Aşura günü Kərbəlada baş verən hadisələr və imam Hüseynin son sözləri

وَ لِلَّهِ الْعِزَّةُ وَ لِرَسُولِهِ وَ لِلْمُؤْمِنِينَ
İzzət yalnız Allaha, Onun Peyğəmbəri (s) və mö’minlərə məxsusdur. (Munafiqun surəsi, ayə 8)
قَلَ رَسُول الله (ص): الغيْرَةُ مِنَ الإِيمَانِ
Allahın Rəsulu (s) buyurubdur: Qeyrət imandandır. (Mən–la–yəhzuruhul–fəqih, cild 3, səh. 444)
اِنَّ اللهَ يُحِبُّ مِنْ عِبَادِهِ الغَيُور
Həqiqətən Allah taala öz bəndələrindən qeyrətlisini çox istəyir. (Mizanul–hikmət, cild 7, səh. 357)
Düşmən qoşunundan bəzisi imam Hüseynin (ə) şəhid olmasını güman edib xeymələrə hücum etmək istədikdə imam (ə) fəryad edib buyurdu:
إِنْ لَمْ يَكُنْ لَكُمْ دِينٌ وَ كُنْتُمْ لاَ تَخَافُونَ الْمَعَادَ فَكُونُوا اَحْرَارًا فِى دُنْيَاكُمْ
Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa heç olmasa dünyada qeyrətiniz olsun. (Bihar, cild 45, səh. 49)
قَالَ الإمَام الحُسَيْن (ع) -مِنْ كَلامِهِ يَوْمَ عَاشُورَاءَ-: لا وَ اللهِ لاَ اُعْطِيكُمْ بِيَدِى إعطَاءَ الذَّليلِ وَ لاَ اَفِرُّ فِرَارَ العَبِيدِ
Aşura günü imam Hüseyn (ə) düşmən qarşısında şücaətlə belə buyurdu: “Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram.” (Əl–irşad, səh. 235)
قَالَ الإمَام الحُسَيْن (ع) -مِنْ كَلامِهِ يَوْمَ عَاشُورَاءَ-: ألا وَ إنَّ الدَّعىَّ ابنَ الدَّعىِّ قَدْ رَكَزَ بَيْنَ اثنَتَيْنِ بَيْنَ السُّلَّةِ وَ الذِلَّةِ وَ هَيْهَاتَ مِنَّا الذِلَّةُ
Aşura günü imam Hüseyn (ə) buyurdu: “Agah olun, bilin ki bu zinazadə oğlu zinazadə (ibni Ziyad) iki şeyin arasında saxlayıb ya zəlilcəsinə bey’ət edim, ya da qılıncla doğranım. Heyhat-heyhat, zillət bizdən çox-çox uzaqdır!” (Əl–Lühuf, səh. 97)
هَيْهَاتَ مِنَّا الدَّنِيَّة، هَيْهَات مِنَّا الذِّلَّة
Aşura günü imam Hüseyn (ə) düşmənlərin müqabilində bu şüarı şücaətlə buyurub: “Heyhat-heyhat, alçaqlıq və zillət bizdən çox-çox uzaqdır.” (Tühəful–uqul babu hikəmil imam Hüseyn (ə))
المَوْتُ اَوْلَى مِنْ رُكُوبِ الْعَارِ
Ölüm alçaqlıqdan yaxşıdır. (Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
مَوْتٌ فِى عِزٍّ خَيْرٌ مِنْ حَيَاةٍ فِى ذُلٍّ
İmam Hüseyn (ə) buyurubdur: “İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.” (Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
فَاِنِّى لاَ اَرَى الْمَوْتَ اِلاَّ سَعَادَةً وَ الْحَيَاةَ مَعَ الظَّالِمِينَ اِلاَّ بَرَمًا
Həqiqətən mən ölümü səadət və zalımlarla yaşamağı alçaqlıqdan başqa bir şey bilmirəm. (Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
لَيْسَ شَاْنِى شَاْنُ مَنْ يَخَافُ الْمَوْتَ
İmam Hüseyn (ə) buyurub: “Mənim şənim ölümdən qorxan adamın şəni kimi deyil.” (Ehqaqul–həqq, cild 11, səh. 601)
Başqa bir yerdə buyurub:
اَبِالْمَوْتِ تُخَوِّفُنِى
Məni ölümlə qorxudursunuz?
…مَرْحَبًا بِالْقَتْلِ فِى سَبِيلِ الله
Afərin! Allah yolunda ölümə. (Əyanuş–şiə, cild 1, səh. 581)
On birinci əsrin şairlərdən biri İmam Hüseynin (ə) dilindən belə söyləyir:
اِنْ كَانَ دِينُ مُحَمَّدٍ لَمْ يَسْتَقِمْ اِلاََّ بِقَتْلِى فَيَا سُيُوفُ خُذِينِى
“Əgər Məhəmmədin (s) dini mənim ölümümlə qalarsa, ey qılınclar doğrayın məni!” (Mosuətu kəlimatul–İmam Hüseyn (ə), səh. 445)
قَالَ رَسُولُ الله: مَنْ اَقَرَّ بِالذِّلِّ طَائِعًا فَلَيْسَ مِنَّا اَهْلَ البَيْتِ
Peyğəmbəri Əkrəm (s) buyurub: “Hər kəs öz meyli ilə zilləti qəbul etsə, biz Əhli-beytdən deyil.” (Bihar, 74-cü cild, səh. 162)
مَنْ سَمِعَ رَجُلاً يُنَادى يَا لَلْمُسْلِمِينَ فَلاَ يَجِبْهُ فَلَيْسَ بِمُسْلِمٍ
Allahın Rəsulu (s) buyurubdur: Əgər bir şəxs eşidə ki, bir nəfər fəryad edir: Ey müsəlmanlar yetişin mənim dadıma! Əgər ona cavab verməzsə, müsəlman deyildir. (Bihar, cild 71, səh. 339)
مَنْ سَمِعَ وَاعِيَتَنَا اَوْ رَاىَ سَوَادَنَا فَلَمْ يُجِبْنَا وَ لَمْ يُغِثْنَا كَانَ حَقًّا عَلَى اللهِ عَزَّ وَ جَلَّ اَنْ يُكِبَّهُ عَلَى مِنْخَرَيْهِ فِى النَّارِ
İmam Hüseyn (ə) buyurub: Əgər bir şəxs bizim fəryadımızı eşidə, ya bizim qaraltımızı görə, amma bizə kömək etməyə və fəryadımıza yetişməyə Allahın haqqı vardır ki, onu üzü üstə cəhənnəmə atsın. (Mosu’ətu–kəlimatil–imamil–Hüseyn (ə), səh. 369)
قَالَ الإمام الحسين (ع): هَلْ مِنْ نَاصِرٍ يَنْصُرُنِى وَ هَلْ مِنْ مُعِينٍ يُعِينُنِى، هَلْ مِنْ ذَابٍّ يَذُبُّ عَنْ حَرَمِ رَسُولِ اللهِ صلى الله عليه و آلِهِ و سلَّم
Aşura günü imam Hüseyn (ə) buyurub: “Mənə kömək edəcək bir köməkçi varmı? Mənə yardım edəcək bir yardımçı varmı? Peyğəmbərin itərtindən (Əhli-beytindən) müdafiə edəcək bir müdafiəçi varmı?” (Bihar, 45-ci cild, səh. 46)
لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ
Sevdiyiniz şeylərdən (Allah yolunda) ehsan etməyincə həqiqətə və yaxşılığa çatmazsınız. (Ali–İmran surəsi, ayə 92)
رِضًا بِقَضَائِكَ وَ تَسْلِيمًا لِأَمْرِكَ وَ لاَ مَعْبُودَ سِوَاكَ يَا غِيَاثَ المُسْتَغيثينَ
Aşura günü imam Hüseyn (ə) buyurub: “Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa mə’bud yoxdur, ey fəryad edənlərin fəryadına yetəni.” (Məqtəlul–Huseyn (ə), 283)
رضىَ اللهِ رِضَانَا اَهْلَ الْبَيْتِ
“Biz Əhli-beytin razılığı Allahın razılığıdır.” (Bihar, 44-cü cild, səh. 666)
«فَتَلَقَّى آدم من ربّه كلماتٍ»
«Sonra Adəm öz Pərvərdigarından müəyyən kəlmələri öyrəndi.» (Bəqərə surəsi, ayə 37)
Müfəssirlərdən bə’ziləri bu ayəni təfsir edərkən belə bir rəvayət nəql edirlər ki, Adəm peyğəmbər ərşdə həmin kəlmələri gördü, həzrəti Cəbrail (ə) də nazil olub, bu kəlmələri ona öyrətdi:
يَا حَمِيدُ بِحَقِّ مُحَمَّد، يَا عَالِىّ بِحَقِّ عَلِى، يَا فَاطِرُ بِحَقِّ فَاطِمَة، يَا مُحْسِنُ بِحَقِّ الحَسَن، يَا قَدِيمَ الإِحْسَان بِحَقِّ الْحُسَيْن
Ya həmidu bihəqqi Muhəmməd, ya ali bihəqqi Əli, ya fatiru bihəqqi Fatimə, ya muhsinu bihəqqi-l-Həsən, ya qədimə-l-ehsan bihəqqi-l-Hüseyn.
“Sonra Adəm peyğəmbər həzrəti Cəbraildən (ə) soruşdu ki, niyə axırıncı ada yetişdikdə qəmgin oluram? Həzrəti Cəbrail (ə) imam Hüseynin (ə) Kərbəladakı müsibətini ona xəbər verdi.» (Nəfəsü–l–məhmum, səh. 22)
وَ فِى الْحَدِيثِ فِى تَفْسِيرِ (كهيعص)
“Məryəm” surəsinin müqəttəə hərfləri barəsində nəql olunubdur ki, «كاف» «kaf» Kərbəlaya, «هاء» «ha» həlakətə, «ياء» «ya» Yəzidə, «عين» «əyn» Hüseynin ətəşinə (susuzluğuna), «صاد» «sad» Hüseyn ibni Əlinin (ə) səbrinə işarədir.
Həzrət Əliin (ə) məktəbinin yetirməsi olan həzrət Zeynəbin (s) böyüklüyü, imanının gücü, öz xaliqinə müti’ olmağı o dərəcəyə yetişmişdi ki, Aşura günündə isti Kərbəla çölündə tikə-tikə doğranmış əziz və istəkli qardaşının başı üzərində duraraq öz Allahına xitab edir:
اَللّهُمَّ تَقَبَّل مِنَّا هذَا القُرْبَان
İlahi bizdən bu qurbanı qəbul et. (Həyatu–l–imamu–l–Hüseyn (ə), cild 2, səh. 301)
İbni Ziyad Kufədə küdurət və qəzəblə həzrət Zeynəbi-Kubraya (s) dedi: “Allahın əmri və işini qardaşın və ailənlə necə gördün?”
İmam Hüseynin (ə) məktəbinin davamçısı olan həzrəti Zeynəb (s) İbni Ziyadın sözünün qarşısında belə buyurdu:
مَا رَأَيْتُ إِلاَّ جَمِيلاً
Mən gözəllikdən başqa bir şey görmədim. (Bihar, cild 45, səh. 116)

Комментарии

  • 30 авг 2020 19:10
    Labbeiyk ja Husein
  • 30 авг 2020 20:13
    AŞURA ZİYARƏTİ
    Əs-salamu ələykə ya Əba Əbdillah. Əs-səlamu ələykə yəbnə Rəsulillah. Əs-səlamu ələykə yəbnə Əmiril-mumininə vəbnə Səyyidil-vəsiyyin. Əs-səlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail-aləmin. Əs-səlamu ələykə ya sarəllahi vəbnə sarih, vəl-vitrəl-məvtur. Əs-səlamu ələykə və ələl-ərvahilləti həllət bifinaik, ələykum minni cəmiən səlamullahi əbədən ma bəqiytu və bəqiyəl-ləylu vən-nəhar. Ya Əba Əbdillah, ləqəd əzumətir-rəziyyətu və cəllət və əzumətil-musibətu bikə ələyna və əla cəmii əhlil-islam, və cəllət və əzumət musibətukə fis-səmavati əla cəmii əhlis-səmavat, fələənəllahu ummətən əssəsət əsasəz-zulmi vəl-covri ələykum Əhləl-bəyt, və ləənəllahu ummətən dəfəətkum ən məqamikum və əzalətkum ən məqamikum və əzalətkum ən məratibikumul-ləti rəttəbəkumul-lahu fiha, və ləənəllahu ummətən qətələtkum və ləənəllahul-muməhhidinə ləhum bittəmkini min qitalikum, bəritu iləllahi və iləykum minhum və min əşyaihim və ətbaihim və ovliyaihim, ya Əba Əbdillah, inni silmun li-mən saləməkum və hərbun li-mən harəbəkum ila yovmil-qiyaməh, və ləənəllahu alə ziyadin və alə mərvan, və ləənəllahu bəni uməyyətə qatibətən və ləənəl-lahubnə mərcanətə və ləənəllahu umərəbnə səd, və ləənəllahu şimrən və ləənəllahu ummətən əsrəcət və əlcəmət və tənəqqəbət liqitalik, biəbi əntə və ummi, ləqəd əzumə musabi bik, fəəsəlullahəl-ləzi əkrəmə məqaməkə və əkrəməni ən yərzuqəni tələbə sarikə məə imamin mənsurin min Əhli-bəyti Muhəmmədin səlləllahu ələyhi və alih. Əllahumməcəlni indəkə vəcihən bil-Husəyni ələyhis-səlam, fid-dunya vəl-axirəh, ya Əba Əbdillah, inni ətəqərrəbu iləllahi və ila Rəsulihi və ila Əmiril-mumininə və ila Fatimətə və iləl-Həsəni və iləykə bimuvalatikə və bil-bəraəti mimmən əssəsə əsasə zalikə və bəna ələyhi bunyanəhu və cəra fi zulmihi və covrihi ələykum və əla əşyaikum, bəritu iləllahi və iləykum minhum, və ətəqərrəbu iləllahi summə iləykum bimuvalatikum və muvalati vəliyyukum və bil-bəraəti min ədaikum vən-nasibinə ləkumul-hərb, və bil-bəraəti min əşyaihim və ətbaihim, inni silmun limən saləməkum və hərbun limən harəbəkum və vəliyyun limən valakum və əduvvun limən adakum. Fəəsəlullahəl-ləzi əkrəməni bi mərifətikum və mərifəti ovliyaikum, və rəzəqənil-bəraətə min ədaikum ən yəcələni məəkum fid-dunya vəl-axirəh, və ən yusəbbitə li indəkum qədəmə sidqin fid-dünya vəl-axirəh, və əsəluhu ən yubəlliğənil-məqaməl-məhmudə ləkum indəllah, və ən yərzuqəni tələbə sarikum məə imamin hudən zahirin natiqin bil-həqqi minkum və əsəlullahə bi həqqikum və biş-şənil-ləzi ləkum indəh, ən yutiyəni bimusabi bikum əfzələ ma yuti musabən bimusibətihi musibətən ma əzəməha və əzəmə rəziyyətəha fil-islami və fi cəmiis-səmavati vəl-ərzi. Əllahumməcəlni fi məqami haza mimmən tənaluhu minkə sələvatun və rəhmətun və məğfirəh. Əllahumməcəl məhyayə məhya Muhəmmədin və Ali-Muhəmməd, və məmati məmatə Muhəmmədin və Ali-Muhəmməd. Əllahummə innə haza yovmun təbərrəkət bihi bənu uməyyətə vəbnu akilətil-əkbadil-ləinubnul-ləini əla lisanikə və lisani Nəbiyyik, səlləllahu ələyhi və alih, fi kulli movtinin və movqifin vəqəfə fihi Nəbiyyukə səlləllahu ələyhi və alih. Əllahummələn əba sufyanə və muaviyətə və yəzidəbnə muaviyətə ələyhim minkəl-lənətu əbədəl-abidinə və haza yovmun fərihət bihi alu ziyadin və alu mərvanə biqətlihimul-Hüsəynə sələvatullahi ələyh. Əllahummə fəzaif ələyhimul-lənə minkə vəl-əzabəl-əlim. Əllahummə inni ətəqərrəbu iləykə fi hazəl-yovmi və fi movqifi haza və əyyami həyati bil-bəraəti minhum vəl-lənəti ələyhim və bil-muvalati li-nəbiyyikə və ali Nəbiyyikə ələyhi və ələyhimus-səlam
  • 30 авг 2020 23:00
    Labbeiyk ja Husein
  • 2 сен 2020 00:20