Meyvələrin faydası haqqında

Hər mövsümünə görə bol meyvə qəbul etməyiniz
sağlamlığınız üçün çox faydalıdır.
* İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol
heç bir meyvədə yoxdur!
* Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək
beynimizdəki sinir hüceyrələri o qədər inkişaf edər, və
yaddaşımızı gücləndirir!
* Meyvələr mükəmməl lif qaynağıdır!
* Meyvələr vitamin və mineral baxımından çox zəngindir!
* Az kalorilidirlər və kökəltmir! (Ancaq dieta vaxtnda
kalorisi nisbətən yüksək olan əncir, banan və üzümdən
uzaq olun)
* Meyvələri ac qarına yemək həzm prossesini asanlaşdırır!
1) Yemiş
* Qanı təmizlər,
* Zərərli maddələrdən qoruma xüsusiyyəti vardır,
* Narahatlıq və yuxusuzluğa xeyirlidir,
* Bağırsaq və dəri xərçənginə qarşı Amerikan Xərçəng
xəstəliyi Birliyi tərəfindən tövsiyə edilmişdir;
(100 gr. yemiş=26 kalori)
2) Ananas
* Bakteriya və parazitlərlə mübarizədə faydalıdır,
* Həzmi asanlaşdırır ,
* İltihablanma riskini azaltmaqda və yaraların tezliklə
sağalmasında təsirlidir;
(1 qalın dilim ananas=43 kalori)
3) Gilas
* Güclü bir ağrı kəsicidir,
* Xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri
təmizləyər
* Qəbzliyi aradan qaldırır,
* Nikotinin vücuddan atılmasına kömək edir,
* Böyrəkləri daş və qum yığılmasından qoruyur, varsa
zamanla tökər,
* Öd kisəsi daşının tökülməsinə kömək edir,
* Üzdə olan sızanaqların təmizləməsinə kömək edir;
(100 gr. gilas=70 kalori)
4) Alma
* Qanı və böyrəkləri təmizləyir,
* Cildə parlaqlıq və gözəllik verir,
* Soyuqdəyməyə və öskürəyə xeyirlidir,
* Xolsetrolu azaldır,
* Həzm sistemindəki narahatlığa kömək edir,
* Baş ağrısına xeyirlidir,
* Yüksək təzyiqi salır,
* Qandakı şəkəri nəzarətdə saxlayar,
* Revmatizmaya kömək edir,
* Yuxusuzluğa yaxşıdır,
* Bağırsaqlardakı qurdların tökülməsinə kömək edir;
(1 ədəd balaca alma=63 kalori)
5) Armud
* Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki
performansa xeyirli olan vitaminləri saxlayar,
* Yüksək təzyiqi olanlar və böyrəklərində problem
yaşayanlar üçün faydalıdır,
* Qansızlıya və qəbizliyə yaxşı gəlir;
(1 ədəd kiçik armud=82 kalori)
6) Banan
* Ürəyə və əzələ sisteminə yararlıdır,
* Yorgunluğa xeyr edir,
* Yüksək təzyiqin qarşısını alır,
* Yuxuyu rejimə salır,
* Mədə xorasının qarşısını alır və onların müalicəsinə
kömək edir,
* Xolestrolu azaldır və mədə ağrısına faydalıdır
* Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə
sahibdir;
(1 ədəd banan=105 kalori)
7) Çiyələk
* Strese xeyr edir, sakitləşdirici təsiri vardır,
* Siqaret tüstüsün təsirini azaldır.Siqaret çəkilən bir
otağdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması
məsləhətdir.
* Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları
öldürücü təsiri vardır,
* Xərçəngə tutulmaq riskini azaldır,
* Mədə və bağırsaq zəifliklərini aradan qaldırır,
* Öd kisəsi xəstəliklərinə xeyirlidir,
* Yüksək qızdırmanı salır,
* Dişlərə və diş ətinə yaxşıdır, dişin karieslərini
yaranmasının qarşısını alır,
* Cildə canlılıq verir;
(100 gr. Çiyələk=30 kalori)
8) Əncir
* Bağırsaqları çalıştırır,
* Enerji verir,
* Cinsəl gücə yardım edir,
* Yüksək qan təzyiqini azaldır,
* Sümük möhkəmliyini artırır;
(1 ədəd orta əncir=37 kalori)
9) Ərik
* Qan bərpaedicidir, qan azlığına xeyirlidir,
* Gözəl bir cild və saç üçün yaxşı təsiri vardır,
* Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına
kömək edər,
* Ürək xəstəliklərinə xeyirlidir,
* Sümük əyilməsinin qarşısını alır,
* Əsəbləri sakitləşdirib, yuxu gətiricidir,
* Qəbzlik üçün və həzm sistemində problem yaşayanlar
üçün faydalıdır,
* Səhərlər ac qarına yeyilən ərik qurusu (qaysı) həzm
baxımından faydalı olmaqla yanaşı cildə də canlı rəng
verər;
(1 ədəd ərik=15 kalori)
10) Albalı
* Şəkər nisbəti gilasınkından aşağı olduğu üçün daha az
kaloridir
* Qızdırmanı salır, susuzluğu keçirir.
* Tündə rəngli albalı açıq rəngli olanlara nisbətən daha çox
mineral tərkiblidir;
(100 gr. albalı=50 kalori)
11) Greyfurt
* Soyuqdəyməyə yaxşıdır,
* Həzmi asanlaşdırır,
* Diş əti qanamasını azaldır,
* Xırda damarlardakı qan dövranını sürətləndirir ,
* Mədə xərçənginə tutlmaq riskini azaldır,
* Təzyiqi normallaşdırır,
* Böyrəkdaşı sökücü özəlliyi vardır
* Yağlı yeməklərin ardından içilən greyfurt suyu
yediklərinizin ağırlığını aradan qaldırır;
12) Kivi
* Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir
günlük alınması lazım olan C vitamini ehtiyacından daha
çoxu var,
* Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır,
* Xərçəngin yaranmasına mane olur.
* Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini
əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ
miqdarını azaltmaqdadır;
(1 ədəd kivi=46 kalori)
13) Portağal
* Soyuq dəyməyə və qripə yardım edir,
* Tərkibindəki C vitamini və turşular sayəsində öskürəyi
azaldır,
* Ürək xəstəliklərinə və iflicdən qoruyur,
* Bədənin əzik və göyərmiş yerlərinin daha tez
sağalmasına kömək edir,
* Mədə xərçənginin qarşısını alma təsiri var,
* Təzyiqi normallaşdırır.
* İçindəki minerallar cildin quruyub, qırışlanmasının
qarşısını alır,
* Bağırsaq qazını təmizlər, bağırsaq qurdunun tökülməsinə
xeyirlidir,
* Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir,
* Öd sekresiyasını artırar;
(1 ədəd portağal=60 kalori)
14) Şaftalı
* Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur,
* Həzm sistemini düzgün işləməyinə kömək edər, həzmi
asanlaşdırır,
* Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə
yardım edir,
* Böyrək daşı sökücüdür;
(1 ədəd orta şaftalı=42 kalori)
15) Üzüm
* Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini
tənzimlər,
* Qaraciyəri təmizləyər,
* Qara üzüm, qabığı və tumları ilə yeyilərsə hüceyrə
yeniləyicidir,
* Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimlər,
* Uşaqların inkişafı üçün çox faydalıdır.
* Ancaq kalorisi yüksək olan üzümün bir gündə 15-20
ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın;
(100 gr. üzüm=65 kalori)

Meyvələrin faydası haqqında
 - 837748574557
Meyvələrin faydası haqqında
 - 837748576605
Meyvələrin faydası haqqında
 - 837748577373
Meyvələrin faydası haqqında
 - 837748578909
Meyvələrin faydası haqqında
 - 837748584285
Meyvələrin faydası haqqında
 - 837748587357
Meyvələrin faydası haqqında
 - 837748587869
Meyvələrin faydası haqqında
 - 837748601693
Meyvələrin faydası haqqında
 - 837748602973
Meyvələrin faydası haqqında
 - 837748605533
Meyvələrin faydası haqqında
 - 837748606813
Meyvələrin faydası haqqında
 - 837748609373
Meyvələrin faydası haqqında
 - 837748612189
Meyvələrin faydası haqqında
 - 837748628061
Meyvələrin faydası haqqında
 - 837748630365

Комментарии