SƏNİNLƏYƏM, SƏNSİZ DƏ... ...

Yola zülmət çökəndə,
yadıma sən düşürsən...
Gözlərim yol çəkəndə,
yadıma sən düşürsən...
..
Ömür bir nağıldımı,
baldımı-noğuldumu...?
Gözümü nəm aldımı,
yadıma sən düşürsən...
..
Səninləyəm-sənsiz də,
tənhayam ömrümüzdə...
O görüş yerimizdə,
yadıma sən düşürsən...
...
Sevən,eşqini danmaz,
gecə də, yuxu yatmaz...
Sevdiyini unutmaz-
yadıma sən düşürsən,
yadıma sən düşürsən.............(İlhamə Abbas Yusifqızı...)
#İlhaməAbbasYusifqızı

gif

Комментарии