Rozetta daşı

Rəşid daşı və ya Rozetta daşı - 1799-cu ildə
Napoleon Bonapartın Misir ekspedisiyası zamanı
İsgəndəriyyədən bir qədər aralı yerləşən Rəşid
(Rozetta) şəhəri yaxınlığında tapılmış üç dildə
(qədim yunan, demotik Misir və heroqlifik Misir)
yazıya malik daş yazı abidəsidir. Qədim yunan dili
dilçilərə məlum olduğundan demotik və heroqlifik
Misir yazısını onunla uzlaşdırmaqla bir çox Misir
yazılarının açılmasında ondan açar kimi istifadə
olunmuşdur. 1802-ci ildən Rəşid daşı Britaniya
muzeyində saxlanılmaqdadır.
Daş kitabənin ölçüsü
Hündürlüyü: 114,4 sm;
Eni: 72,3 sm;
Qalınlığı: 27,9 sm;
Kütləsi: 762 kq.
Tünd boz rəngli bu qranit kitabə e.ə. 196-cı ilə
məxsusdur.

Rozetta daşı
 - 770895543389

Комментарии

Комментариев нет.