Комментарии
- 7 авг 2018 22:35Rustem SalmanovAllah namaz qilmaqi hamiya qismət etsin
- 7 авг 2018 22:36Rustem SalmanovŞükür allahaki mende qiliram şükür allaha
- 7 авг 2018 22:36Rustem SalmanovAllah hamiya kömək olsun hamiya amin
- Rustem SalmanovКомментарий удалён.
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Hz.ƏBƏLFƏZL ABBAS (Hacətlər Qapısının) Aşiqləri
:--- ---
DƏSTƏMAZI POZAN HALLAR
Bedenden sidik, nəcis, qan, məni, məzi, vədi kimi bir mayelərin xaric olması. Allah-Təala dəstəmaz alması lazım gələn şəxsdən bəhs edərkən; “Sizdən biriniz ayaqyolundan gəlmişsə…”[1] deyə buyurmuşdur. Burada böyük və kiçik tualet ehtiyacı nəzərdə tutulmuşdur. Digər tərəfdən Allahın Rəsulu (s.ə.s) üzrlü (istihazəli) olan Fatma binti Əbu Hübeyşəyə (r.anha) belə buyurmuşdur: “Əgər bu ay başı qanıdırsa, bilinən qara qandır. Əgər belədirsə namaz qılma. Başqa cürdürsə o vaxt dəstəmaz al və namaz qıl. Bu, çatlaq damardan gələn qandır.”[2]
Yel buraxmaq. Hz. Peyğəmbər (s.ə.s) yel buraxıb buraxmadığında şübhəyə düşən şəxsin səs və ya bir qoxu hiss etmədikcə dəstəmazı pozulmayacağını bildirmişdir.[3]
Bədənin hər hansı bir yerindən qan, irin və ya başqa bir mayenin çıxması. Bədəndən çıxan qan, axmadığı və ya çıxdığı yerin ətrafına yayılmadığı müddətcə dəstəmazı pozmaz. Yaradan çıxan irin və ya sarı suyun hökmü də belədir. Bu mayelerin əl və ya bir əski ilə silinməsi dəstəmazı pozmaz.Ağız dolusu qusmaq: Hz. Peyğəmbər (s.ə.s): “Qusmaq dəstəmazı pozar”[9]˗ buyurmuşdur. Ağız dolusu yemək, su, laxtalanmış qan və ya öd kimi şeyləri qaytarmaq dəstəmazı pozar. Bəlğəm isə hardan gəlirsə gəlsin tüpürcək hökmündədir və dəstəmazı pozmur.
Şafei və malikilərə görə isə qusmaqla dəstəmaz pozulmaz.[10]
Ağlın dərk etmə qabilyyətini itirdiyi hallarda dəstəmaz pozulur. Huşunu itirmək, ağlını itirmək, sərxoşluq və ya epilepsiya tutmaları bunlar arasında sayıla bilər.
Yatmaq. İnsanın özünə hakim ola bilməyəcəyi şəkildə yatması dəstəmazı pozur. Yanı, axrxası və üzü üstə uzanaraq, bardaş quraraq, dirsəklərinə söykənərək, ayaqlarını yan tərəfə çıxarıb oturaraq, namaz xaricində səcdə halında yatan şəxsin dəstəmazı pozulmuş sayılır. Həmçinin oturmuş vəziyyətdə bir şeyə söykənən şəxs söykəndiyi əşya çəkiləndə yıxılcaq şəkildə yaslanaraq yatıbsa dəstəmazı pozulmuş sayılır. Sadalanan hallarda bədən boşalır və yuxu ilə birlikdə hiss etmə duyğusu da zəifləyir. Bədənin boşalmsı səbəbiylə yel çıxa bilər. Burada dəstəmazın əsl pozulma səbəbi qazın çıxmasıdır. Namaz qılarkən yaxındakı şəxslərin eşidə biləcəyi səslə, yəni qəhqəhə ilə gülmək. Hədisdə; “Sizdən biriniz namazda qəhqəhə ilə gülərsə yenidən dəstəmaz alsın və namaz qılsın.”[Tənasül orqanına axıntının gəlməməsi üçün qoyulan tampon çıxarıldıqda və islandıqda dəstəmaz pozulur.