Əgər bir nəfər istəsə ki, evlənməsi asanlıqla baş tutsun və uşağı olsun bu duani oxusun.

"Əl- Xəvass” kitabında rəvayətdir ki, əgər bir nəfər subaydırsa və istəyirsə ki, evlənməsi asanlıqla baş tutsun və uşağı olsun, üç gün ardıcıl oruc tutsun.
Üç gün oruc tutduğu müddətcə gecələr yatarkən aşağıdakı ayəni iyirmi bir dəfə oxuyub Allahdan hacətini istəsin və yatsın.
Ayə budur:
bu yerdən oxunur: "Rəbbəna həb ləna min əzvacina və zurriyyatina qurrətə ə'yunin vəc'əlna lil muttəqinə imama”(Tərcüməsi: Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam et! - təqvalıların öndə gələni et) (Furqan 74)
Ailə qurana kimi, hər ay bu əməli bir dəfə yerinə yetirsin, hacəti qəbul olar.

Комментарии