İki böyük sufi - Şəqiq Bəlxi və İbrahim Ədhəm

rastlaşırlar.
Şəqiq İbrahimdən soruşur:
- «Ey İbrahim, gün-
güzəranın necə keçir?». İbrahim ibn Ədhəm cavab
verir:
-«Ruzi tapanda şükr edir, tapmayanda səbr
edirəm».
Şəqiq Bəlxi gülüb deyir:
-«Bəlx köpəkləri
də belədir. Onlara sümük atanda quyruq bulayıb
təşəkkür edirlər, yemək tapmayanda dözürlər».
İbrahim təəccüblə soruşur:
-«Bəs sən nə edirsən?».
Şəqiq söyləyir:
-«Mən ruzi tapanda başqalarına paylayıram, tapmayanda şükr edirəm».

İki böyük sufi - Şəqiq Bəlxi və İbrahim Ədhəm - 837287654775

Комментарии

Комментариев нет.