Qədimdən bəri deyirlər ki, gəzəyən qızın
sağlam uşaqları olmaz. Ona görə də
"ayağı sürüşkən" qızları ocağın başına
otuzdurmağa layiq bilməzdilər. Bizdə bu
mövzuda həmişə ikili standartlar olub.
Kişiyə olar, qadına isə yox. Bu milli
qanunumuzu pis-yaxşı bir təhər
qoruyuruq. Adətimiz qızın toya qədər
bakirə olmasını tələb edir. Yazını diqqətlə
oxuyan oxucu sonunda anlayacaq ki, bu
kişi despotizmi deyil, təbiətin, Allahın
qoyduğu qanunlardan biridir. Qadın isə
doğulandan bəri bilir ki, Allahın qoyduğu
qanunları pozanda o öz uşaqlarının taleyi
ilə cavab verməli olacaq.
Birinci erkəyin təsiri
Hər şey 150 il əvvəl yeni cins atlar
yetişdirmək istəyən atçılıq zavodunda baş
vermişdi. Atların dözümlüyünü artırmaq
məqsədilə zavod sahibi Lord Morton atları
zebralarla cütləşdirmək fikrinə düşmüşdü.
Amma nəticədə nə dişi atlar, nə də dişi
zebralar nəsil vermədi. Təcrübələri
saxladılar və hətta bir müddətə unutdular
da. Bir neçə il sonra vaxtilə zebra ilə
cütləşdirilmiş dişi atın zebra kimi zolaqlı
dayçası doğuldu. Hamı heyrətləndi, çünki
bu dəfə zebraları atlara yaxın buraxan
olmamışdı. Təmiz cins atların nədənsə
zolaqlı nəsli doğulmağa başladı.
Hadisədən heyrətləşmiş elm aləmi buna
teleqoniya adını verdi. Dövrün görkəmli
alimləri Ç. Darvin, professor Flint, Feliks
Ladentek və başqaları bu hadisəylə
maraqlanaraq təcrübələr apardılar. Onların
apardığı təcrübələr faktları təsldiqlədi. F.
Ladentik «İndivid, təkamül, irsiyyət və
neodarvinizm» adlı kitab yazdı. Bu kitabda
«Teleqoniya və birinci erkəyin təsiri» adlı
fəsildə öz təcrübələrini təsvir etdi. Müəllif
düşünür ki, insanlar arasında da
teleqoniya hadisəsi baş verir. Qenetika
barədə hələ ki, heç nə bilməyən alim
hesab edirdi ki, qadının cinsi orqanları
kişinin cinsinə uyğunlaşır və onun
keyfiyyətlərinin daşıyıcısına çevrilir. O
dövrdə hesab edilirdi ki, surraqat ana da
gəzdirdiyi gen tərkibinə görə tamam fərqli
olan uşağa öz gen yaddaşından bir çələng
xüsusiyyətlər bəxş edir. Bəlkə də
teleqoniya hadisəsi illər uzunu yanaşı
yaşamış görkəmcə çox fərqli olan
adamların tədricən bir-birinə oxşaması
hadisəsini də izah edir. Zaman keçdikcə ər
və arvad bir-birinə lap bacı-qardaş kimi
oxşamağa başlayır.
Alimlərin indi ortaya atdığı faktları isə it
yetişdirənlər artıq çoxdin bilirdi. Əgər cins
dişi itə birincə dəfə küçə iti yan alıbsa bu
it ömrünün sonuna kimi qüsurlu küçüklər
doğacaq. Bu itin küçüyünün gah quyruğu,
gah rəngi, gah da xasiyyəti lazımi tələblərə
cavab verməyəcək. Göyərçin saxlayanlar
isə çöl göyərçininin cins göyərçini altına
basdığını görəndə artıq onu öldürürlər.
Çünki ikinci əldə bu dişi göyərçini lap elit
cinslə cütləşdirsən belə onun verdiyi
cücələrin ya pipiyi, ya quyruğu, ya da
tükünün rəngi analarının ayağının
sürüşdüyü məqamdan xəbər verəcək.
Keçmişin bağışlanmaz səhvləri
Qəribəsi odur ki, teleqoniya hadisəsi 19-cu
əsrdə aşkar olan kimi insanlardan
gizlədilməyə başladı. Çünki teleqoniya
gözlənilən seksual inqilabların qarşısında
çox böyük maneələr yaradırdı. İnsan
nəslinə qənim çıxmışlar imkan verə
bilməzdi ki, bu məlumat hamıya çatdırılsın.
Elmi ensiklopediyalar teleqoniya hadisəsini
təsvir etdikdən sonra onun elmi cəhətdən
təsdiq olunmadığını yazır. Sovet İttifaqının
ərazisində beynəlxalq festivallar
keçirildikdən hətta bir neçə illər sonra da
rus qadınları sapsarı vanyalardan
qaradərili uşaqlar doğmağa başlayanda
elm yenə də susurdu. Çünki
ayağısürüşkən qızların boynuna günah
qoymaq çətin iş deyildi. Bu qızların
əksəriyyəti isə etiraf edirdi ki, bir neçə il
əvvəl başqa irqin nümayəndəsiylə cinsi
əlaqəsi olub, amma indi yox. Yəni ki, uşaq
100 faiz öz ağdərili atasının övladı idi.
Qadınına etibar etməyənlərin DNT testi
verib uşağın 100 faizlik atası olduğunu
müəyyən edəndən sonra teleqoniya
hadisəsinə inanmaqdan başqa çarəsi
qalmadı. Həyat göstərir ki, qaranlıq
keçmişi olan qadın sonradan ailə sahibi
olub hətta keçmişini unutmaq istəsə də
qanuni ərinə sağlam uşaqlar doğa bilmir.
Keçmiş fahişələrin uşaqları arasında
narkomanlar, homoseksualistlər,
toksikomanlar və psixi cəhətdən yarıtmaz
adamlar daha çox olur. Çünki həyatı boyu
fəhişələr cəmiyyətin ən aşağı təbəqəsinin
tör-töküntüsünü canına çəkir.
Özünü ipdən qırılmış heyvanlar kimi
aparan gənc nəsil bəzən bütün taleyini
zərbə altına qoyduğunu alına da gətirmir.
İnsanlar bir-birini zöhrəvi xəstəlik bir yana,
mənfi, ya da müsbət yüklü informasiyaya
da yoluxdurur. Çünki rezindən düzəlmiş
qoruyucular bu tip informasiyanın
qarşısını ala bilmir.
Bakirəlik qanunu
Teleqoniya qanunu deyir ki, qadının ilk
kişisi onda ömürlük iz qoyur və hətta
sonra doğulacaq uşaqların ona mütləq
aidiyyəti olur. Yəni ki, hər qadının ilk cinsi
partnyoru sonradan bu qadının kimdən və
harda doğacağından asılı olmayaraq
uşaqlarının genefondunun təməlini qoyur.
Bakirəliyi pozmuş kişi sanki qadının bütün
nəslinin atasına çevrilir. Bəzən ikl kişinin
nəinki gen yaddaşı, hətta görkəmi də
sonrakı ona dəxli olmayan uşaqlarda
özünü göstərməyə başlayır.
Teleqonia heyvanlar arasında çox tez-tez
olur. Ev donuzu təsadüfən çöl qabanı il
«toy marşı» oynayıbsa onun doğduğu
çoşkalar qara tüklü olacaq. Zooloqlar
daha bir səbəb gətirirlər. Onlar deyir ki,
cinsi yollarda spermanın uzun müddət
ölmədən yaşaması hadisəsi də olur.
Məsələn, quşlarda 70-80 gün, həşəratlarda
bir neçə gündən bir neçə aya qədər
saxlanma halları məlumdur. Bu yolla
qadının cinsiyyət yollarında «ayaq
saxlamış» sperma növbəti dəfəki aktda işə
düşə bilərdi.
Kənddə seleksiya ilə məşğul olan baytar
həkimləri bu barədə daha yaxşı danışa
bilər. Vaxtilə çox geniş tətbiq edilən süni
mayalandırma üsulu vaxt keçdikcə iflasa
uğradı. Bir öküz 50, uzağı 100 inəyi
mayalandırar. Süni yolla bir öküzü 1500
inəyə «evləndirirdilər». Amma nəticədə 30
faiz eybəcərlik doğulurdu. Sonradan bəzi
inəklər təbii yolla «ərə getmək» istəmirdi.
Sovet zamanının təcrübələri barədə adətən
danışmağı sevmirlər. Deyirlər ki, Fransada
aparılan təcrübələrin nəticələri maraqlı
olub. Süni yolla 3 qadın mayalandırılıb.
Doğulan uşaqlar əsil bioloji valideynlərinə
oxşamaq əvəzinə hüquqi valideynlərinə
bənzəyib.
Porno indrustiyasına bir zərbə
Hazırda teleqoniya hadisəsinin əleyhdarları
tərəfdarlarından dəfələrlə çoxdur. Bəziləri
deyir ki, teleqoniya hadisəsini həqiqi
saymaq özünə və arzularına qarşı çıxmaq
kimidir. Belə deyənlərin əksəriyyəti porno
industriyasının çiçəklənməsində marağı
olan adamlardır. Əgər teleqoniya hadisəsi
məktəblərdə tədris edilsə hər bir gənc
taleyinə ciddi zərbə vurmamış ayaq
saxlayıb bir az düşünər. Bu zaman porno
industriyanın daha bir tamaşaçısı azala
bilər. Bu kiminsə pul dağarcığına möhkəm
zərbə vurmuş olar.
Vicdanı yanmış qızlara bakirə demək
olarmı?
Bakirəliyi itirmək asandı, qaytarmaq
mümkün deyil. Gəncliyində bir dəfə səhvi
olmuş qadınların sağlam ailə qurmaq
şansı bəyəm ömürlük itirildi? Bu sualın
cavabını yalnız din verə bilər. Sidq
ürəkdən tövbə etmiş adamın duasını
eşidən Allah onun ruhundakı dəyişikliyi
görüb fiziki qüsurunu aradan götürə bilər.
Ruhani cəhətdən teleqoniya hadisəsi
nisbətən rahat izah edilir: ruh bədənə təsir
edir. Genlər isə ananın uşağa olan
duyğularının əks edən emosilardır. Ana
nəyisə düşünsə bu uşağa birbaşa təsir
edir. Bizdə hamilə qadını kifir adama
baxmağa belə qoymurlar. İnam var ki,
ananın ürəyinə düşsə, ya da uşaq ilk
təkanını verən zaman anasının gördüyü
adama oxşaya bilər.
Genetik siyasət
Tarixdə bakirə qızların daxmalarda,
monastrlarda gizlədilməsinə dair çoxdu
faktlar var. Bu sadəcə kişi qısqanclığı
deyildi. Qədimdən bəri hansısa yaşayış
yerini zəbt eləmiş həmlə edən tayfa
məğlub qəbilənin varidatından da əvvəl
qızlarını ələ keçirirdi. Çox vaxt isə həmin
qızda öz gen yaddaşını həkk edəndən
sonra onu qoyub gedirdi. Bu heyvani
rəftar insanın öz genetik kodunu düşmən
tərəfə yeritmək siyasəti idi. Sonra düşmən
çıxıb gedəndən sonra bu qızı ya monastra
verir, ya da keşişin yanında köməkçiliyə
göndərirdilər. Onunla evlənmək istəyən
olmurdu ki, yağının nəslini davam
etdirməsinlər. Monastra getmiş bu qızın
günahı o biri monaxlardan fərqli olaraq
bağışlanılan sayılmırdı.
Gizlədilmiş elm
Əvvəl ilk partnyorun təsirindən
danışılırdısa, sonralar bütün partnyorların
qoyduğu silinməz izlərdən danışıldı. Özü
də təkcə kişilərin qadına deyil, qadınların
da kişidə buraxdığı izlər aşkar edildi.
Münasibətlər illər uzunu əvvəl olmuşsa
məlumat harda və hansı şəkildə qorunub
ötürülə bilər? Bunu 1985-ci ildə SSRİ
Elmlər Akademiyasının fizika texniki
problemlər institutunun doktoru Pyotr
Qaryayevin apardığı təcrübələr izah
etməyə qadirdir. O, DNT malekulu və onun
irsiyyət məsələlərini öyrənən təcrübələr
qoyurdu. Lazer spektroskopiya üsuluyla
lazer fatonları DNT yaddaşından
informasiyanı köçürürdülər. Bir neçə
spektrin şəklini çəkəndən sonra alim DNT
yerləşdirilmiş qabı götürüb təsadüfən
yerinə boş qab qoyur. Amma bu qabdakı
informasiya da yazılmağa başladı.
Yazılanlar bundan əvvəl qaba
yerləşdirilmiş DNT-nin yazılarına çox
bənzəyirdi, amma bir qədər zəif idi. Alim
düşündü ki, qabda ola bilər ki, DNT-nin
qalıqları qalıb. Onu tamamilə təmizinə
əvəzlədi. Amma həmin effekt yenə də
davam etdi. Bu qabda təcrübə keçirilmiş
DNT-nin bir qədər zəif şüalanması qeydə
alındı. Alim heyrətini gizlədə bilmirdi:
"Qabın boş olmasına baxmayaraq lazer elə
bil ki, hansısa görünməz strukturlarla
üzləşirdi. Onlar irsiyyət barədə informasiya
ötürməkdə davam edirdi. Əmin olmaq
üçün qabı dəfələrlə yuyurduq, sonra təmiz
azotla üfürürdük. Əvvəl yoxa çıxan DNT
spektri 3-4 dəqiqə sonra yenidən bərpa
edilirdi. Elə bil ki, onları məhv etmək
mümkün deyil”. Qaryayev bu təcrübəni bir
il davam etdirdi. Sonda şübhələr
qalmamışdı: DNT silinən kimi hansısa bir
fantom qalır ki, o da DNT malekulunun
daşıdığı informasiya yüklüdür. Maraqlısı o
idi ki, artıq yuyulmuş qabdan informasiya
yavaş-yavaş azalaraq tam şəkildə 40
gündən sonra silindi. İndi qab həqiqətən
də təmiz idi. Bu təcrübə bizə əsas verir ki,
kişinin ünsiyyətdə olduğu qadına
"avtoqraf” qoyduğunu düşünək. Bu yazını
heç nə poza bilməz. O, bədənə və ruha da
təsir etmək iqtidarındadı.
Yarıqadağan mövzularda söhbət
"Nikahdan əvvəl cinsi həyata başlamalı, ya
yox?” sualı indi müasir cavanları çox
narahat edir. Kimsə Azərbaycanda
gözlənilən cinsi inqilabdan dəm vurur,
kimsə xalqın artıq inqilablardan keçmiş
başqa millətlərlə müqayisədə geridəqalmış
olduğunu deyir. Ona görə də inqilabı
inqilaba calayan millətlərin tarixinə
baxmaq maraqlı olardı. Azadlıqdan
danışan cəmiyyət ən əvvəl seksual
azadlığı təcrübədən keçirir. Amma bütün
seksual inqilablar primitiv, heyvani
səviyyəyə qədər alçalmaya gətirir.
Tarixdən məlumdu ki, nizamsız cinsi
əlaqələr insanların tənəzzülünə gətirir.
Bütün dinlər insandan cinsi həyatında
səliqə-səhman tələb edir. Bu fikri alimlər
də təsdiqləməyə məcburdur: hazırda
yavaş işləyən 50-yə qədər virus növü
məlumdur ki, eybəcərliklər və qazanılmış
xəstəliklər törədərək insan cəmiyyətini
tənəzzülə sürükləyir. Şəkər xəstəyi, leykoz,
şizofreniya, xərçəkg kimi zəmanə
bəlalarının da QİÇS kimi virus xarakterli
olduğunu deyənlər də var. Gen
səviyyəsində tənəzzül qətllərin,
cinayətlərin, intiharların, depressiyanın,
avaraçılığın artmasına gətirir. Alimlər
deməyə utanır ki, mənəvi tənəzzülün
ardıca gen səviyyəsində tənəzzül gəlir.
Qonşumuz Rusiya seks məsələsində artıq
Allahın qəzəbinə gəlmiş Sodom və
Qomorra şəhərlərini xatırladır. Burda hər 4
uşaqdan biri nikahdan kənar doğulur.
Analar utanmadan uşağın atasını
tanımadıqlarını deyir. Hər 10 uşaqdan biri
eybəcərliklə doğulur. Uğurlu ailə qurmuş
qadınların 98 faizi nikahdan əvvəl cinsi
həyata başlayıb. Hər min uşaqdan 174-ü
gen səviyyəsində xəstədi. Moskva və
Sankt-Peterburq şəhərlərinin
məktəblərində cəmi 3,5- 4 faiz uşaqlarda
fiziki və psixi xəstəlik yoxdu.
Seksual inqilab əsrin deyil, minilliyin
problemidir. Qədim xəritələrə baxsaq
onlarla dövlət adı çəkə bilərik ki,
əxlaqsızlığı davranış normasına
çevirmişdi. Amma indiki dünyanın
xəritəsində əxlaqsızlıqda ad çıxarmış
samnitlərin, etrusların, kütləvi orqiyaları
normaya sevirmiş Roma imperiyasının
izləri artıq yoxdu. Xettlərin, asteklərin
əxlaqı isə yalnız daş lovhələrdə ədəbsiz
səhnələrdə qalıb. Xalqların yoxa çıxması
eyni ssenari ilə baş verir: kütləvi fahişəlik-
seksual pozğunluq- psixi sapmalar-
sağlam uşaq doğa bilməmək. Sizə belə
seksual inqilab lazımdır?/
xeyir o ele hemin hemindir sadece gen informasiyalarinizi yuxarida deyildiyi kimi avtoqrafinizi.. dunyevi qardashlariniza onlarin ovladi qisminde nuxseleyib besheriyyetin sayini artirmaqla meshqul olurlar.Bu ishde yeqinki hec de az emeyiniz olmayib....)))gelecek nesillere maraqli informasiya oturmekde siz kishiler chalishin passivlik etmeyesiz.Khonchita kimilerden onsuzda bir xeyir yoxdur