Bu gün hicri/qəməri təqvimilə 13 rəcəb (miladi,31 mart) Vilayət Günəşi, İmamət Nurunun ilk Sərçeşməsi, Xeybər Qalasının Fatehi, Kə'bə Mövludlu Bəşər, İslamın Sütunu, Elm Şəhərinin Qapısı, Zülfiqarın Sahibi, Yetimlərin Pənahı, Böyük İslam Peyğəmbərinin (s.
ə.a.s) Canişini, Ona ilk şəhadət gətirən İnsan, Qiyamətədək bütün Bəşəriyyətə Öndər olan, On bir İmamın Əziz Atası _ "HəZRəT ƏmiRəLMöMiNiN ƏLİ İBN ƏBU-TALİB (Ə.S)-in" Müqəddəs Kə'bə Evində Dünyaya göz açdığı gündür.. Allah-Təala bizləri İmam Əli'nin (ə.s) ziyarətindən, axirətdə isə Şəfaətindən, binəsib etməsin.. Kövsər Hovuzunun ətrafında O həzrətin (ə.) mübarək əllərindən su içməyi bizlərə qismət etsin.. İlahi Amin Ya Rəbbəl Aləmin! ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM VƏL ƏN ƏDA'ƏHUM ƏCMƏİN. AMİN YA RƏBBƏL ALƏMİN! _____________________________ - Sizə Əli (ə.) kimi yetim haqqını qoruyan biri olmağı arzu edirəm. - Sizə Allahdan Əlinin (ə.) Xanımı kimi xanım, övladları kimi övlad diləyirəm. - Allahdan Sizə Əli (ə.) kimi şücaətli və mərd bir yoldaş diləyirəm. - Allahdan Sizə və yaxınlarınıza Əli (ə.) Şücaəti, Əli (ə.) Rəhmi və Əli (ə.) Səbri əta etməsini diləyirəm. - Dünyada hər bir dərdin Dərmanı Əli (ə.) Məhəbbətidir. Sizə Əli (ə.) Məhəbbəti sayəsində onunla həm-ahəng olmağı arzu edirəm. - Sizə Əli (ə.) kimi Allahı tanıyıb dərk etməyi elə Allahın Özündən diləyirəm. - Yetim görəndə saçlarına sığal çəkin. Çünki ora Əlinin (ə.) əli toxunub. __________________________ HƏZRƏT ƏMİRƏL-MÖMİNİN ƏLİ (Əleyhis-səlam)-ın həyatına qısa baxış.. Adı: ƏLi Künyəsi: "Əbül-Həsən", "Əbül-Həsəneyn", "Əbüs-Sibteyn", "Əbür-Reyhanəteyn", "Əbu-turab" və s. Məşhur Ləqəbi: "Əmirəl-Möminin" Atası: Əbu-talib (Rəsuli Əkrəm (s.a.ə.s)-in əmisi. (Başqa adları: İmran, Əbdi Mənaf, İbni Əbdül-Müttəlib) Anası: Fatimə (Əsəd qızı) Viladəti: Amül-fildən 30 il keçərkən, 13 Rəcəb (cümə günü) Doğulduğu yer: Kə'beyi-Mükərrəmə İmamət müddəti: İslam peyğəmbərinin (s) vəfatından sonra başlamışdır, ömrünün sonuna kmi (30 il). Lakin xilafəti qəsb edənlər Əbu-bəkr, Ömər, Osmandan (l.ə) sonra 5 il. Şəhadət tarixi: Hicri 40-cı il, 21 Ramazan (Qədr gecəsi, cümə) Ömrü: 63 il Şəhadət səbəbi: Kufə məscidində sübh namazın əda edərkən xəvariclərdən olan İbni Mülcəmin (lənətullah əleyh) qılınc zərbəsi ilə şəhid edilmişdir Dəfn olunduğu yer: Nəcəfi-Əşrəf, İraq Övladlarının sayı: 36 (18 oğlan, 18 qız) Oğlanları: 1. Həsəni-Müctəba (ə) 2. Hüseyn (ə) 3. Əbbasül-Əkbər (Əbül-Fəzlil-Əbbas) 4. Əbdüllahül-Əkbər 5. Cəfərül-Əkbər 6. Osmanül-Əkbər 7. Məhəmməd Hənəfiyyə 8. Mühəmmədül-Əsğər 9. Əbdüllahül-Əsğər 10. Əbdüllah (Əbi Əli) 11. Ovn 12. Yəhya 13. Məhəmmədül-Övsət 14. Osmanül-Əsğər 15. Əbbasül-Əsğər 16. Cəfərül-Əsğər 17. Ömərül-Əkbər 18. Ömərül-Əsğər. Qızları: 1. Zeynəbi-Kübra 2. Zeynəbi-Suğra (Ümmü-Gülsüm) 3. Rəmlətül-Kübra 4. Rəmlətül-Suğrа 5. Ümmül-Həsən 6. Nəfisə 7. Rüqəyyətül-Kübra 8. Rüqəyyətül-Suğra 9. Məymunə 10. Zeynəbi-Suğra 11. Ümmü Hani 12. Fatimeyi-Suğra 13. Əmamə 14. Xədiceyi-Suğra 15. Ümmü Gülsüm 16. Ümmü Sələmə 17. Həmamə 18. Ümmü Kiram. Üzüyünün yazısı: "Əl-mülkü lillahil-vahidül-qəhhar” (Mülk və səltənət Vahid və Qəhhar Allaha məxsusdur) HƏZRƏTİ ƏMİRƏL-MÖMİNİN ƏLİ (Əleyhis-səlam) Haqqında.. Pеyğəmbərlərin sоnuncusu Həzrəti Muhəmməd ibn Mustafanın (s.) Özündən sоnrаkı Xəlifəsi, Əmisi оğlu, Kürəkəni, Möminlərin vəlisi Imam Əli (əleyhis-salam) Məhəmməd Peyğəmbərin (s.) be'sətindən 10 il əvvəl Rəcəb ayının 13-də Məkkədə Kə'bənin içində dünyаyа göz аçdı. Оndаn qаbаq burаdа hеç kim dünyаyа gəlməyib və оndаn sоnrа dа burаdа hеç kim dünyаyа gəlməyəcək. İmam Əlinin (ə.s) ən məşhur ləqəbi Əmirəl-Möminindir. Qaynaqlar İmam (ə.s) üçün 850-dən аrtıq ləqəb qеyd еdib. Hz.Əlinin (ə.s) ən məşhur künyəsi Əbəl Həsən və Əbəl Hüseyndir. Atası böyük məqаm sаhibi оlаn Əbu-Tаlib (ə.), anаsı isə Fаtimə binti Əsəddir. Həzrət Əli (əleyhis-salam)-ın anasının şəxsiyyəti Onun anası Haşimin oğlu Əsədin qızı Fatimə (Fatimə binti Əsəd) və peyğəmbərə iman gətirən ilk qadınlardan biridir. O, besətdən qabaq Hz.Ibrahim (əleyhis-salam)-ın ayininə itaət edirdi. O, həmin ismətli qadındır ki, doğum ağrısı şiddətlənəndə Kəbənin divarına yaxınlaşır.. Həzrəti Fatimə deyir: ``Sübh vaxtı qeybdən bir nida eşitdim: ``Ey Fatimə, Bizim Evə gəl``.. Əbu Talib (ə.) və Rəsulullah (s.ə.s) onu Məscidül-Hərama gətirdilər. Abbas ibni Əbdül-Müttəlib bir dəstə insanla məsciddə əyləşmişdi. Gördülər ki, Xanım Fatimə Məscidül-Hərama daxil oldu. Kə'bə ilə üz-bəüz dayanıb: səmaya baxaraq belə dua etdi: ``Pərvərdigara! Mənim Sənə, Peyğəmbərlərinə və Sənin tərəfindən göndərilən Kitablara imanım var. Mən babam İbrahimin (ə.s) kəlamını təsdiq edirəm. O, bu evi bir şəxsin haqqına xatir tikib. Səni and verirəm, bətnimdə olan, mənimlə danışıb ünsiyyət quran övladın haqqına xatir, bu doğumu mənə asan et..`` Bu zaman, Kə'bənin arxa tərəfindəki divar yarıldı. Fatimə binti Əsəd içəri daxil oldu. Kə'bənin qapısındakı qıfılı nə qədər açmaq istəsələr də mümkün olmadı. Bildilər ki, bu işdə Allah'ın hikməti var Fatimə binti Əsəd (s) deyir: - ``Kəbəyə daxil olduqda gördüm ki, Həvva, Sara, Asiya, Musa ibn İmranın anası və İsanın anası Məryəm (ə) gəldilər. Onlar mənə salam verdilər: ``Əs-səlamu əleyki, ya Vəliyullah`` Və qarşımda əyləşdilər. Peyğəmbərlərin sonuncusu Həzrəti Muhəmməd (s.ə.s) dünyaya gəldikdə yerinə yetirdiklərini, Əlinin (ə.) viladətində də, yerinə yetirdilər. O zaman xanım Fatimə, Peyğəmbər (s.) dünyaya gəldikdə iştirak etmiş və əhvalatı Əbu Talibə (ə.) danışmışdı. Həzrət Əbu Talib (ə.) qabaqcadan ona demişdi: ``30 il səbr et, Allah sənə Peyğəmbərlərin sonuncusu kimi bir övlad bəxş edəcək. Yalnız o, Peyğəmbər olmayacaq, onun vəsisi və canişini olacaq`` Fatimə binti Əsəd İlahi qonaq olduqdan sonra öz möhtərəm və sevimli oğlunu qucağına alıb Kə'bədən xaric oldu.. Qeybdən belə bir nida gəldi: ``Ey Fatimə, bu uşağın adını Əli qoy. Mən Əliyyi-Əla olan Allaham. Mən onun adını Öz adımdan seçmişəm, ona ədəb öyrətmişəm və Öz əmrimi ona tapşırmışam. Onu öz elmimdən agah etmişəm. O, Mənim Evimdə dünyaya gəlib. O, Mənim Evimin üstündə azan deyəcək ilk şəxsdir. O, bütləri sındıracaq, Kə'bənin üstündən yerə atacaq. Xoş o adamın halına ki, Onu sevib itaət və kömək edə. Ona düşmən kəsilib, ondan boyun qaçırıb xar edərək haqqını inkar edən kəsin vay halına``. (``Biharül-ənvar``, cild-35, səh 9-37) Həzrət Rəsuli-Əkrəmdən (s.ə.s) nəql edilir: "Gördüm ki, behiştin qapısına yazılmışdır: “Allah'dan başqa mə'bud yoxdur, Muhəmməd (s.ə.s) Onun elçisidir, Əli (ə.s) - Onun (Peyğəmbərin) qardaşıdır”. Digər mübarək hədisdə Həzrət Rəsuli-Əkrəmdən (s.ə.s) nəql edirlər: "Ey Əli Can! İmanın sənin ətin və qanınla qarışması, mənim ətimə və qanıma qarışması qədərdir". Mövlamız, İntizarında olduğumuz, Bəşərə nicat verəcək mübarək İmamımız Həzrəti Mehdi Sahib-əz-zəmanın (ə.f) etdiyi dualardan birində deyilir: "İlahi!...Əmirəlmö’mininə, Peyğəmbərin (s.) varisinə, dəstəmazdan nurlananların rəhbərinə, vəsilərin sərvərinə salam göndər!". Əli (əleyhissəlam) Peyğəmbərin (s) qardaşı İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Peyğəmbər (səlləllahu əleyhi və alih) müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) yaratmaq və onu genişləndirmək üçün çox səylər etmişdir. O cümlədən Peyğəmbər (səlləllahu əleyhi və alih) Yəsribə gəldikdən sonra mühacirlər (hicrət etmiş müsəlmanlar) və ənsar (Peyğəmbərin Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də, bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: «Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun.» Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə, onlar arasında mehribançılıq daha da artdı. Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar. Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra Əli (əleyhis-səlam) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib buyurdu: «Məni heç kimlə qardaş etmədin.» Peyğəmbər (s) buyurdu: «Sən hər iki dünyada mənim qardaşımsan! .» Sonra özü ilə Əli (əleyhissəlam) arasında qardaşlıq siğəsi oxudu. Bu məsələ Əli əleyhis-səlamın fəzilət və əzəmətinin nə dərəcədə olduğunu göstərməklə yanaşı, həm də Əli əleyhis-səlamın peyğəmbərə nə qədər yaxın olduğunu göstərir. Həzrət Əli (əleyhis-səlam)ın ilk müsəlman olması haqda sübutlar (İslamı qəbul etməkdə heç kim Əli (ə)-dan qabağa düşməmişdir) Hədisçilər və tarixçilərdən çoxu yazırlar ki, Peyğəmbər (s) bazar ertəsi günü risalətə (peyğəmbərliyə) məbus oldu və Əli (ə) o günün sabahı ona iman gətirdi. Rəsuli-Əkrəmin özü Əli (ə)-ın hamıdan əvvəl islamı qəbul etməsini aşkar şəkildə e'lan edib səhabələrin ümumi yığıncağında belə buyurdu: "Qiyamət günü (Kövsər) hovuzunda mənimlə görüşəcək ilk şəxs islamı qəbul etməkdə ən qabaqcıl olanınız Əli ibni Əbu Talibdir." Həzrət Əli (ə)-ın islamı hamıdan qabaq qəbul etməsi ilə bağlı Peyğəmbəri-Əkrəmdən, Əmirəl-möminin Əli (ə)-ın özündən, eləcə də sair din rəhbərlərimizdən nəql olunan rəvayət və hədislər, həmçinin hədisçilərin və tarixçilərin bu məsələ barəsindəki rəyləri o qədər çoxdur ki, onların hamısını bu kitabda yerləşdirmək qeyri-mümkündür. Elə buna görə də, bu barədə təkcə imamın öz sözlərini və bir tarixi hadisəni nəql etməklə kifayətlənirik. Əmirəl-möminin Əli (ə) buyurur: "Mən Allahın bəndəsi, Peyğəmbərin (siğə) qardaşı və Siddiqi-əkbərəm. Məndən sonra bu sözü (Siddiqi-əkbər olmağı) yalançı və iftiraçıdan başqa bir kəs özünə aid etməz. Mən camaatdan yeddi il qabaq, Rəsulullah ilə namaz qılmışam. Mən onunla namaz qılan ilk şəxsəm." Imam öz nəzərini başqa yerdə belə buyurur: "O günlər islam dini Peyğəmbərin və Xədicənin evindən başqa bir yerə yol tapmamışdı. Mən də bu ailənin üçüncü şəxsi idim." Başqa yerdə Imam (ə) özünün islamı hamıdan əvvəl qəbul etməsini belə bəyan edir: "İlahi, mən Sənə tərəf gələn, Sənin əmrini eşidib, Peyğəmbərinin dəvətini qəbul edən ilk şəxsəm. Məndən qabaq islam Peyğəmbərindən başqa, heç kim namaz qılmırdı." Kitabın adı: (Vilayət günəşi birinci cild) Müəllif: Ayətullah Cəfər Sübhani
Biz Hüseyndən ! Bəs Sən ?
Bu gün hicri/qəməri təqvimilə 13 rəcəb (miladi,31 mart) Vilayət Günəşi, İmamət Nurunun ilk Sərçeşməsi, Xeybər Qalasının Fatehi, Kə'bə Mövludlu Bəşər, İslamın Sütunu, Elm Şəhərinin Qapısı, Zülfiqarın Sahibi, Yetimlərin Pənahı, Böyük İslam Peyğəmbərinin (s.
ə.a.s) Canişini, Ona ilk şəhadət gətirən İnsan, Qiyamətədək bütün Bəşəriyyətə Öndər olan, On bir İmamın Əziz Atası _ "HəZRəT ƏmiRəLMöMiNiN ƏLİ İBN ƏBU-TALİB (Ə.S)-in" Müqəddəs Kə'bə Evində Dünyaya göz açdığı gündür..
Allah-Təala bizləri İmam Əli'nin (ə.s) ziyarətindən, axirətdə isə Şəfaətindən, binəsib etməsin.. Kövsər Hovuzunun ətrafında O həzrətin (ə.) mübarək əllərindən su içməyi bizlərə qismət etsin.. İlahi Amin Ya Rəbbəl Aləmin!
ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM VƏL ƏN ƏDA'ƏHUM ƏCMƏİN. AMİN YA RƏBBƏL ALƏMİN!
_____________________________
- Sizə Əli (ə.) kimi yetim haqqını qoruyan biri olmağı arzu edirəm.
- Sizə Allahdan Əlinin (ə.) Xanımı kimi xanım, övladları kimi övlad diləyirəm.
- Allahdan Sizə Əli (ə.) kimi şücaətli və mərd bir yoldaş diləyirəm.
- Allahdan Sizə və yaxınlarınıza Əli (ə.) Şücaəti, Əli (ə.) Rəhmi və Əli (ə.) Səbri əta etməsini diləyirəm.
- Dünyada hər bir dərdin Dərmanı Əli (ə.) Məhəbbətidir. Sizə Əli (ə.) Məhəbbəti sayəsində onunla həm-ahəng olmağı arzu edirəm.
- Sizə Əli (ə.) kimi Allahı tanıyıb dərk etməyi elə Allahın Özündən diləyirəm.
- Yetim görəndə saçlarına sığal çəkin. Çünki ora Əlinin (ə.) əli toxunub.
__________________________
HƏZRƏT ƏMİRƏL-MÖMİNİN ƏLİ (Əleyhis-səlam)-ın həyatına qısa baxış..
Adı: ƏLi
Künyəsi: "Əbül-Həsən", "Əbül-Həsəneyn", "Əbüs-Sibteyn", "Əbür-Reyhanəteyn", "Əbu-turab" və s.
Məşhur Ləqəbi: "Əmirəl-Möminin"
Atası: Əbu-talib (Rəsuli Əkrəm (s.a.ə.s)-in əmisi. (Başqa adları: İmran, Əbdi Mənaf, İbni Əbdül-Müttəlib)
Anası: Fatimə (Əsəd qızı)
Viladəti: Amül-fildən 30 il keçərkən, 13 Rəcəb (cümə günü)
Doğulduğu yer: Kə'beyi-Mükərrəmə
İmamət müddəti: İslam peyğəmbərinin (s) vəfatından sonra başlamışdır, ömrünün sonuna kmi (30 il). Lakin xilafəti qəsb edənlər Əbu-bəkr, Ömər, Osmandan (l.ə) sonra 5 il.
Şəhadət tarixi: Hicri 40-cı il, 21 Ramazan (Qədr gecəsi, cümə)
Ömrü: 63 il
Şəhadət səbəbi: Kufə məscidində sübh namazın əda edərkən xəvariclərdən olan İbni Mülcəmin (lənətullah əleyh) qılınc zərbəsi ilə şəhid edilmişdir
Dəfn olunduğu yer: Nəcəfi-Əşrəf, İraq
Övladlarının sayı: 36 (18 oğlan, 18 qız)
Oğlanları:
1. Həsəni-Müctəba (ə)
2. Hüseyn (ə)
3. Əbbasül-Əkbər (Əbül-Fəzlil-Əbbas)
4. Əbdüllahül-Əkbər
5. Cəfərül-Əkbər
6. Osmanül-Əkbər
7. Məhəmməd Hənəfiyyə
8. Mühəmmədül-Əsğər
9. Əbdüllahül-Əsğər
10. Əbdüllah (Əbi Əli)
11. Ovn
12. Yəhya
13. Məhəmmədül-Övsət
14. Osmanül-Əsğər
15. Əbbasül-Əsğər
16. Cəfərül-Əsğər
17. Ömərül-Əkbər
18. Ömərül-Əsğər.
Qızları:
1. Zeynəbi-Kübra
2. Zeynəbi-Suğra (Ümmü-Gülsüm)
3. Rəmlətül-Kübra
4. Rəmlətül-Suğrа
5. Ümmül-Həsən
6. Nəfisə
7. Rüqəyyətül-Kübra
8. Rüqəyyətül-Suğra
9. Məymunə
10. Zeynəbi-Suğra
11. Ümmü Hani
12. Fatimeyi-Suğra
13. Əmamə
14. Xədiceyi-Suğra
15. Ümmü Gülsüm
16. Ümmü Sələmə
17. Həmamə
18. Ümmü Kiram.
Üzüyünün yazısı: "Əl-mülkü lillahil-vahidül-qəhhar” (Mülk və səltənət Vahid və Qəhhar Allaha məxsusdur)
HƏZRƏTİ ƏMİRƏL-MÖMİNİN ƏLİ (Əleyhis-səlam) Haqqında..
Pеyğəmbərlərin sоnuncusu Həzrəti Muhəmməd ibn Mustafanın (s.) Özündən sоnrаkı Xəlifəsi, Əmisi оğlu, Kürəkəni, Möminlərin vəlisi Imam Əli (əleyhis-salam) Məhəmməd Peyğəmbərin (s.) be'sətindən 10 il əvvəl Rəcəb ayının 13-də Məkkədə Kə'bənin içində dünyаyа göz аçdı. Оndаn qаbаq burаdа hеç kim dünyаyа gəlməyib və оndаn sоnrа dа burаdа hеç kim dünyаyа gəlməyəcək. İmam Əlinin (ə.s) ən məşhur ləqəbi Əmirəl-Möminindir. Qaynaqlar İmam (ə.s) üçün 850-dən аrtıq ləqəb qеyd еdib. Hz.Əlinin (ə.s) ən məşhur künyəsi Əbəl Həsən və Əbəl Hüseyndir. Atası böyük məqаm sаhibi оlаn Əbu-Tаlib (ə.), anаsı isə Fаtimə binti Əsəddir.
Həzrət Əli (əleyhis-salam)-ın anasının şəxsiyyəti
Onun anası Haşimin oğlu Əsədin qızı Fatimə (Fatimə binti Əsəd) və peyğəmbərə iman gətirən ilk qadınlardan biridir. O, besətdən qabaq Hz.Ibrahim (əleyhis-salam)-ın ayininə itaət edirdi. O, həmin ismətli qadındır ki, doğum ağrısı şiddətlənəndə Kəbənin divarına yaxınlaşır..
Həzrəti Fatimə deyir: ``Sübh vaxtı qeybdən bir nida eşitdim: ``Ey Fatimə, Bizim Evə gəl``.. Əbu Talib (ə.) və Rəsulullah (s.ə.s) onu Məscidül-Hərama gətirdilər. Abbas ibni Əbdül-Müttəlib bir dəstə insanla məsciddə əyləşmişdi. Gördülər ki, Xanım Fatimə Məscidül-Hərama daxil oldu. Kə'bə ilə üz-bəüz dayanıb: səmaya baxaraq belə dua etdi: ``Pərvərdigara! Mənim Sənə, Peyğəmbərlərinə və Sənin tərəfindən göndərilən Kitablara imanım var. Mən babam İbrahimin (ə.s) kəlamını təsdiq edirəm. O, bu evi bir şəxsin haqqına xatir tikib. Səni and verirəm, bətnimdə olan, mənimlə danışıb ünsiyyət quran övladın haqqına xatir, bu doğumu mənə asan et..``
Bu zaman, Kə'bənin arxa tərəfindəki divar yarıldı. Fatimə binti Əsəd içəri daxil oldu. Kə'bənin qapısındakı qıfılı nə qədər açmaq istəsələr də mümkün olmadı. Bildilər ki, bu işdə Allah'ın hikməti var Fatimə binti Əsəd (s) deyir: - ``Kəbəyə daxil olduqda gördüm ki, Həvva, Sara, Asiya, Musa ibn İmranın anası və İsanın anası Məryəm (ə) gəldilər. Onlar mənə salam verdilər: ``Əs-səlamu əleyki, ya Vəliyullah`` Və qarşımda əyləşdilər. Peyğəmbərlərin sonuncusu Həzrəti Muhəmməd (s.ə.s) dünyaya gəldikdə yerinə yetirdiklərini, Əlinin (ə.) viladətində də, yerinə yetirdilər. O zaman xanım Fatimə, Peyğəmbər (s.) dünyaya gəldikdə iştirak etmiş və əhvalatı Əbu Talibə (ə.) danışmışdı. Həzrət Əbu Talib (ə.) qabaqcadan ona demişdi: ``30 il səbr et, Allah sənə Peyğəmbərlərin sonuncusu kimi bir övlad bəxş edəcək. Yalnız o, Peyğəmbər olmayacaq, onun vəsisi və canişini olacaq``
Fatimə binti Əsəd İlahi qonaq olduqdan sonra öz möhtərəm və sevimli oğlunu qucağına alıb Kə'bədən xaric oldu.. Qeybdən belə bir nida gəldi: ``Ey Fatimə, bu uşağın adını Əli qoy. Mən Əliyyi-Əla olan Allaham. Mən onun adını Öz adımdan seçmişəm, ona ədəb öyrətmişəm və Öz əmrimi ona tapşırmışam. Onu öz elmimdən agah etmişəm. O, Mənim Evimdə dünyaya gəlib. O, Mənim Evimin üstündə azan deyəcək ilk şəxsdir. O, bütləri sındıracaq, Kə'bənin üstündən yerə atacaq. Xoş o adamın halına ki, Onu sevib itaət və kömək edə. Ona düşmən kəsilib, ondan boyun qaçırıb xar edərək haqqını inkar edən kəsin vay halına``. (``Biharül-ənvar``, cild-35, səh 9-37)
Həzrət Rəsuli-Əkrəmdən (s.ə.s) nəql edilir: "Gördüm ki, behiştin qapısına yazılmışdır: “Allah'dan başqa mə'bud yoxdur, Muhəmməd (s.ə.s) Onun elçisidir, Əli (ə.s) - Onun (Peyğəmbərin) qardaşıdır”.
Digər mübarək hədisdə Həzrət Rəsuli-Əkrəmdən (s.ə.s) nəql edirlər: "Ey Əli Can! İmanın sənin ətin və qanınla qarışması, mənim ətimə və qanıma qarışması qədərdir".
Mövlamız, İntizarında olduğumuz, Bəşərə nicat verəcək mübarək İmamımız Həzrəti Mehdi Sahib-əz-zəmanın (ə.f) etdiyi dualardan birində deyilir: "İlahi!...Əmirəlmö’mininə, Peyğəmbərin (s.) varisinə, dəstəmazdan nurlananların rəhbərinə, vəsilərin sərvərinə salam göndər!".
Əli (əleyhissəlam) Peyğəmbərin (s) qardaşı
İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Peyğəmbər (səlləllahu əleyhi və alih) müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) yaratmaq və onu genişləndirmək üçün çox səylər etmişdir. O cümlədən Peyğəmbər (səlləllahu əleyhi və alih) Yəsribə gəldikdən sonra mühacirlər (hicrət etmiş müsəlmanlar) və ənsar (Peyğəmbərin Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də, bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: «Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun.» Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə, onlar arasında mehribançılıq daha da artdı.
Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar.
Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra Əli (əleyhis-səlam) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib buyurdu: «Məni heç kimlə qardaş etmədin.» Peyğəmbər (s) buyurdu: «Sən hər iki dünyada mənim qardaşımsan! .» Sonra özü ilə Əli (əleyhissəlam) arasında qardaşlıq siğəsi oxudu.
Bu məsələ Əli əleyhis-səlamın fəzilət və əzəmətinin nə dərəcədə olduğunu göstərməklə yanaşı, həm də Əli əleyhis-səlamın peyğəmbərə nə qədər yaxın olduğunu göstərir.
Həzrət Əli (əleyhis-səlam)ın ilk müsəlman olması haqda sübutlar
(İslamı qəbul etməkdə heç kim Əli (ə)-dan qabağa düşməmişdir)
Hədisçilər və tarixçilərdən çoxu yazırlar ki, Peyğəmbər (s) bazar ertəsi günü risalətə (peyğəmbərliyə) məbus oldu və Əli (ə) o günün sabahı ona iman gətirdi. Rəsuli-Əkrəmin özü Əli (ə)-ın hamıdan əvvəl islamı qəbul etməsini aşkar şəkildə e'lan edib səhabələrin ümumi yığıncağında belə buyurdu: "Qiyamət günü (Kövsər) hovuzunda mənimlə görüşəcək ilk şəxs islamı qəbul etməkdə ən qabaqcıl olanınız Əli ibni Əbu Talibdir."
Həzrət Əli (ə)-ın islamı hamıdan qabaq qəbul etməsi ilə bağlı Peyğəmbəri-Əkrəmdən, Əmirəl-möminin Əli (ə)-ın özündən, eləcə də sair din rəhbərlərimizdən nəql olunan rəvayət və hədislər, həmçinin hədisçilərin və tarixçilərin bu məsələ barəsindəki rəyləri o qədər çoxdur ki, onların hamısını bu kitabda yerləşdirmək qeyri-mümkündür. Elə buna görə də, bu barədə təkcə imamın öz sözlərini və bir tarixi hadisəni nəql etməklə kifayətlənirik. Əmirəl-möminin Əli (ə) buyurur: "Mən Allahın bəndəsi, Peyğəmbərin (siğə) qardaşı və Siddiqi-əkbərəm. Məndən sonra bu sözü (Siddiqi-əkbər olmağı) yalançı və iftiraçıdan başqa bir kəs özünə aid etməz. Mən camaatdan yeddi il qabaq, Rəsulullah ilə namaz qılmışam. Mən onunla namaz qılan ilk şəxsəm."
Imam öz nəzərini başqa yerdə belə buyurur: "O günlər islam dini Peyğəmbərin və Xədicənin evindən başqa bir yerə yol tapmamışdı. Mən də bu ailənin üçüncü şəxsi idim."
Başqa yerdə Imam (ə) özünün islamı hamıdan əvvəl qəbul etməsini belə bəyan edir: "İlahi, mən Sənə tərəf gələn, Sənin əmrini eşidib, Peyğəmbərinin dəvətini qəbul edən ilk şəxsəm. Məndən qabaq islam Peyğəmbərindən başqa, heç kim namaz qılmırdı."
Kitabın adı: (Vilayət günəşi birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani