Elm adamlarının siqareti tərgitmək haqqında apardıqları araşdırmalarda ən asan metod tapıldı.
Bu çox ağıllı və etibarlı metoddur. Bəzi dünyaca məşhur şəxslər bu metodları özlərinə tətbiq etməklə çox gözəl nəticə qazanıblar. (Barak Obama, Jennifer Aniston, Jizel Bundçen, Ben Afflek, Kelli Rippa, Kristin Stevart, Çarliz Zeron, Jon Hamm).
Gəlin bu maraqlı, asan metodla tanış olaq:
Meditasion etmək
Xüsusilə açıq havada edilən meditasiya təkcə siqareti atmağa deyil, insanın ümumi ruh halına da müsbət təsir edir.
Bazar ertəsi vurğusu
Aparılan tədqiqatlar siqareti buraxmaq qərarını və tətbiqini bazar ertəsi günündən başlayan şəxslərin başqalarına nisbətən daha uğurlu olduğunu göstərir.
İdman
İdman beyində xoşbəxtlik hissi yaradan serotonini və dopamin hormonunu artırır. Bundan başqa, idman etmək insanın nikotin ehtiyacının da qarşısını alır.
Pis qoxu
Araşdırmalara görə, insanlar siqaret qoxusunu sevmədikləri bir başqa qoxuyla əvəzlədikdə refleks olaraq, siqaretdən uzaqlaşırlar.
Siqaret əleyhinə reklamlar
Əldə edilən məlumatlara görə, siqaret əleyhinə reklamlardan təsirlənərək bu vərdişdən xilas olan insanların sayı 100 mindən çoxdur.
Yoqa
Çəkən adam üçün siqaret yüngüllük anlamına gəlir. Tədqiqatçılar bu yüngüllüyü yoqa ilə əvəzləməyin ən yaxşı vasitə olduğunu sübut ediblər. Çünki yoqa ruhu və beyni təmizləyir.
Mesaj üsulu
The Lancet jurnalında dərc olunan məqaləyə görə, "txt2stop" adlı proqramdan istifadə edən narkomanlar telefon vasitəsi ilə tez-tez siqareti atmaq üçün insanı cəsarətləndirən mesajlar alır. Bu üsul 6 ay ərzində siqareti atma nisbətini yüzdə 200 nisbətində artırır.
Meyvə-tərəvəz yemək
Aparılan araşdırmalar onu da göstərib ki abur-cubur yerinə meyvə-tərəvəz yeyilməsi sağlamlığı qorumaqla bərabər, siqaretin də tərgidilməsinə köməkçidir.
Nikotin müalicəsi
Xalq arasında əsasən nikotin bantı kimi aparılan bu müalicə orqanizmin nikotinə olan vərdişini aradan qaldırmağa yarayır.
Kömək alın
Siqareti atmaq haqqında peşəkarlarla söhbət edin. Bu psixoloji olaraq sizə çox təsir edəcək.
Bir anda atın
Araşdırmalara görə, siqareti buraxan 10 nəfərdən 9-u siqareti bir anda həyatından çıxarmağa qərar verib.
Hobbi
Plos Ona jurnalına görə, müxtəlif hobbilər və fəaliyyətlər beyni nikotin ehtiyacından uzaqlaşdırır.
Hipnozla tərgitmə
The Fiks jurnalına görə, çox konkret faktlar olmasa da hipnozla siqareti tərgitmə metodu ən azından sınanması lazım olan metodlardan biridir.
Özünüzə xatırladın
Bir kağıza, ya da gündəliyə siqareti atmaq üçün səbəbləri yazın. Bu özünüzü inandırmaq üçün sizə çox təsir edəcək.
Özünüzü zorlamayın
İnsanın ağlını zorlayaraq siqareti düşünməməyə çalışması güman edildiyi qədər də yardımçı olmur. Londondakı Sankt-Corc Universitetinin apardığı araşdırmaya görə, siqareti düşünməməyə çalışmaq əslində insanın daha çox siqaret çəkmək istəməsinə səbəb olur.
Men ümumiyyetce icki icen ve siqaret ceken deyilem. Belke de ele bu üzdendir ki, mene bir wey aydin olmur ki,
Sözüm siqaret ceken wexsleredi, yeni tütün memulatli yarpaq qurusu ve adi kagiz parcasi qarwisinda bu qedermi iradesi aciz birisisiniz ki, o sizi özünün arxasini öpdürmeye vadar edir...?!