"İsmi-əzəm" duası

"İstiftah" duası adı ilə məşhur olan bu duanı İmam Sadiq (ə) öz süd anası Fatimə bint Abdullaha oğlunu zindandan xilas etmək üçün öyrətmişdir. Bu du iki cür (az fərqlə) rəvayət olunmuşdur. Bu rəvayət Hakim Həsəkaninin "Fəzailu şəhri Rəcəb" kitabından götürülmüşdür. Həmçinin Şeyx Səduq da bu duanı rəvayət etmişdir ki, Hakimin rəvayətindən fərqlənir.
Hakim Həsəkaninin rəvayəti:
"Xəbər verdi bizə Hakim Əbu Tahir Məhəmməd bin Əmhəd əl-Cəvriyyu, xəbər verdi bizə Əbu Yəla Ələvi Həmədani, xəbər verdi bizə Əbu Hüseyn Məhəmməd bin Hüseyn Dinəvəri, xəbər verdi bizə Yəqub bin Nuəym bin Əmr bin Qərqarətə, xəbər verdi bizə Cəfər bin Əhməd bin Əbdul Cəbbar Yənbui Mədinə şəhərində, İbrahim bin Übeydullah bin Əladan ki, o deyir: xəbər verdi mənə Fatimə bint Əbdullah bin İbrahim ki, dedi:
"Əbu Cəfər Mənsur Dəvaniqi ərim Əbdullah bin Həsən bin Həsən bin Əli bin Əbitalibi (ə) və iki oğlumu (Məhəmməd və İbrahim) öldürdükdən sonra üçüncü oğlum Davudu zindana saldı. Bir müddət onsuz yaşadım. Neçə vaxt idi ondan xəbər ala bilmirdim. Onun nicatı üçün Allah-Taalaya yalvarır və ağlayırdım. İbadət əhli olanlardan da onun nicatı üçün dua etmələrini xahiş edirdim. Amma bir faydası yox idi.
Bir gün İmam Cəfər Sadiq bin Məhəmməd (ə) yanına getdim. Bu zaman O xəstə idi və mən onun üçün dua edib, səhhəti ilə maraqlandıqdan sonra, O (ə) məndən soruşdu: Ey Ümmü Davud, oğlun Davuddan nə xəbər?
(Davud İmam Sadiqin (ə) xanımlarından süd əmmişdi, yəni İmama (ə) süd oğlu sayılırdı və ya Şeyx Səduqun yazdığına görə İmam Sadiq (ə) Davudun süd qardaşı idi – Fəzailu əşhurus-səlasə, s.32, hədis:14).
Mən Ona (ə) dedim: Haradadır Davud! Mən uzun müddətdir ondan ayrılmışam. O İraqda zindandadır.
İmam Sadiq (ə) buyurdu: "Bəs niyə "İstiftah" duasını oxumursan? O bir duadır ki, onunla göyün qapıları açılar. Bu duanın oxuyanın arzu və istəyi həmin saat qəbul olar. Allah-Taala bu duanın oxuyanın duasının qəbul edər və onu cənnət əhli edər.
İmama (ə) dedim: Bu dua necə oxunur?
İmam Sadiq (ə) buyurdu: Ey Davudun anası! Allahın böyük haram ayı "RƏCƏB" yaxınlaşır. Və o bir aydır ki, onda dualar qəbul olar. Bu aydan üç günü (13, 14 və 15-ci günləri) oruc tut. Üçüncü gün (ayın 15-i) zöhr (günorta) vaxtı qüsl ver. Səkkiz rəkət zöhrün nafiləsini qıl və qunutda çox dua et. Sonra Zöhr (günorta) namazını qıl. İki rəkət nafilə də Zöhr namazından sonra qıl. Bu iki rəkətdən sonra da səkkiz rəkət namaz qıl. Sonra Əsr (ikinti) namazını qıl. Əsr namazını qıldıqdan sonra üzü qibləyə otur və yüz dəfə "Fatihə" və sonra yüz dəfə də "İxlas (Tövhid)" surəsini oxu. Sonra 10 fədə "Ayətəl-kursi"ni oxu. Sonra "Ənam", "Kəhf", "Yasin", "Saffat", "Hamim əs-Səcdə", "Hamim əyn-sad-qaf", "Hamim Duxan", "Fəth", "Mulk" və "İnşiqaq" surələrini oxu. Bundan sonra üzü qibləyə oludğun halda aşığıdakı duanı oxu:
"Sədəqəllahulləzi la ilahə illa huvəl həyyul qəyyum, zul cəlali vəl ikram, əlləzi ləysə kəmislihi şəyun və huvəs-səmiul bəsir. Və bəlləğət rusuluhu risalatihi və ənə bizalikə minəş-şahidin.
Əllahummə ləkəl həmdu və ləkəl məcdu və ləkəl qəhru və ləkən-ni`mətu və ləkər-rəhmətu və ləkəl məhabətu və ləkəl əzəmətu və ləkəs-sultanu və ləkəl imtinanu və ləkət-təsbihu və ləkət-təqdisu və ləkət-təhlilu və ləkət-təkbiru və ləkə ma yura və ləkə ma la yura və ləkə ma fəvqəs-səmavatil ula və ma təhtəs-səra və ləkəl axirətu və ləkəl ula və ləkə ma tərza minəs-sənai və ləkəl həmdu vəş-şukru vən-nə`mau.
Əllahummə səlli əla Cəbrəilə əminikə əla vəhyik vəl qəviyyi əla əmrik vəl mutai fi səmavatik və məhalli kəramatik vəl mutəhəmmili likəlimatik vən-nasiri liənbiyaikəl mudəmmiri əla ə`daik.
Ya mən əla fəstə`la fəkanə bil-mənzəril ə`la. Ya mən qərubə fədəna və dəudə fənə`a və əliməs-sirrə vəxfa.
Ya mən ləhut-tədbiru vəl məqadir. Ya mənil əsiru ələyhil yəsir. Ya mən huvə əla ma yəşau qədir.
Ya mursilər-riyah. Ya faliqəl isbah. Ya baisəl ərvah. Ya zəl cudi vəs-səmah.
Ya raddə ma fatə. Ya munşirəl əmvat. Ya zəl cəlali vəl ikram. Ya həyyu ya qəyyum. Ya həyyu hinə la həyy. Ya həyyu muhyil məvta. Ya həyyu la ilahə illa əntə bədius-səmavati vəl ərz.
Ya ilahi səlli əla Muhəmmədin və ali Muhəmməd. Kəma səlləytə və barəktə və tərəhhəmtə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid. Vərhəm zulli, vənfiradi və faqəti və xuzui bəynə yədəykə, və`timadi ələykə və təzərrui iləykə.
Ədukə duaəl xaziiz zəlilil xaşiil xaifil muşfiqil baisil fəqiril həqir, əl-aizil mustəciril muqirri bizənbihi, əl-mustəğfir min rəbbihi, duaə mən əsləməthu siqətuhu və rəfəzəthu əhibbətuhu və əzumət fəciətuhu, duaə həzinin zəifin məhinin baisin miskin.
Əllahummə və əsəlukə bi ənnəkə məlikun muqtədir. Və ənnəkə ma təşau min əmrin yəkun və ənnəkə əla kulli şəyin qədir.
Və əsəlukə bihurmətiş-şəhril həram, vəl bəytil həram vəl bələdil həram vəl məşəril həram vər-rukni vəl məqam vəl məşairil izam və qəbri nəbiyyikə Muhəmməd (s).
Ya mən vəhəbə li Adəmə Şəysən və li İbrahimə İsamilə və İshaq. Ya mən rəddə Yusufə əla Yəqub. Və ya mən kəşəfə bə`dəl bəlai zurrə Əyyub və ya raddə Musa əla ummihi və ya mən zaidəl Xizrə fi ilmihi və ya mən vəhəbə li Davudə Suləyman və li Zəkəriyya Yəhya. Və li Məryəmə isa və ya hafizə binti Şuəyb və ya kafilə vuldi Musa. Əsəlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd. Və ən təğfirə li zunubi kulləha və tucirəni min əzabik və tucibə li rizvanəkə və əmanəkə və ğufranəkə və cinanəkə və ihsanək.
Və əsəlukə ən təfukkə ənni kullə kulfətin bəyni və bəynə mən yu`zini və təftəh li kullə babin və tulinə li kullə sə`bin və tusəhhilə əla kullə əsir və tuxrisə ənni kullə natiqin bisuin və təkuffə ənni kullə bağin və təmnəə ənni kullə zalimin və hasidin və təkfini kullə aiqin yuhavilu təfriqən bəyni bə bəynə taətikə və yusəbbitəni ən ibadətik.
Ya mən əlcəməl cinnəl mutəmərridin. Və qəhərə utatəş-şəyatin. Və əzəllə riqabəl mutəcəbbirin. Və rəddə kəydəl musəllitinə ənil mustəzəfin. Əsəlukə biqudrətikə əla ma təşa və təshilikə lima təşa, ən təcələ li qəzaə hacəti fima təşa.
(Sonra yerə səcdə et, yanaqlarını topağa sürt və de:)
Əllahummə ləkə səcədtu və ləkə aməntu, fərhəm zulli və faqəti".
Və çalış gözlərin az da olsa yaşarsın ki, bu duanın qəbul olma nişanəsidir. Dedkilərimi hifz et. Və bu duanı batil yolda işlədənlərə öyrətmə ki, onda "İsmi əzəm" vardır. Elə bir "İsmi əzəm" ki, əgər səninlə istəyin arasına yer-göy və dəryalar fasilə salsada belə onunla dua etsən qəbul olar və onunla nə istəsən Allah-Taala diləyini verər və arzularına çatmağı sənin üçün asan edər. Bu dua ilə Allah-Taala sənin cin və insanlardan olan düşmənlərini sənin üçün zəlil və xar edəcək və səni onların şərrindən qoruyacaqdır.
"Əllahummə səlli əla Mikailə mələki rəhmətikə vəl məxluqi lirə`fətikə vəl mustəğfiri liəhli taətik.
Əllahummə səlli əla İsrafilə hamili ərşikə və sahibis-suril muntəzəri liəmrik, əl-vəcilil muşfiqi min xifətik.
Əllahummə səlli əla həmələtil ərşit-tahirin və ələs-səfərtil kiramil bərərə və əla məlaikətikəl kiram, ya zəl cəlali vəl ikram.
Əllahummə səlli əla əbina Adəmə bədii fitrətik, əlləzi əkrəmtəhu bi sucudi məlaikətik və ibahəti cənnətik.
Əllahummə səlli əla ummina Həvvaəl-mutəhhərti minər-rics, əl-mutərəddidəti bəynə məhallis quds.
Əllahummə səlli əla Habilə və Şəysin və İdrisə və Nuhin və İbrahimə və Musa və Lutin və Davudə və Suləymanə və Zəkəriyya və İsa və İşi`ya və İrmiya və Daniyalə və Uzəyrin və Şəmunə və Harunə və Yuşə vəl Xizri və Zil-Qərnəyn və Yunusə və İlyasə vəl Yəsəi və Zil Kifli vəl Həvariyyinə vəl ətbai.
Əllahummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd. Və barik əla Muhəmmədin və ali Muhəmməd. Kəma səlləytə və barəktə və trəhhəmtə əla İbrahimə və ali İbrahim, innəkə həmidun məcid.
Əllahummə səlli ələş şuhədai vəs suədai və əimmətil huda vəl əbdali vəl əvtadi vəs suyyahi vəl ibadi vəl muslihin vəz zuhhadi və əhlil cəddi vəl ictihad və xəssis Muhəmmədən və əhlə bəytihi bi əfzəli sələvatikə və əfzəli kəramatikə və bəlliğ ruhəhu təhiyyətən və səlamən və zidhu fəzlən və şərəfən və kərəma, hətta tubliğəhu ə`la dərəcati əhliş-şərəfi minən-nəbiyyin vəl mursəlin vəl əfazilil muqərrəbin.
Əllahummə səlli əla mən səmməytə və mən ləm usəmmi min məlaikətikə və ənbiyaikə və rusulikə və əhli taətik və əvsil sələvati iləyhim və ila ərvahihim vəcəlhum ixvani fikə və ə`vani əla duaikə. Vəstəşfi bikərəmikə ila kərəmik və bicudikə ila cudik və birəhmətikə ila rəhmətik və biəhli taətikə iləyk.
Əllahummə inni ədukə bikulli ma səələkə əhədun minhum min məsələtin şərifətin ğəyri mərdudətin və bima dəəvkə bihi min də`əvtin mucabətin ğəyi muxibə.
Ya Allahu ya rəmanu ya rəhimu ya kərimi ya həlimu ya əzimu ya cəlilu ya cəmilu ya kəfilu ya vəkilu ya muqil.
Ya muciru ya xəfiru ya muniru ya xəbiru ya mubini ya mudilu ya muciru ya kəbiru ya qədiru ya səbiru ya şəkur.
Ya bərru ya zahiru ya satiru ya muhitu ya qərib. Ya vədud ya həmidu ya mubdiu ya muidu ya şəhid. Ya muhsinu ya mucmilu ya munimu ya mufzilu ya qabizu ya basitu. Ya hadi ya mursilu ya murşidu ya musəddid. Ya mu`tu ya maniu ya dafiu ya baqi ya xəllaq. Ya rəzzaqu ya vəhhabu ya təvvabu ya fəttahu ya nəffau. Ya nəffahu ya mən biyədihi kulli miftah, ya rəufu ya ətuf ya kafi ya şafi ya muafi ya vəfiyyu ya muhəymin. Ya əzizu ya cəbbaru ya mutəkəbbiru ya səlamu ya mo`minu ya əhədu ya səmədu ya fərdu ya vətru ya quddus. Ya nasiru ya munisu ya baisu ya varisu ya alim. Ya hakimu ya bariu ya musəvviru ya mustəcibu ya daim. Ya qaimu ya qədimu ya əlimu ya həkimu ya cəvad. Ya barru ya sarru ya adilu ya fazil. Ya dəyyan ya hənnanu ya mənnan".
(Fatimə dedi) Mən duanı yazdım və evə döndüm. Rəcəb ayı daxil oldu. İmam Sadiq (ə) buyurduğu kimi əməl etdim. Gecə yatdım və yuxuda salavat göndərdiyim bütün peyğəmbərlər, salehlər, şəhidlər və mələkləri gördüm. Peyğmbərimiz (s) mənə buyurdu: "Ey Ümmü Davud! Bəşarət verirəm sənə ki, gördüklərin hamısı sənin köməklərindir və sənin üçün istiğfar və dua edir və istəyinin rəva olacağını sənə bəşarət verirlər. Sənə bəşarət veririəm ki, Allah-Taala oğlunu hifz edəcək və sənə qaytaracaq".
(Fatimə dedi) Bu zaman yuxudan oyandım. Bu hadisədən az bir müddət (iti yerişli süvarinin İraqdan Mədinəyə getdiyi vaxt qədər) keçmişdi ki, Davud evə gəldi. Onun vəziyyətini soruşdum.
(Davud) Dedi: "Rəcəb ayının ortaları idi. Mən ağır dəmirlər arasında zindanda idim. Bu zaman gözümün önündə üfüq parçalandı və səni namaz qılan halda gördüm. Ətrafında başları göydə və ayaqları yerdə olan kişilər gördüm. Onların əynində yaşıl libaslar var idi və sənin üçün dua edirdilər. Bu zaman onlardan biri ki, gözəl üzü, təmiz paltarı, gözəl ətri var və cəddim Peyğəmbərə (s) oxşayırdı, mənə dedi: "Ey möminə qadının oğlu! Bəşarət olsun sənə ki, ananın duası sənin haqqında qəbul oldu". Bu zaman mən özümə gəldim. Və gördüm ki, Mənsur Dəvaniqinin məmuru qapıda dayanıb. Məni Mənsurun yanına apardılar. Əmr elədi zəncirləri mənim əl-ayağımdan açdılar. Mənə hörmətlə yanaşıb, 50000 dirhəm də pull verdi. Və bu gün azad olub gəldim".
Müəllif (Həsəkani) deyir: "Əbu Yəla Ələvi (hədisin ravisi) Ələvilərdən olan Həmzə bin Məhəmməd bin Əhməd bin Cəfər bin Məhəmməd bin Zeyd bin Əli bin Hüseyn bin Əli bin Əbu Talibdir (ə).[1] Və Qazi Əbu Bəkr Əhməd bin Hüseyn Hiyəridən eşitdim ki, Əbu Yəlanın barəsində belə deyir: "Eşitdim şərif, fəqih, fazil və alim – ki, hüsndə, əxlaqda və müxtəlif fəzilətlərdə onun kimisini görməmişəm, Əbu Yəla Həmzə bin Məhəmməd bin Əhməd bin Cəfər... və hədisi rəvayət edir".
Hafiz Hakim Əbu Əbdillah deyir: "O (Əbu Yəla) Peyğəmbər ailəsinin öz zamanında ulduzu, nəcabət və nəsil baxımından şərəfli və söz, rəftar və iradə baxımından vüqarlı, alicənab və hörmətli bir adam idi. İslam Şeyxlərində onun kimisini görməmişəm. 330-ci hicri ilində Nişapura gəldi. İsa məhəlləsində yaşadı. 346-cı ilin Rəcəb ayının ortasında vəfat etdi. Cənazəsini Qəzvinə apardılar".
Müəllif (Həsəkani) deyir: "Bu duanı (Ümmi davud = İstiftah) Xorasana o gətirdi. Xorasanın şeyxləri və tanınmış hədis alimləri bu duanı ondan rəvayət edib, onu təsdiqlədilər. Və onun kimi səciyyəvi xüsusiyyətlərə malik bir adam heç vatx yalana və hədis qondramasına müttəhim ola bilməz. Bundan əlavə bu hədisi başqaları da başqa sənədlərlə nəql etmişdir ki, mən başqa yerlərdə (kitablarımda) bu sənədləri bir yerə toplamışam. Burada isə bu qədər kifayət edər.
Allah-Taalanın adı bütün hallarda Məhmud (həmd-sitayiş olunan) və izzətlidir. O bizə kifayət edər və O ən yaxşı köməkdir. Və Məhəmməd (s) və onun bütün övladlarına Allahın salam və salavatı olsun".
Qeyd:
Bu kiçik risalənin əlyazma nüsxəsi İİR-in Məşhəd şəhərində İmam Rzanın (ə) müqəddəs hərəminin kitabxanasında 429-cu hicri ilində yazılan kitablar rəfində 12405-ci nömrə ilə mövcuddur. Bu kiçik risalə bir para kitablar ilə təmir işləri zamanı İmam Rzanın (ə) hərəminin divarında tapılmışdır. Ehtimal olunur ki, bu nüsxənin sahibi onu oğrular və düşmən hücumlarından qorumaq üçün burada gizlətmişdir. Bu nüsxəni divarın arasından hicri tarixi ilə 1389-cu ildə tapıblar, oraya qoyulma tarixi isə məlum deyildir.
[1] -Bu hədisi Şeyxuş-şəirə və hafizuş-şiə Şeyx Səduq Məhəmməd bin Əli bin Hüseyn bin Musa bin Babuveyh (Allahın onun məqamını uca etsin) öz "Fəzilu şəhri Rəcəb" kitabında Əbu Yəladan beş müxtəlif sənədlə nəql etmişdir.

"İsmi-əzəm" duası - 802976511547
Gülü Zəhra
#GülüZəhra

Комментарии

Комментариев нет.