Комментарии
- 30 окт 2017 19:09Oğlumun 15 yaşı 8.02.218de olacaq amma 9sinifde oxuyur liseye imtahan vere biler?
- 23 фев 2018 20:38mənim 1.67 boyum 58kq çəkimdi girə bilərəm də və yaxud necə olmalıdı maksimum
- 5 мар 2018 13:24Salam 9cu sinifden qebul üçün qerar çıxmalı idi,ne yerde qaldı qerar qebul olundu?
- 14 мар 2018 19:372018ci ildə qəbul nə üçün olmayacaq .nataryus deyir ki olaq axı qərar son anda qəbul olunub?
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
C.Naxcivanski adina herbi lisey
:☞UrEk●BoşDu● BeLe●XoşDu☜
2016-2017-Cİ TƏDRİS İLİ ÜÇÜN MÜDAFİƏ NAZİRLİYİNİN HƏRBİ LİSEYLƏRİNƏ KURSANT QƏBULU QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili : Azərbaycan dili;
Təhsil forması : əyani;
Təhsil müddəti : 3 il;
Yaş həddi : 15 sentyabr 2016-cı ilə qədər 14 yaşı tamam olan və 16 yaşı tamam olmayan, ümumtəhsil müəssisələrinin 8-ci sinfini bitirmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növlərilə təmin olunur və ayda 46 AZN məbləğində müavinət alırlar.
II. SƏNƏDLƏRİN QƏBULU:
Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2016-cı il tarixdən ərizə ilə hərbi liseyin rəisinə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– oxuduğu sinfin 1-ci yarımilinin qiymət cədvəli;
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə ;
– valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– burunətrafı boşluqların rentgenoqrafiyası;
– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə aid müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– nəcisdə heylmintlərin yumurtalarının müayinəsinə aid tibbi sənəd;
– dizenteriya qrupuna aid müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
– xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə məlumatlar, ambulator xəstənin tibbi kartı (olunmuş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar (forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibb kartası – forma № 26/U).
Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.
III. HƏRBİ LİSEYLƏRƏ QƏBUL İKİ MƏRHƏLƏDƏ HƏYATA KEÇİRİLİR:
Birinci mərhələdə namizədlər müraciət etdikləri hərbi liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə hərbi liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq etdirirlər. Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar.
İkinci mərhələdə namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
– Azərbaycan dili;
– riyaziyyat;
– fizika;
– kimya.
Namizədlər hərbi liseylərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanı əsasında qəbul edilirlər.
Sənədlər C.Naxçıvanski adına Hərbi Liseydə qəbul olunur (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, "Qızıl Şərq" hərbi şəhərciyi. Əlaqə telefonu: 538-83-76, 538-83-75).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək