Hardan Ürəyimə doldu bu Sevda ? ..

Oldum yollarında eşqin əsiri
Yandırdın bağrımı sən diri-diri
Baxanda gözümə titrək qəlbimi
Saldı kəməndinə caldı bu sevda
Hardan Ürəyimə doldu bu Sevda ?
..
Məhəbbət oyun döy atıla ki zər
Şeş qoşa kiminsə bəxtinə düşər
Ehh eşq vardır Aya,ulduza bənzər
Bax onda parlayıb yandı bu Sevda
Hardan Ürəyimə doldu bu Sevda ?
..
Nələr ürəyimdən kecdi darıxdım
Dilim topuq caldı nəsə karıxdım
Hicran yollarına Vüsalla baxdım
Həsrəti yox etdi yaxdı bu sevda
Hardan Ürəyimə doldu bu Sevda ?
...
Nüsrət Kəsəmənli yazıbdır əzəl
Sözləri qiymətli kəlamdı gözəl
Sevgi şailəri şeir ya qəzəl
Yazdı sətirlərə boldu bu sevda
Hardan Ürəyimə doldu Bu Sevda ?
...
Seymur da çəşmə tək coşub cağlayar
Məcnun nə karədi yanımda ey yar ?
Məni mənim təki duyub anlayar
Amma sözlərimi yozdu bu sevda
Hardan Ürəyimə doldu bu Sevda ?...(Seymur Sönməz...)

Hardan  Ürəyimə  doldu  bu Sevda ? - 802991643393

Комментарии

Комментариев нет.