Salavat camaatın duasıdır

Salavat Allah tərəfindən rəhmətdir
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
“Salavat Allah tərəfindən rəhmətdir, mələklər tərəfindən paklamaq və camaat tərəfdən duadır.”
Qiyamətdə ən fəzilətli əməllər
İmam Sadiq (əleyhis-səlam) buyurur:
“Qiyamət
günündə Məhəmməd (səlləllahu əleyhi və alihi) və Ali Məhəmmədə
salavatdan daha əzizi və daha üstün heç bir əməl yoxdur.”
Qiyamətdə ən ağır əməl
İmam Baqir (əleyhis-səlam) və İmam Sadiq (əleyhis-səlam) buyururlar:
“Qiyamət
günündə əməllər tərəzisində qoyulan ən ağır əməl Məhəmməd (səlləllahu
əleyhi və alihi) və onun Əhli-beytinə olan salavatdır.”
Bərzəxdə əməllərin ən yaxşısı
Əbu Əlqəmə deyir:
Peyğəmbər (səlləllahu əleyhi və alihi) sübh namazından sonra üzünü bizə tutdu və buyurdu:
“Mənim
səhabələrim! Dünən gecə əmim Həmzəni (rə) və qardaşım Cəfəri (Təyyarı)
yuxuda gördüm və dedim: Ata və anam sizə fəda olsun, hansı əməli yaxşı
gördünüz?
Cavab verdilər: Ata və anamız sənə fəda olsun! Biz sənə
salavatı susuzu sirab edən və Əli ibn Əbu Talibə (əleyhis-səlam) olan
məhəbbəti isə əməllərin ən yaxşısı gördük.”

Комментарии

Комментариев нет.