Lənkəranskinin qardaşı İstanbulda həbsdən buraxıldı
Dünən İstanbulda keçirilən polis əməliyyatı zamanı saxlanılan Namiq Canıyev azad olunub. Sərbəst buraxılan Namiq Canıyev tezliklə Azərbaycana qayıdacaq. Onun həbsdən buraxılması üçün nüfuzlu adamların məsələyə müdaxilə etdiyi bildirilir. N.Canıyevin məşhur kriminal avtoritet Lotu Qulini öldürmək üçün İstanbulda 10 nəfərlə birlikdə hazırlıq gördüyü üçün saxlanıldığı bildirilirdi. Yayılan xəbərə görə, həmin əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib. Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolaq, Orxan Əngin, Hacı Ömər Ərtəkin, Əmre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Dənizçi, Məhməd Səbri Şirin. 03.11.2017
Rövşən Lənkəranskinin "Lotu Quli"yə görə həbs olunan polkovnik qardaşı kimdir? Xəbər verdiyimiz kimi azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinə Rövşən Lənkəranskinin qardaşı, Canıyev Namiq Rafiq oğlu başçılıq edib.
Milletinsesi.info BAKU.WS-ə istinadən xəbər verir ki, Namiq Canıyev Bakı Baş Gömrük İdarəsinin “Keşlə” gömrük postunun rəisi vəzifəsində çalışıb.
Namiq Canıyevin Milli Məclisin deputatı Fəzail Ağamalı ilə də qohumluq əlaqəsi var. Bununla yanaşı, Namiq Canıyev polkovnik rütbəsi alıb.
Qeyd edək ki, dünən, noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.
Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.
Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.
☾✵Can AzerbayCan☾✵
Lənkəranskinin qardaşı İstanbulda həbsdən buraxıldı
Dünən İstanbulda keçirilən polis əməliyyatı zamanı saxlanılan Namiq Canıyev azad olunub.
Sərbəst buraxılan Namiq Canıyev tezliklə Azərbaycana qayıdacaq. Onun həbsdən buraxılması üçün nüfuzlu adamların məsələyə müdaxilə etdiyi bildirilir.
N.Canıyevin məşhur kriminal avtoritet Lotu Qulini öldürmək üçün İstanbulda 10 nəfərlə birlikdə hazırlıq gördüyü üçün saxlanıldığı bildirilirdi.
Yayılan xəbərə görə, həmin əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib. Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolaq, Orxan Əngin, Hacı Ömər Ərtəkin, Əmre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Dənizçi, Məhməd Səbri Şirin.
03.11.2017
Xəbər verdiyimiz kimi azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinə Rövşən Lənkəranskinin qardaşı, Canıyev Namiq Rafiq oğlu başçılıq edib.