Müstəqillik uğrunda mübarizə[redaktə]

1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfındən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. O vaxtkı Rusiya prezidenti Boris Yeltsin hərbi müdaxilə yoluyla Çeçenistanı mərkəzi hakimiyyətə tabe etdirə bildi. 1992-ci ildə Çeçen-İnquş parlamenti latin əlifbasını rəsmi əlifba kimi qəbul etdi (burada 1927-ci ildə latın əlifbası ərəb əlifbasını əvəz etmiş, 1938-ci ildə isə kiril əlifbasına dəyişdirilmişdi). Bununla bərabər çeçenlər mərkəzi Rusiya hakimiyyətinin təkliflərini rədd etdilər.

Комментарии

Комментариев нет.