Azərbaycanın Güneyində irqçi fars rejiminə qarşı etirazlar gecə boyu davam edib.

Təbrizin Yekədükan və Qırxmetir məhəllələrində gecə davam edən etirazlar zamanı bir benzindoldurma məntəqəsi yandırılıb. Təbrizin həmçinin bir sıra məhəllələri, o cümlədən Hökməvar və s. məhəllələrdə də gecə boyu əhalinin etirazı davam edib.
Güney Azərbaycanın Zəncan şəhərində də etirazlar gecə boyu davam edib. İrqçi fars rejimin polis qüvvələri Zəncanın Dilcuyi prospektində etirazçıları dağıtmaq üçün göz yaşardıcı qaz, bibərqazı spreyi və su şırnaqlarından istifadə edib.
İrqçi fars rejim Güney Azərbaycanın əksər şəhərlərində etirazlar barədə məlumatın çatdırılmaması məqsədilə interneti kəsib. Nəticədə gecə boyu davam edən etirazlar barədə məlumat kəsb edib, video və şəkillər almaq mümkün olmayıb.

Təbrizin Yekədükan məhəlləsində benzindoldurma məntəqəsi yandırıldı
Güney Azərbaycanın Zəncan şəhərində gecə boyu etirazlar davam edib

Комментарии

Комментариев нет.