Bir bağə ki təvqa gələ gülzari solarmı

Şər nokəri, eyş aşiqi pak eşqi bularmı
***
Bir kəs ki edir nəfsinə taət gecə-gündüz
Ol kəs düşün ALLAHINA qul, bəndə olarmı
***
Əbbasə əzadar olanın müşkülü qalmaz
Dərmani bulan dərk elə dərd içrə qalarmı?!
***
Bir qəlbidə yoxdursa Əli eşqi İlahi,
Ol qəlbə sənin rəhmətin ərz eylə dolarmı
***
Çirkabə batan adəmi pak etmədi dərya
Bir çoxları zənn eylədi pak etdi sularmı?
***
Dəryadəki hər qətrə qılar eşqin Əliyə
Düşmani-Əlini bu sular paki qılarmı?
***
Müəllif: Ümid Sadə

Комментарии

Комментариев нет.