6 фев 2015

Ay səni,bağ yiyəsi,mən də durub bar gəzirəm,

Əncirin vaxtı keçib,eyb eləməz,nar gəzirəm.
Mən mənim,sən də mənim,mən bilərəm neyləyərəm,
Var ki var,axtarıram,dəxli kimə,var gəzirəm.
Qışda yazdan ötəri xiffət edib qəm yemişəm,
Yaz gəlib,yanğımı söndürmək üçün qar gəzirəm.
Yarısından yarıyan kimsələrə eşq olsun!
Yarımaq eşqi ilə mən hələ də yar gəzirəm.
Bilmədi kimsə başımdan nə dumanlar keçdi,
Elə zənn eylədilər ki,uşağam,şar gəzirəm.
Sənə min rəhmət ola,ey canımın canı anam,
Laylamı sən necə çaldın ki,mən ağlar gəzirəm?
Yamyaşıl yarpaq idim,qaldım ayaqlar altda,
Yel vurub yengələri oynayan bağlar gəzirəm.
Ala dağlar,qara dağlar ucadırlar,bilirəm.
Dağlarımla yanaşı durmağa dağlar gəzirəm.
Balaca,bapbalaca bir ürəyim vardı mənim,
O keçən günlərimi əldə çıraqlar gəzirəm.
Vaqif Aslan,hər ürəkdə uyuyur bir aslan,
Qaz vurub qız gətirən sevdalı çağlar gəzirəm.
Muellif:Vaqif Aslan

  • Gulyanaq Memmedova - Bu sevgide kim uduzdu kim uddu
Ay səni,bağ yiyəsi,mən də durub bar gəzirəm,  - 770469221905

Комментарии

  • 6 фев 2015 20:29
    Bir vefasiz meni aglar qoyaraq terk eledi,Neçe vaxtdir ki edib her terefe car,gezirem.
  • 13 июл 2020 16:26
    Çox sağ olun Vaqif Aslan, necə də gözəl deyim: Sənə min rəhmət ola,ey canımın canı anam,
     Laylamı sən necə çaldın ki,mən ağlar gəzirəm?
  • Комментарий удалён.