GƏNİ GƏNİ RƏHMƏT ELƏSÜN!!!!!!!!!!!!!!!!!
#BakiliQiz

Elesger Memmedoglu,Gulshen Qurbanova və Ofelya Memmedzade
05:50
Elesger Memmedoglu,Gulshen Qurbanova və Ofelya Memmedzade

Комментарии