İlham Əliyev: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin Bu fikirləri Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşdə deyib.

"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik", - Azərbaycan Prezidenti bildirib.

Комментарии

  • 10 мая 22:55
    Allah yumuruğuna qüvvət versin cənab prezidentimiz İlham Əliyev.🇦🇿🇦🇿🇦🇿
  • 12 мая 18:29
    FRANSANIN MAKRONU ERMENISTANI AZERBAYCHAN ERAZISINE QATDIRMAQ ISTEYIR DOGMA AZERBAYCAN TORPAGI TORPAQ UCHUN DARIXIR MAKRON SADECE VASIDECHIDIR
  • 12 мая 18:30
    MAKRON SEBEBKARDIR