17 окт 2016
Yaxşı dostlara.. ..
Bu şeiri yazıram, yaxşı dostlara,
Qoy pislər oxuyub, pis olmasınlar.
Varsa ehtiyacım, əgər onlara,
Nə üçün yanımda, bəs olmasınlar...?
...
Dost nədir...? Dostuna hər zaman kömək,
Dostluğu nə pozar...? Xəyanət, kələk.
Əgər kəsmişiksə, birlikdə çörək,
Duz - çörək itirən, kəs olmasınlar...
...
Dost odur, hər zaman, dostunu tutsun,
Ən acı sözünü, bal bilib udsun,
Yaxşını saxlasın, pisi unutsun,
Heç vaxt bir-birindən, küs olmasınlar........17.10.2016...(İlhamə Abbas Yusifqızı...)
#İlhaməAbbasYusifqızı
...
Tanrı səni bəxş eylədi ömrümə,
Sanki,mənə həyat verdin əziz dost.
Bu dünyada küskün düşən qəlbimə,
Şadlıq verdin, büsat verdin əziz dost...
....
Ağlamadım səni görcək bir də mən,
Qatılmadım heç bir dərdə,qəmə mən.
İtirmişdim bu həyatda özümü,
Doğmam kimi səni gördüm əziz dost........(Sahil Dəniz...)