Qalacaq baqi, olan hər əməl Allahə görə. Həşrdə rəhmət əlindən tutacaqdır, tutsa Yoxsulun hacət əlindən bir əl, Allahə görə. Üz tutar əhli sədaqətlə vəfa qibləsinə, Gər, bir evçün qoya bənna təməl Allahə görə. Etdiyin xeyr əmələ istəmə insandan əvəz, Bibədəl yaxşılıq et, bibədəl Allahə görə. Susma, ey bülbüli-təb'im, nə sükut eyləmisən? Gülşəni-şe'rdə fəryadə gəl, Allahə görə. Əmri, tövhid ilə qaynat sinədə söz bulağın, Qələmindən ola cari qəzəl Allahə görə. Ağasəlim Əmri Binəli
SENE COX SUKUR ALLAHIM مساعدة الله لك يا عزيزي
:☆ TERLAN ☆
Gözəl işlər gör, ey insan, gözəl Allahə görə,
Qalacaq baqi, olan hər əməl Allahə görə.
Həşrdə rəhmət əlindən tutacaqdır, tutsa
Yoxsulun hacət əlindən bir əl, Allahə görə.
Üz tutar əhli sədaqətlə vəfa qibləsinə,
Gər, bir evçün qoya bənna təməl Allahə görə.
Etdiyin xeyr əmələ istəmə insandan əvəz,
Bibədəl yaxşılıq et, bibədəl Allahə görə.
Susma, ey bülbüli-təb'im, nə sükut eyləmisən?
Gülşəni-şe'rdə fəryadə gəl, Allahə görə.
Əmri, tövhid ilə qaynat sinədə söz bulağın,
Qələmindən ola cari qəzəl Allahə görə.
Ağasəlim Əmri Binəli