İMAM HÜSEYNİN (ə) İLK ORUC TUTDUĞU GÜN.
İmam Hüseynin (ə) ilk oruc tutduğu gün bütün Əhli-beyt (ə) süfrənin kənarına toplandı.
Həzrət Peyğəmbər (s.ə) üzünü İmam Hüseynə (ə) tutub buyurdu: "Hüseyn can orucunu aç".
İmam Hüseyn (ə) buyurdu: "Hədiyyəm nə olacaq?"
Peyğəmbər buyurdu: "Səni sevənlərə məhəbbətimin yarısını bağışlayıram".
Həzrət Əli (ə) buyurdu: "Oğlum buyur".
Yenə İmam buyurdu: "Hədiyyəm nə olacaq?"
Həzrət Əli (ə) buyurdu: "ibadətlərimin yarısı sənə aşiq olanların".
Həzrət Fatimə (ə) buyurdu: "Əzizim iftar elə". İmam Hüseyn (ə) buyurdu: "Sizin hədiyyəniz mənə nə olacaq?"
Həzrət buyurdu: "ibadətlərimin yarısını sənə ağlayanlara bağışlayıram".
İmam Həsən (ə) buyurdu: "Qardaş can orucunu aç".
İmam həmin sualı etdi.
Həzrət cavab verdi: "Mən bütün günahkarları sənə bağışlamasam behiştə getməyəcəm".
Həmin vaxtı həzrət Cəbrayıl (ə) Peyğəmbərə (s.ə) nazil olub buyurdu: Allah Taala buyurur:
"Mən sizin hamınızdan daha mehribanam,
Ey Hüseyn, Mən sənə aşiq olanları o qədər behiştə aparacam ki, sən razı olana kimi".
Həzrət Peyğəmbər (s.ə) buyurur:
"Bu hədisi başqalarına yetirənin çöhrəsi nurlu olar".

Комментарии