4 дек 2019
Oğlum gəlib dedi ki,o qızın evinə elçi getməliyik,getdik.
Qız evi bizə bütün otaqlarını nümayış etdirdi evə qayıdandan sonra dedim ki:- Oğlum, Məsud, o qızdan sənə həyat yoldaşı olmaz.
Soruşdu: - Axı, niyə?
Dedim ki:
- Onların o böyüklüyündə evlərində nəinki kitabxana, kitab dolabı, heç bir dənə də olsun kitab yox idi, amma sən sevirsənsə, heç nə demirəm, evlən, amma tələsmə.
İki aydan sonra oğlum dedi ki: - Ana, mən o qızla evlənməyəcəm, ancaq paltardan və qızıldan danışır. Mədəniyyət, incəsənət, ali dəyər deyilən şeylər yoxdur onun üçün. " Mənim payım " kitabından ( 2003)
Pərinuş Sənii (1949) İran əsilli yazıçı, sosioloq və psixoloq.
#Admin
Qaldı ki paylaşım aktivliyinə təb hər dəfə gəlmir, zamanla bağlı problemlər isə öz yerində )