Surə “Zəlzələ” mənasına gələn adını ilk ayəsindən alır. Musaflarda və ilk tərtib kitablarında Zəlzələ adı ilə yanaşı Zilzal adı ilə də anılmışdır. Buxari və Tirmizidə yer alan rəvayətlərdən surənin səhabənin dilindəki adının “iza zulzillət” olduğunu öyrənirik. Musaf sıralamasında 99 surə olsa da nüzul sıralamasında təxminən 31-ci yerə yerləşdirilib. Məkkədə nazil olan surələrdəndir. Mövzusu və üslubu buna dəlildir. İbn Məsud, İbn Abbas, Mücahid, Katadə və Dahhaq kimi müfəssirlərimiz də onun Məkkə surələrindən olduğunu söyləmişlər. Mədinədə nazil olduğunu söyləyənlər Əbu Said əl-Hudri hadisəsinə istinad etmişlər. Bu səhabə Rəsulullaha “Böyük və kiçik hər etdiyimi görəcəyəmmi?” deyə sual vermiş, Rəsulullahın “Bəli” cavabından çox üzülərək “Vay mənim halıma!” demişdir. Rəsulullah onu Maidə surəsinin 9-cu ayəsi ilə təsəlli etmişdir: “Allah, inanan və saleh əməl işləyənlərin günahlarını bağışlayacağını və möhtəşəm bir mükafata qovuşacaqlarını vəd etmişdir” (İbn Əbi Hatim). Halbuki bu rəvayət surənin nüzul səbəbinə dəlil ola bilməz. Bu hadisəni sadəcə o səhabənin sözü gedən ayəni Mədinədə oxuyub anladığına və Quranın davamlı olaraq insanın daxili dünyasına xitab etdiyinə dəlil olaraq qəbul etmək daha doğrudur. Nazil olduğu zamanı təyin etmək çətin olsa da təxminən Nübuvətin 4-cü ilinə aid edə bilərik. Surə Kufə məktəbinə görə 8 ayədir. 6-cı ayəni iki ayə hesab edən cumhurun (çoxluğun) görüşünə görə isə 9 ayədir. [1] Surənin vermək istədiyi əsas mesaj: “Ey insan! Allahdan heç bir şeyi gizləyə bilməzsən! Yer üzünü param-parça edib altını üstünə çevirən Allahı aldada bilməzsən! Yer üzünü danışdırıb ona həqiqəti söylədən Allahın gücünü düşün! Əgər bunu düşünsən anlayarsan ki: “Kim zərrə qədər yaxşılıq edərsə onu görəcəkdir. Kim də zərrə qədər pislik eləsə onu görəcək.” (7-8) Musaf sıralamasında Beyyinə surəsindən sonra gələn Zəlzələ surəsi sanki o surənin son cümləsinə cavab verir. “Biz nə zaman mükafata qovuşacağıq” deyə sual vermək istəyənlərə cavab olaraq “Yer üzü özünə xas sarsıntı ilə sarsıldığı zaman” deyilir. MƏAL VƏ TƏFSİRİ Rəhman və Rəhimli Allahın adı ilə 1. Yer üzü (anidən) qorxunc bir zəlzələ ilə sarsıldığı zaman, 2. Bütün maddi və mənəvi yükünü çıxartdığı zaman, 3. İnsan: “Buna nə olub?” deyəcəyi zaman, 4. Məhz o dəhşət günü, yer üzü dilə gəlib (şahid olduqlarını) bir-bir xəbər verəcək; 5. Çünki sənin Rəbbin ona (da əmrini) vəhy etmişdir. 6. Məhz o dəhşət günü bütün insanlar etdiklərinin onlara göstərilməsi üçün (pərişan və üzgün bir halda) qrup-qrup toplanacaqlar. 7. Kim zərrə qədər yaxşılıq etmişsə onu görəcək; 8. Kim zərrə qədər pislik etmişsə onu görəcək.
)) EHLi-BEYT MEKTEBİ ((
:🌷 Zehra ❤
Zelzele suresi
Surə “Zəlzələ” mənasına gələn adını ilk ayəsindən alır. Musaflarda və ilk tərtib kitablarında Zəlzələ adı ilə yanaşı Zilzal adı ilə də anılmışdır. Buxari və Tirmizidə yer alan rəvayətlərdən surənin səhabənin dilindəki adının “iza zulzillət” olduğunu öyrənirik. Musaf sıralamasında 99 surə olsa da nüzul sıralamasında təxminən 31-ci yerə yerləşdirilib.
Məkkədə nazil olan surələrdəndir. Mövzusu və üslubu buna dəlildir. İbn Məsud, İbn Abbas, Mücahid, Katadə və Dahhaq kimi müfəssirlərimiz də onun Məkkə surələrindən olduğunu söyləmişlər. Mədinədə nazil olduğunu söyləyənlər Əbu Said əl-Hudri hadisəsinə istinad etmişlər. Bu səhabə Rəsulullaha “Böyük və kiçik hər etdiyimi görəcəyəmmi?” deyə sual vermiş, Rəsulullahın “Bəli” cavabından çox üzülərək “Vay mənim halıma!” demişdir. Rəsulullah onu Maidə surəsinin 9-cu ayəsi ilə təsəlli etmişdir: “Allah, inanan və saleh əməl işləyənlərin günahlarını bağışlayacağını və möhtəşəm bir mükafata qovuşacaqlarını vəd etmişdir” (İbn Əbi Hatim). Halbuki bu rəvayət surənin nüzul səbəbinə dəlil ola bilməz. Bu hadisəni sadəcə o səhabənin sözü gedən ayəni Mədinədə oxuyub anladığına və Quranın davamlı olaraq insanın daxili dünyasına xitab etdiyinə dəlil olaraq qəbul etmək daha doğrudur. Nazil olduğu zamanı təyin etmək çətin olsa da təxminən Nübuvətin 4-cü ilinə aid edə bilərik. Surə Kufə məktəbinə görə 8 ayədir. 6-cı ayəni iki ayə hesab edən cumhurun (çoxluğun) görüşünə görə isə 9 ayədir. [1]
Surənin vermək istədiyi əsas mesaj: “Ey insan! Allahdan heç bir şeyi gizləyə bilməzsən! Yer üzünü param-parça edib altını üstünə çevirən Allahı aldada bilməzsən! Yer üzünü danışdırıb ona həqiqəti söylədən Allahın gücünü düşün! Əgər bunu düşünsən anlayarsan ki: “Kim zərrə qədər yaxşılıq edərsə onu görəcəkdir. Kim də zərrə qədər pislik eləsə onu görəcək.” (7-8)
Musaf sıralamasında Beyyinə surəsindən sonra gələn Zəlzələ surəsi sanki o surənin son cümləsinə cavab verir. “Biz nə zaman mükafata qovuşacağıq” deyə sual vermək istəyənlərə cavab olaraq “Yer üzü özünə xas sarsıntı ilə sarsıldığı zaman” deyilir.
MƏAL VƏ TƏFSİRİ
Rəhman və Rəhimli Allahın adı ilə
1. Yer üzü (anidən) qorxunc bir zəlzələ ilə sarsıldığı zaman,
2. Bütün maddi və mənəvi yükünü çıxartdığı zaman,
3. İnsan: “Buna nə olub?” deyəcəyi zaman,
4. Məhz o dəhşət günü, yer üzü dilə gəlib (şahid olduqlarını) bir-bir xəbər verəcək;
5. Çünki sənin Rəbbin ona (da əmrini) vəhy etmişdir.
6. Məhz o dəhşət günü bütün insanlar etdiklərinin onlara göstərilməsi üçün (pərişan və üzgün bir halda) qrup-qrup toplanacaqlar.
7. Kim zərrə qədər yaxşılıq etmişsə onu görəcək;
8. Kim zərrə qədər pislik etmişsə onu görəcək.