Bəxtinə gileyli, Taleyine acıqlı qadın... Ümidləri çaya düşən, Arzuları suya düşən qadın Tənha qadın Yadındamı bu şəhər? Bir zaman qamətinlə mat qoyduğun bu şəhər... Yadındamı bu yollar? yerişilə,duruşunla tərpətdiyin bu yollar?! İndi mat qalib tənhalığına sənin qadin! Axtarırmı səni köhnə dostlar, Ttanışlar... Axtarırmı səni o insan- Uğrunda ömrünü puç etdiyin- O insan... Baxışları qəmli qadın- Tənha qadın Sevdasından dönməyən, Muradına yetməyən Günəşi küsgün, Ayı qəzəbli qadın... Tənha qadın Ağladı ağaclar, çaylar sənə Ağladı eşqlər, Sevdalar sənə. Ağlamadı anan sənə, Ağlamadı balan sənə, Ağlamadı eşqi ilə qovrulduğun o insan. Yas tutmadı Öz məhəbbətin sənə, Ey,bəxsiz qadın Tənha qadın. Payız dözəmmədi dərdinə sənin, Döndü qış oldu, Qış dözəmmədi,yaz oldu, Yaz yanammadı dərdinə sənin, döndü yay oldu beləcə fəsillər tək qoydu səni, ey,qadin... Tənha qadın. Amma torpaq sevdi səni, Torpaq aldı qoynuna, Isitdi üşüyən ruhunu. Öpdü,illərlə əzilənib öpülməyən gözündən. Yamanca sarildi sənə, Burda qorxma,ey qadın! Torpağın vəfası yaman güclüdü, O illərlə gözləyib səni Öpüb ayağının altindan- Sevib oxşayıb səni. Ömründə gedən hər gün, Hər an Səni ona aparıb, Səni ona yaxınlaşdırıb... Ümid verib torpağa- -sənə qovuşmaq üçün. Burda qorxma ey qadın, Torpağın vəfası yaman güclüdü, Bir kərə sarıldımı Tənha qoymaz insanlar kimi. Rahat yat ,qadın, Illərin yorğunu -qəlbinlə birgə, Rahat yat... Sənin də sevənin var artıq, Yat,sevdalının qoynunda, Yat,bu torpağın qoynunda. Yat ey qadın, Tənha qadın. Gulnarə Sadıq.
Şiə cavab verir.
Tənha qadın
Bəxtinə gileyli,
Taleyine acıqlı qadın...
Ümidləri çaya düşən,
Arzuları suya düşən qadın
Tənha qadın
Yadındamı bu şəhər?
Bir zaman qamətinlə
mat qoyduğun bu şəhər...
Yadındamı bu yollar?
yerişilə,duruşunla
tərpətdiyin bu yollar?!
İndi mat qalib
tənhalığına sənin qadin!
Axtarırmı səni köhnə dostlar,
Ttanışlar...
Axtarırmı səni o insan-
Uğrunda ömrünü puç etdiyin-
O insan...
Baxışları qəmli qadın-
Tənha qadın
Sevdasından dönməyən,
Muradına yetməyən
Günəşi küsgün,
Ayı qəzəbli qadın...
Tənha qadın
Ağladı ağaclar,
çaylar sənə
Ağladı eşqlər,
Sevdalar sənə.
Ağlamadı anan sənə,
Ağlamadı balan sənə,
Ağlamadı eşqi ilə
qovrulduğun o insan.
Yas tutmadı
Öz məhəbbətin sənə,
Ey,bəxsiz qadın
Tənha qadın.
Payız dözəmmədi dərdinə sənin,
Döndü qış oldu,
Qış dözəmmədi,yaz oldu,
Yaz yanammadı dərdinə sənin,
döndü yay oldu
beləcə fəsillər tək qoydu səni,
ey,qadin...
Tənha qadın.
Amma torpaq sevdi səni,
Torpaq aldı qoynuna,
Isitdi üşüyən ruhunu.
Öpdü,illərlə əzilənib
öpülməyən gözündən.
Yamanca sarildi sənə,
Burda qorxma,ey qadın!
Torpağın vəfası yaman güclüdü,
O illərlə gözləyib səni
Öpüb ayağının altindan-
Sevib oxşayıb səni.
Ömründə gedən hər gün,
Hər an
Səni ona aparıb,
Səni ona yaxınlaşdırıb...
Ümid verib torpağa-
-sənə qovuşmaq üçün.
Burda qorxma ey qadın,
Torpağın vəfası yaman güclüdü,
Bir kərə sarıldımı
Tənha qoymaz insanlar kimi.
Rahat yat ,qadın,
Illərin yorğunu -qəlbinlə birgə,
Rahat yat...
Sənin də sevənin var artıq,
Yat,sevdalının qoynunda,
Yat,bu torpağın qoynunda.
Yat ey qadın,
Tənha qadın.
Gulnarə Sadıq.