1 мая 2015
ANAM DÜŞÜB YADIMA .
. .
Bir ah çəkim, ulu göylər sökülün,
Duyğularım bənövşə tək bükülün.
Arzularım, siz də yanib tökülün,
Anam düşüb yadıma...
Işin yoxdu sinəmdəki dağla, can.
Sən bu dağı qiyamətə saxla, can.
Ağla ürək, ağla könül, ağla can,
Anam düşüb yadıma...
Qorxma mənim fəryadımdan, dadımdan.
Qansız kədər gəl keç yeddi qatımdan.
Dünya cıxıb yaddaşımdan, yadımdan,
Anam düşüb yadıma...
Neçə-neçə sərt üzlərə ağ oldum.
Ümmanlara boy göstərən dağ oldum,
Rəhm et Tanrım, göz yaşında boğuldum,
Anam düşüb yadıma.................01.05.2015..(İlhamə Abbas Yusifqızı..)
#İlhaməAbbasYusifqızı
Nə tez əllərini üzdün dünyadan
Balani tək qoyub hara getdin Sən?
Necə yox olurmuş bir anda insan
Elə bil dünyada hec yox imişsən
Məni boya başa yetirdin ,ana
Bizə borclu bildik hər zaman səni
Sən məni dünyaya gətirdin ,ana
Mənsə yola saldim dünyadan səni
Sən mənə beşikdə layla çalmisan
Bu gün layla çalim sənə məndəmi?
Sənin şirin-şirin laylalarini
Mən sənə qaytarim cənazəndəmi?
"Yuxun şirin olsun" deyərdin mənə
"Yuxun şirin olsun" deyimmi sənə
Gərək mən başina dönəm-dolanam
Məni həyat üçün yatiran anam
Bu necə dünyadir,insan oğlunun
Xəyalı göydədir,özü yerdədir
Sağ ikən çiynində həyatin yükü
Öləndə cəsədi çiyinlərdədir
Bu necə dünyadir,bu necə dünya
Ölümü həqiqət,həyatı röya
Dərdimin,qəmimin səndin ortağı
Niyə üz döndərdin bəs niyə məndən?
"Dərdin mənə qalsin"-deyərdin axı
Niyə dərd caladin dərdimə bəs sən?
Anam,hec kəs səni incitməmişdir
Mən səni,mən səni incidən qədər
İndi kimə açım dərdimi bir-bir
Kim mənim dərdimə yanar sən qədər?
Bu gün yeddin oldu,anam yeddi gün
Bizimlə bərabər ağlar otaqlar
Sənə,yalniz Sənə,Sənə deməkçin
Könlümdə nə qədər mənim sözüm var
"Kİmləri çağıraq bu gün yeddiyə"
xalalar,bacılar soruşur məndən
Anamdan soruşaq ,o bilər deyə
Sənin otağına üz tuturam mən
Anam,tapşirildin ana torpağa
Bu ölüm sinəmə çəkdi dağ mənim
Sən mənim arxamda bənzərdin dağa
Elə bil arxamdan uçdu dağ mənim
Ömrü başa vurdun altmış yaşinda
Altmışın üstündə durub yaşında
Artıq sənin üçün dayanan zaman
Mənimçin dolanir,gün olur axşam
Vaxt keçir sən məndən uzaqlaşirsan
Mən sənə günbəgün yaxınlaşiram...