65 illik yubileyini qeyd edən Xalq artisti: “Axşam yatdım, səhər oyananda “Gülnar” oldum”.

Rollarımı çox sevirəm. Ən maraqlı gələni isə “Bizim qəribə taleyimiz” tamaşasında “narkoman Mələk” obrazı idi. O mənə obraz kimi çox maraqlı gəlirdi. Teatra ilk gəlişim 1980-ci il oktyabrın 4-də Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasında “Qumral” obrazı olub. Amma əsas məni tanıdan Aslan Qəhrəmanovun “Səni axtarıram” tamaşasında “Gülnar” obrazı olub. Tərəf müqabilim istedadlı aktyor Yaşar Nuri idi. O tamaşa televiziyada yayımlandı. Bir gün axşam yatdım, səhər oyananda “Gülnar” oldum. İndi də “Gülnar” deyənlər var. O da Allahın şansı idi. Üzümə qapı açıldı.
Paylaşdı: Nəzrin Vahid.

Комментарии