Züleyxa həzrət Mühəmmədin (s) məhəbbəti ilə hörmət qazanırİmam Sadiq əleyhis-salamdan rəvayət olunur ki, Yusif əleyhis-salam Misirin səltənət taxtına çıxandan sonra, Züleyxa qocalıb əldən düşürdü.

Bütün sərvətini də əldən vermişdi. Bir gün Züleyxa bir nəfərə dedi: Yusifin yanına get! Ona de ki, Züleyxa səninlə bir dəfə söhbət etmək istəyir. Həmin adam Züleyxaya qulaq asmadı. O, Züleyxaya dedi: Sən, bütün etdiyin əməllərlə yanaşı ikinci dəfə necə üzün gəlir Yusiflə söhbət edəsən? Züleyxa ona dedi: Həzrət Yusif dünya əhli deyil, o, Allahdan qorxur. Elə buna görə də məni incitməyəcək. Xülasə, həmin şəxs Həzrəti Yusif əleyhis-salama dedi: Züleyxa səninlə görüşmək istəyir. Yusif əleyhis-salam Züleyxaya icazə verdi. Züleyxa Yusif əleyhis-salamı görən kimi dedi: Allaha şükr olsun ki, itaət, ibadət vasitəsilə Misirin əzizinin şahlığını sənə qismət etdi. Misirin əzizini isə Allaha itaətsizlik etdiyinə görə onu alçaltdı.
Yusif əleyhis-salam Züleyxadan, onun sevgisi barəsində soruşdu. Züleyxa ərz etdi: “Sənin gözəlliyin məni sənə aşiq etdi.”
Yusif əleyhis-salam buyurdu: Əgər axırıncı Peyğəmbərin zahirdə və batində məndən gözəl olan camalını görsəydin nə edərdin?
Züleyxa ərz etdi: Düz buyurursan.
Yusif əleyhis-salam buyurdu: Sən bunu haradan bilirsən?
Züleyxa ərz etdi: Axırıncı Peyğəmbərin adını eşidən kimi onun məhəbbəti qəlbimə doldu.
Elə həmin saat Cəbrail Həzrəti Yusif əleyhis-salamın yanına nazil oldu, dedi: “Pərvərdigari-aləm buyurur ki, Biz Züleyxanı dost tuturuq, çünki, o, Həzrəti Mühəmmədi dost tutur.”
Sonra Yusifə nida çatdı ki, gərək Züleyxa ilə evlənsin. Və Yusif də Züleyxa ilə evləndi.Müəllif: Şəhid Ayətullah Seyyid Əbdülhüseyn Dəstğeyb

Züleyxa həzrət Mühəmmədin (s) məhəbbəti ilə hörmət qazanırİmam Sadiq əleyhis-salamdan rəvayət olunur ki, Yusif əleyhis-salam Misirin səltənət taxtına çıxandan sonra, Züleyxa qocalıb əldən düşürdü. - 849516504379

Комментарии