28 июн 2016

Bir gün ağız qalır boş, bir gün dolu dad olur

Gün var ki, heç zad olmaz, gün var ki, hər zad olur
Bəxtin dursa, görərsən yadlar qohum-qardaş olur
Amma bəxtin yatanda qohum-qardaş yad olur
Çalış adın gələndə rəhmət oxunsun sənə
Dünyada səndən qalan axırda bir dad olur
Gördün işin əyildi durma əkil, gözdən it
Dostun görər darıxar, düşmən görər şad olur
.
Məhəmmədhüseyn Şəhriyar

Комментарии

Комментариев нет.