Gizli iztirablar

Əvvəlini burada lentada axtarın
Baxışın faciəli ölümü.
Səhəri gün, Baxışla Mehman görüşəndə Baxış soruşdu:
-Sən gətirdiyin o, otları neylədin?
-Fəridə anam çox sevindi. Dedi ki, onları yaxşıca qurudacam. Qışda onlardan isrifadə edəcəm. Deyəsən, gətirdiyim otlarlar, onun çox xoşuna gəlib. Ən çox da, çobanyastığı. Deyir, soyuqlamanın dərmanıdır və xəstəliklərin səksən-daxsan faizi də, soyuqlamadan əmələ gəlir.
-Hə, nənəm də, elə deyir. O da, çox sevindi. Otların ətri evi bürümışdü. Gülər dayıdostum da, nə əcəbsə, məni təriflədi. “Sağ ol.” dedi. Ondan çıxmayan iş. Nə edirdimsə, həmişə, onda nöqsan axtarırdı. İndi, dedi ki, yaxşı eləmisən, bu otları yığmısan. Nənəm ən çox, kəklik otuna görə sevindi, axı nənəmin qan təzyiqi həmişə yüksək olur. Mən də, bilsəydim, daha çox yığıb gətirərdim.
-Eybi yox, bir gün özümüz, Alban kilsəsi olan yerə gedərik. Ora məni çox maraqlandırdı. Sən bir bax bizim, nəsillərimiz, millətimiz nə qədər qədim köklərə malikdir.
-Hələ qəbirlər, neçə əsrlərdir, qalıb. O, zamanın insanlarının qabiliyyətinə, bir bax. Gedib baxarıq, görək o, qəbirlər kimin qəbirləridir. Oraları bir günə gəzib dolanmaq cətindir, ona görə də, ora yenə getməliyik.
- O dövrdə insanlar pis yaşamayıblar, ha.
-Nəyə görə, belə deyirsən?
-Qəbirlərə görə deyirəm. Hamısı daşdan hasırlanıb.
-Hə. Daşı yonmaq, onu formaya salmaq hec də asan iş deyil, ha....
-Düz deyirsən. Qədim zamanlarda buralarda, əməlli başlı sivilizasiya varmış.
-Adam oraları eşələyə, bəlkə bir şey cıxdı. Yəni qədim şeyləri deyirəm.
-Lazım deyil. Birdən doğrudan da, bir şey çıxdı. Nə edəcəksən? Amma, ola bilər, alimləri buralar maraqlandırdı, arxeoloji qazıntılar elədilər . Biz isə xeyirdən çox, ziyan verərik. Geolaq olarsan, özün gəlib, buralarda arxialoji qazıntılar apararsan.
-Mehman, düz deyirsən. Biz gedib bir az, gəsərik, su hövzəsində çimərik. Bir az da, yenə cobanyastığı, kəklik otu yığarıq.
-Yaxşı söhbətdir. Amma, tək getməyək. Uşaqlardan kimisə götürək. Hər şey ola bilər. Qurd-quş üstümüzə gələ bilər, heç olmasa bir-birimizə kömək olarıq.
-Amma, sən hələ gör, Fatma nənə səni getməyə qoyacaq?
-Daha uşaq deyiləm, ha.........Böyük oğlanam, niyə qoymasın?
-Nə bilim, bizim valideynlərimiz, bizi elə qoruyurlar elə bil biz qız uşağıyıq.
-Day demə. Qızlar bizdən yaxşıdır. Onları bizim kimi, güdən yoxdur. Odur ey, İradəni, heç nənəm məni qoruduğu qədər, qorumur. Qızlar ürəkləri istəyəndə gəzməyə gedirlər. Nənəm, Gülər dayıdostum da heç nə demirlər. Amma, mən icazəsiz evdən çıxan gimi, qiyamət qopur. Məktəbi qurtarsaydım, Bakıya gedərdim. Neft-kimya institutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olardım. Qurtarandan sonra, o Alban məqbərəsini öyrənərdim. Yoxsa indi, geologiya haqda, heç nə bilmirəm. Sən də, yəqin aktyor olmaq istəyirsən?
-Hə, istəyirəm, amma əmim razı olsa.
-Birdən razı olmadı?
-Olmasa, Universitetin Fizika-riyaziyyat fakültəsinə girəcəm.
-Amma, səndən yaxşı komik aktyor olar. Bütün dünyada tanınarsan, Çarli çaplain kimi.
-Bilirəm. Amma əmimin sözündən çıxa bilmərəm. O, məni böüyüdüb, boya-başa çatdırıb. Bilirsən də, mənim bacı qardaşlarım var, Boyəhmədlidə. Mən onlardan yaxşı geyinib-gecinirəm. Fəridə anamın, məndən ötrü ürəyi gedir. Məni, indiyə kimi uşaq kimi bəslyir. Əmim və əmim arvadı məndən ötəri nələr etmirlər?!
-Sən bir cəhd elə, bəlkə razılaşacaq.
-Sən deyən o cəhdi, edəcəm, görək nə olur. Amma, qərara gəlmişəm, razı olmasa, mütləq unuversitetin ya da, pedaqoji institutun fizika-riyaziyyat fakültəsinə gedəcəm. Onunla söz güləşdirməyəcəm.
-Bəs müəllim olmağına razılaşacaq?
-Hə yüz faiz, atam da müəllimdir. Müəllimlərə hörməti böyükdür. Deyir, müəllim olmasa, heç bir peşə olmaz. Müəllimdir bütün bilikləri, peşələri öyrədən bir insandır. Müəəlim olmasaelm inkişaf etməz. Bütün nəaliyyətlərin, əsasında müəlimlər durur. Onlardan alisi yoxdur.
-Əmin düz düyir də.
-Yaxşı Mehman, nə vaxt gedək Kolanıya?
-Gəl, hələ uşaqlarla razılaşaq, sonra vaxtını təyin edək. Kedək Xəqanini tapaq. Görək o nə deyir.
Baxış və Mehman Xəqanigilə üz tütdular. Xəqanigilin evi məktəbə yaxın yerdə yerləşirdi. Onlar evə yaxınlaşıb, darvaznın yanından Xəqanini çağırdılar. Xəqaninin anası, Baxışın səsini eşidən kimi, səslədi:
-Ay uşaq, hər kimsənsə gəl içəri.
-Xala, biz Xəqaninin sinif yoldaşlarıyıq, onunla işimiz var.
-Yaxşı a bala, bu dəqiqə onu oyadaram. Gün günortadan kecib, amma, o hələ yatıb. Bu dəqiqə, a bala. Bir az, gözləyin.
Onlar həyətə kecib, Xəqanini, həyətdə tut ağacının altına qoyulmiş oturacaqda, oturub gözlədilər. Həhayət, Xəqani gözlərini ova-ova həyətə düşdü və dedi:
-Nə olub ə? Niyə qoymursunuz adamı yatmağa?
-Get, əl-üzünə su vur gəl, səninlə işimiz var. Yoxsa, hələ ayılmamısan,- Mehman dedi.
-Yox, artıq ayılmışam. Qoymadınız doyunca yatam.
-İnşiallah doyunca, yay tətilində yatarsan.
-Nə olub, nəyə gəlmisiniz, məni niyə axtarırsınız?
-Mehmanla mən, istəyirik, bu yaxın günlərin birində, Kolanıya gedək, o Alban məzarlığına, Alban məqbərəsinə baxaq. Gəzək dolanaq oraları. Öyrənək də, əcdadlarımız haqda, görək onlar necə yaşayıblar.
-Yox, mən Kolanıya getmək istəmirəm. Qeyri vaxtı, məni küt qoyun adlandırırsınız. İndi nə olub sizə, məni də özünüzlə aparirsınız? Yoxsa, sizin alimliyiniz tutub? Nəyimə lazımdır, keçmışı eşələyim? Üç-dörd nəfər sinif yoldaşlarımızdan , qərara gəlmişik, Mingəçevirə gedək. Deyirlər cavan, gözəl şəhərdi. İstəyirsiniz, siz də, bizimlə gedin.
-Məni nənəm qoymaz.
-Elə məni də, əmim qoymaz.
-Bəs Kolanıya getməyə, sizi qoyurlar?
-Hə, ora getməyə bizi qoyurlar,-Baxış cavab verdi.
-Onda, evdə deyin ki, Kolanıya gedirsiniz, amma bizimlə gedərik, Mingəçevirə.
-Əmim bilsə, məni öldürər.
-Yalan demə, sən əminin gözünün ağı-qarasısı bir oğlusan. Heç nə, deməz. Uzaqbaşı, bir az tənbeh edər. Elə deyir öldürər, elə bil əlinə bıçaq alıb, İsmayil dayı, Mehmanı dana kimi, böyürdə-böyürdə kəsəcək. Amma, Mingəçevirə getməyə, dəyər.
-Düz deyirsən, əmim məni öldürməyəcək, amma mən əmimi aldatdığıma görə çox narahat olacam.
-Elə mən nənəmə görə narahatam. Onun qan təzyiqi var.
-Elə ona görə də, bizim, Mingəçevirə getməyimiz haqda heç kimə deməyin. Hə nə oldu? Gedirsiniz bizimlə?
-Yaxşı kimlər gedir?
-Telman, Əkbər və mən, bu dəqiqdir. Sabah saat onda, biz avtovağzalda olacağıq, getmək istəsəniz, ora gələrsiniz. İndi isə, mən acmışam. Gedim əl-üzümü yuyum, ağzıma bir loxma çörək alım.
Baxış və Mehman geri döndülər. İkisini də fikir götürmüıdü. Xəqaninin təklifi, onları bir az yoldan çıxarmışdı. Onlar da Mingəçevirə getməyə həvəs oyanmışdı. Amma, indi bilmirdilər, nə etsinlər. Baxışın nənəsi onu heç bir vəcdlə Mingəçevirə getməyə qoymazdı, lap dünya dağılsa da. Baxış fikirli-fikirli dedi:
-Amma, Mingəçeviri görmək istəyirəm. Su Elektrik Stansiyasını, Kürün qırağını görmək ürəyimdən keçir. Deyirlər ki, Kürün qırağında yaxşı park salıblar. Səməd Vurğun, gör nə qəşəng deyib:
Kür qırağının əcəb seyrangahı var.
Yaşılbaş sonası heyıf kı, yoxdur. Bəlkə var?
-Nə var, ay Baxış?
-Sonanı, deyirəm də.
-Mən nə düşünürəm, sən nə danışırsan.
Mehmanı fikir götürmüşdü. Mingəçevirə getmək istədiyini, əmisinə necə desin. Aldatsın evdəkiləri? Belə düşüncələr, onu üzürdü. Əmisi bilsə ki, o, Mingəçevirə icazəsiz gedib, onun üzünə də, baxmaz. O, əmisini məyus etmək istəmirdi. Bilirdi ki, əmisi onu yaxşı bir insan kimi, böyütmək istəyir. Mingəçevirə icazəsiz getmək isə, onu aldatmaq demək idi. Əmisinin söhbətlərində, həmişə nəsihətli sözlər çox olardı. Ona həyatda nəyin yaxşı, nəyin pis olduğunu başa salardı. İndi, icazəsiz Mingəçevirə getmək, heç də, yaxşı bir fikir deyildi.
-Nə edək Baxış, Mingəçevir məsələsini?
-Mən çox istəyirəm, Mingəçevirə gedəm. İndi getməsəm, sonra heç vaxt getməyəcəm.
-Niyə heç vaxt?
-Məktəbi qurtarandan sonra, mən Bakıda, Anamgilin yanında qalacam. Oxuyacam, işləyəcəm. Onda, mən ordan Mingəçevirə necə gələcəm?
-Hə, düz deyirsən. Mən də, Bakiya oxumağa gedəndən sonra, allah bilir, bir də, nə vaxt Mingəçevirə gələcəm. Ola bilsin təyinatla harasa göndərdilər. Bu tərəfə gəlməyə, heç bir imkan olmadı. Biz indi, heç bir qərara gələ bilməyəcəyik. Baxış, gəl belə danışaq, əgər Mingəçevirə getmək qərarına gəlsən, səhər saat onda avtovağzalda görüşərik. Oldumu?
-Hə, danışdıq. Mən də, evə gedim. Hələlik dost.
Onlar əl verib görüşdülər və ayrıldılar.
Mehman səhərə kimi rahat yata bilmədi. Fikirləşirdi ki, əmisini və əmisi arvadını aldatmaq yaxşı iş deyil, amma düzünü desə, onlar Mingəçevirə gəzməyə getmək, fikrini bəyənməyəcəklər.
Nəhayət, səhər açıldı. Əmisi saat doqquza 20 dəqiqə qalmış, işə getmək üçün, evdən çıxdı. Mehman durub, yatağını səliqəyə saldı. Artıq, bir neçə il idi ki, o Fəridəni, onun yatağını səliqəyə salmağa qoymurdu. O, öz ötağını və yatağını səliqəyə salırdı.
Əl-üzünü yuyub, səhər yeməyi yemək üçün, mətbəxə keçdi.
-Niyə belə tez durdun yuxudan, a bala. Məktəbdə işiniz var?
-Yox. Bəlkə yenə ekckursiyaya getdik.
O, bu sözləri elə dedi ki, elə bil oğurluq etmək istəyir, amma bunu necə etsin bilmir.
-Hara gedəcəksiniz?
-Hələ bilmirəm.
-Ay bala, doğru-dürüst bir söz de görüm, hara gedirsən?
-Düz deyirəm. Hələ bilmirəm, hara gedəcəyik. Hər şey yaxşıdır, anacan. Sən, heç narahat olma,-deyərək, Fəridəni sakitləşdirərək, yanağından opdü.
-Nə deyirəm, mən də, istəyirəm, hər şey yaxşı olsun. Amma, özündən muğayat ol. Pis yuxu görmüşəm.
-Yaxşı narahat olma. Pis adama heç nə olmur.
-Sən niyə pis olursan, ay bala? Allaha çox şükür, sənə nə olub ki? Kukla kimi oğlansan.
-Kukla kimi demə, onda elə bilirəm, qızam.
-Yaxşı, yaraşıqlı balamsan, sən mənim.
-Elə demə, qolumun altı qarpızlanır,-deyə Mehman Fəridəylə zarafat etdi.
-Qoy elə qarpızlansın. Boy-buxun, yaraşık, allah bilir, indi neçə qız sənə vurulub, dərdindən ölür.
-Hə, dünən məktəbdən gələndə qəbirstanlığa dəfn etməyə bir qız aparırdılar, dedilər ki, mənim dərdimdən ölüb.
Fəridə də, onun zarafatlarına zarafatla cavab verdi:
-Hə, mənim də, xəbərim var. Yazıq qız.
Mehman səhər yeməyini yedi. Əmisi, o məktəbə gedəndə verdiyi pullardan əmlli-başlı pul toplamışdı, üstündən götürüb, evdən çıxdı. Taksiyə oturub, düz avtovağzala gəldi. Mingəçevir avtobusuna yaxınlaşanda Xəqanini və Telmanı gördu. Salamlaşırdılar ki, Baxışla Əkbər də, özünü yeterdilər. Bilet alıb, avtobusun arxa oturacaqlarında oturdular. On dəqiqədən sonra, avtobus yola düşdü. Mehman gedirdisə də, ürəyində qəribə, xoş olmayan bir hiss vardı. Bu hissin nə olduğunu araşdıra bilmirdi. Özlüyündə düşündü ki, yəqin əmim Mingəçevirə getməyimi bilib, məni danlayacaq.
Nəhayət, avtobus Yevlaxdan keçərək Mingəçevirə üz tutdu. Maraq hissi uşaqları bürümüşdü. Bu şəhərdə qeyri-adi nə var, görəsən? Buranı görən, tərifləyir.
Yevlağın kəndlərini, Xaldan qəsəbəsini keçib, avtobus şəhərə daxil oldu. Enli asfalt yolu ilə toxuculuq kombinatını keçib, beş mərtəbəli, sonra Stalin proyerktli, uç mərtəbəli binaları, da ötüb keçdilər. Axırıncı dayanacaqda, sürücü qeyd etdi ki, indi o Mingəçevirin avto- vağzalına gedir. Qayıtmaq istəyənlər, saat beşdə, bura gəlsinlər.
Mehmangil hündür binaların arası ilə şəhərin qərbinə, şosse yolunun qırağındakı, səki ilə getdilər. Qabaqlarına, özləri yaşda, bir oğlan çıxdı və onlar oğlandan soruşdular:
-Su elektik stansiyasına, necə getmək olar?
-Qərbə tərəf gedin, qabağınıza Kür çayı çıxacaq, onun sahili ilə sağ tərəfə gedərsiniz, orada görəcəksiniz.
Uşaqlar sağollaşdılar, qərbə yollandılar. Şəhər Mehmanın xoşuna gəldi. Sakit, təmiz, hündür binaları olan bir şəhər. Onlar azmamaq üçün, heç bir yerə dönməmək, qərarına gəldilər. Nəhayət, Kürün sahilinə çatdılar. Baxış:
-Nə böyuk çaydır?! Mehman çayın suyu, Xəzər dənizinin suyu kimi, yamyaşıldır.
-Yəqin dibində yosunlar var.-Mehman dialoqa qoşuldu.
-Nə bilirsən?- Xəqani soruşdu.
-Əvvala, dərs oxumaq lazımdır, sonrası da korsan, görmürsən? Suyun dibinə bir, bax. Yamyaşıldır. Deməli, çayın dibində yosunlar var. Sonrası da, Xəzər dənizin suyu yaşıl yox, mavidir.-Mehman, Baxışın fikrinə düzəliş verdi.
-Yaxşı, yaxşı, başa düşdüm, ay alim. Gəlin, o körpüyə çıxaq, oradan çaya baxaq, görək ordan çay necə görünür.-Xəqani uşaqlara dedi.
-Yox, əvvəl gedək Su elektrik stansiyasına baxaq, sonra yenə bura qayıdarıq. Onsuzda, qayıdanda bura gəlməli olacağıq. -Baxış Xəqaniyə cavab verdi.
-Bunu sən haradan bilirsən?
-Fikirləş, çayın qabağını kəsib, stansiya yaradıblar. Gedəyin, ora, orada hər şey sizə aydın olacaq.
-Yaxşı siz deyən olsun, getdik.
Onlar çayın sahili ilə, asfalt yolla, üzü stansiyaya tərəf qalxmağa başladılar. Çayın sahili ilə getdikcə, küknar ağacları ilə dolu idi. Yolun çol tərəfində tikililər vardı. Onlardan biri yaşayış evinə, o biri isə, zavoda oxşayırdı. Düz sahildə yerləşən bir necə yaşayış evi, Mehmanın çox xoşuna gəldi. Amma, bunlar uşaqları maraqlandırmadı.
Onlar getdikcə təngnəfəs olurdular.
-Deyəsən biz dağa qalxırıq?
-Ay kütbeyin, bəs bilmirsən, Mingəcevir Boz dağın ətəyində salınıb? Ekskavatorçu Sarvan Salmanov haqda eşıtməmisən? -Baxış Xəqaniyə cavab verdi.
Boz dağın qoynunda bir şəhər vardı,
Çinarlar sahildə qatar-qatardı....
-Buralar, yaman istidir. İstidən adamın ürəyi bulanır. Xəqani Baxışın sözünü ağzında qoydu. Bunu eşidən Telman, Xəqaniyə dedi:
-Yəqin sənin beynin qıcqırır.
-İndi, sizin də, beyniniz qıcqırar, ağlınız başınıza gələr. Amma, Baxış sənin yox. Sən Bakılı balasısan, axı. Siz öyrəşmisiniz axı, isti havaya. Mən isə yuxarı qalxdıqca, özümü pis hiss edirəm.
-Sən ağacların altı ilə get. Bura Aran zonasıdır. Bəs eşitməmisən, deyirlər, ilan mələyən yerdə, şəhər tikiblər. İndi, stansiyaya çatarıq. Mehman elə bunu demişdi ki, SES-in turbinləri göründü.
-Uraaaaa! gəlib çatmışıq.-Əkbər qışqırdı. Stansiyanın hər tərəfi tikanlı məftillərlə bağlandığından, uşaqlar ancaq kənardan, oranı seyr etdilər. Buranın səliqə-səhmanı, yaşıl örtüyü onları valeh etmişdi. Onlar platinanın üstünə qalxanda lap məəttəl qaldılar. Platinanın üstündə uç turbin vardı. çay platinanın içindən axıb tökulürdı. Hər tərəf körpə küknar ağacları ilə dolu idi. Onlar bir az da, irəlidədikdə, Xəqani:
-Ay aman, dənizə bir baxın.
-Bu dəniz deyil, bu su anbaridir. -Mehman dilləndi.
-Buna su anbarı deyənin, atasına lənət. Belə su anbarı olar? Ucu-bucağı görunmür.
-Baxın, burada çimərlik də, var, lap Xəzər dənizinin sahilində ki, kimi.
Onlar, çimərliyi gördükdə, çox sevindilər. İndi, onlar əsl dənizdə çimə bilərdilər. Dənizin suyu dalğalandüqca, sahili ləpələr döyürdü. Sahildə qayıq, içində isə azəri oğlanları və rus qızları, gəzintiyə çıxmağa hazırlaşırdılar. Xəqani heç kimə məhəl qoymadan, qaça-qaça paltarını soyunaraq, ösünü suya atdı. Özünü suyun içinə quybağa kimi sərdi. Deyəsən, isti onu lap əldən salmışdı. Bunu görən yoldaşları da, soyunub, suya baş vurdular. Zatafatlaşa-zarafatlaşa, bir az çimdilər. Sonra, sahildəki restorana girdilər. Su onları acdırmışdı. Restoran da, onlar üçün çox maraqlı idi. Axı birinci dəfə idiki, onlar restorana gəlirdilər. Onlara, balıq kababı təklif etdilər. Balıq kababını da, birinci dəfə idi ki, yeyirdilər. Bu kakabın dadı onların çox xoşuna gəldi. Xəqani kababı yedikcə, başını yelləyirdi. Kəmərin altını yaxşı bərkitdikdən sonra, yenidən Kürün sahilinə, dəmir körpünün altına qayıtdılar. Burada körpüyə qalxmaq üçün, dəmir pilləkanlar da vardı. Körpuyə qalxdıqda, onun üstündən dəmir yolu keçdiyinin şahidi oldular. Mehman:
-Uşaqlar burda ehtiyatlı olmalıyıq. Buradan qatarlar gedir. Mingəçevir sənaye şəhəridir. Qatar zavod və fabriklərə yük aparıb, yük gətirir.
-Nə bilirsən, ay çox bilmiş?- bu dəfə Mehmana Telman sataşdı.
-Əmim evdə danışanda eşıtmışəm. Həm də, “Mingəçevir işıqları” qəzetini tez-taz alır. Maraqlı qazetdir, oradan oxumuşam.
-Sənin əmin savadlıdır, ona görə sən də, yaxşı oxuyursan, mənim valıdeynlərim savadsızdırlar, mənə, dərs oxu deyən olmayıb, ona görə də oxumamışam.
-Əmim heç bilmir, mən nə vaxt dərslərimi oxuyuram. Heç evdə tapılır ki, mənə oxu desin. Amma, sən yalan danışırsan, tənbəlsən, oxumaq istəmirsən, vəssalam. Guya sənin ata-anan, sənə demir, dərs oxu?
Onlar belə deyişə-deyişə, aptıq körpünün düz ortasına gəlib çatdılar. Dəmir körpüdə sıra ilə düzülüb, çayın necə axdığına, arabir balıqların, suyun səthi ilə üzdüyünə tamaşa edtilikləri bir zamanda, körpünün əks tərəfindən dörd-beş nəfər oğlanın çimərlik paltarında, körpünün üstü ilə onlara tərəf gəldiklərini gördülər. Dördü də, çönüb onlara tərəf baxdılar. Oğlanların burada, nə edəcəklərini, maraqla izləməyə başladılar. Oğlanlar isə yavaş-yavaş, özlərindən razı halda, onlara tərəf gəlirdilər. Nəhayət gəlib catdılar.
-Sizdə siqaret olmaz ki?- deyə biri, onlara müraciət etdi.
-Biz siqaret çəkmirik, qağa.- deyə, Xəqani cavab verdi.
-Haradan gəlmisiniz, ay qağa?- iztehza ilə həmin oğlan soruşdu.
-Biz qarabağlıyıüq, ay qağa.-Mehman qürürla cavab verdi. Mehmanın bu cür qururla cavab verməsi, bu dikbaş oğlana xoş təsir bağışladı və səsinin tonunu dəyişərək dedi:
-Qağalar, elə mən də qarabağlıyam, amma, burada yaşayıram. Şəhərimiz xoşunuza gəlir?
Uşaqların əhval-ruhiyyəsi dəyişdi.
-Əlbəttə, xoşumuza gəlir. Gözəl şəhərdi.
-Onda, birdə, nə vaxt gəlsəniz xəbərləşərik, birlikdə gəzərik, çimərliyə də, kedərik. Oralar da, xoşunuza gələcək.
-Biz artıq orada olmuşuq. Əcəb, gözəl su anbarınız var.
-Ora bizimçün dənizdir. Mingəçevir dənizi. Heç ora anbara oxşayır?
-Düz deyirsən, qardaş. Heç, ucu-bucağı görünmür. Əsl dənizdir. Hələ, Kür şəhərinizi iki yerə bölür, çox maraqlıdır.-Baxış söhbətə müdaxilə etdi.
-Hə, biz sağ sahildə yaşayırıq, Kürə yaxın yerdə. İnşiallah siz buralara gələndə xəbər edərsiniz, günümüzü birlikdə keçirərik, yaxşı oğlanlara oxşayırsınız.-Oğlanlardan bir başqası söhbətə qoşuldu.
Onlar şirin söhbət edə-edə, tanış oldular. Mingəçevirli oğlanlar onların çox xöşlarına gəlmişdilər. Sonra, Mingəçevirli oğlanlar körpünün üstündən çaya tullanmağa başladılar. Onların belə qorxmaz hərəkətləri, Mehmangili çox valeh etdi.
-Görəsən biz də, çaya belə baş vura bilərikmi?-Xəqani yoldaşlarına sual verdi.
-Heç ağlına belə şey gətirmə. Onlar Kürün qırağında böyüyüblər. Sənin kimi arxda çimmirlər. Gündə yüz dəfə Kürdə çimirlər, körpüdən çaya baş vururlar.
-Olsun da, mən də istəyirəm buradan tullanam. Yoxsa, deyəcəklər, biz qorxaqıq. Amma, Mehman, deyəsən sən buradan tullanmağa qorxursan ha?
-Mən də, Mehmanın fikri ilə razıyam. Bu hündürlükdən tullanmaq, bizimçün təhlükəlidir. Onlar çayın dibini belə beş barmaqları kimi tanıyırlar.-Baxış Mehmanın fikrinə şərik çıxdı. Telman sakit durub fikirləşirdi. Onun təbiəti beləydi. Amma, əsəbiləşdisə, allah göstərməsin, onun qabağına çətin duran olar.
Mingəçevirli uşaqlar çaydan çıxıb sahildə qumun üstündə oturub özlərini günə verirdilər. Hiss olunurdu ki, onlar yenə körpüdən tullanmaq fikrindədirlər, ona görə də, Baxış yoldaşlarına dedi:
-Gəlin qayıdağın, Ağdama. Biz evə gedib çıxana kimi, axşam olacaq.
-Baxış sən özün bilərsən, amma mən onların yanında biyabır olmaq istəmirəm.
-Burda nə biabırçılıq var, mən bilmirəm? -Baxış dedi.
-Siz özünüz bilərsiniz, amma mən, indi soyunub burdan tullanacam.
-Xəqani, lazım deyil, belə etmə.-Mehman yenə dilləndi.
Xəqani heç kimin sözüna qulaq asmadı, soyunub körpunun üstündən Kurə tullandı. Onların üçü də, nəfəslərini içlərinə çəkib, diqqətlə aşağıya çaya baxırdılar. Nəhayət, Xəqani suyun üzərinə çıxdı. Sol əli ilə üzünü silib, sağ əlinin baş barmağıyla, əla işarəsi verdi. Sonra, sahilə Mingəçevirlilərin yanına üzdü. Mehmangil sevincək körpünü keçərək, Xəqaninin yanına gəldilər. Mingəçevirlilər isə, yenə körpüyə sarı gedirdilər. Xəqani qumun üstündə uzanmışdı. Dərisi, tükləri biz-biz idi. Xəqani titrəyə-titrəyə dedi:
-Amma, su yaman soyuqdur.
-Axar su, həmişə soyuq olur.-Əkbər Xəqaniyə dedi.
-Amma, yaman ləzzət aldım. Adam, elə bil quşdur uçur.
-Mən Xəqanidən fərsiz olmayacam ki, mən də tullanacam.-Baxış dedi.
-Baxış lazım deyil.-Mehman Baxışa muraciət etdi.
-Qorxma, Mehman. Gəl sən də, soyun, birlikdə tullanaq. Sən ki, uzməyi bilirsən.
-Baxış, daxilimdə bir narahatcılıq var.-Mehman Baxışın gözlərinin içinə baxıb dedi.
-Qorxma, pis adama heç nə olmaz.
-Sənsən pis, ya mən?
-Elə, hər ikimiz. Xəqanini gördün, necə cəsarətlidir?
-Yaxşı gedək, biz də, tullanaq.
Onlar paltarlarını soyunub, Mingəçevirli uşaqların paltarlının yanında qoydular. Sonra, yavaş-yavaş körpüyə qalxdılar. Baxış qabaqda, Xəqani və Telman və Əkbər ortada, Mehmansa hamıdan arxada gedirdi. Artıq, Mingəçevirli uşaqlar, bir-birini gözləyərək, körpüdən tullanırdılar
Ardı var.....................
Mətndə olan texniki səhvlərə görə üzr istəyirəm.

Gizli iztirablar - 771596250973

Комментарии

  • 27 мар 2015 02:16
    Bu, Mingəcevirdə, həmin dəmir körpüdür. Əsəri oxuyanda, mənim nə demək istədiyimi başa düşəcəksiniz.
  • 27 мар 2015 06:52
    Eeeeeh korpu cox adami suya qerq edib.korpuden baxanda ama qagayilarin ucusu seyr etmek daha gozeldi
  • 27 мар 2015 13:13
    Maraqlıdır, uğurlar, davamını gözləyək...