14 сен 2017

7 övladını itirən iraqlı hacının Məkkədə etdiyi duaİraqlı hacı Kəbə evi ətrafında Allaha şikayət və dua edib.

İ slam.az "İslamın səsi"nə istinadla xəbər verir ki, Allaha şikayət edən şəxs ABŞ hava zərbələri nəticəsində 8 ailə üzvünü - həyat yoldaşını, 2 oğlunu və 5 qızını itirib.O, Allaha ağlaya-ağlaya üz tutaraq belə deyir: “İlahi, mən məzlumam, mənə kömək et! Ey Rəbbim, mən məzlumam, mənə yardım et! Rəbbim, mən məzlumam, mənə yardım et! İlahi gücsüzlüyümə və zəifliyimə görə sənə şikayət edirəm… İlahi, mən Amerikadan, Britaniya və İsraildən sənə şikayət edirəm, Sənə şikayət edərəm, Amerikanın, İsrail və İngiltərənin cinayətkarlarındən ki, onlar mənim ailəmi yandırdılar. Həyat yoldaşım Sədiyyəni yandırdılar. Gözümü açdım ki, artıq qarşımda yoxdur. Əmalik və Əğarik qızlarıma görə, İlahi! İlahi, qızım Ənahid, qızım Cəmanə, qızım Əfnan, oğlum Yusif, bacım oğlu Əhmədə görə şikayət edirəm…”Kövrələn və ağlayan iraqlı hacı belə davam edib:“İlahi, sənə gəldim şikayətə! Gücsüzəm, mənə zülm edənə görə iqtidarının əlamətini mənə göztər! Onlar mənə və iraqlılara zülm etdilər… Ya Allah! İlahi, gec yox, tez! Mənə göstər gücünü! Sən hər şeyə qadirsən”İraqlı hacı yekunda deyir: “İlahi, mən gücsüz idim. Ey cəbərut, heybət və əzəmət sahibi! Onlar Sənin qarşında acizdirlər. İlahi, zalımlar qarşısında gücünün əlamətlərini mənə göstər! Ey aləmlərin Rəbbi!”

‏ من أمام الكعبة حاج عراقي يشكو إلى الله ما فعله الأمريكان ومن ساندهم بأهله #اعصار_إيرما

Комментарии

Комментариев нет.