9 янв 2015

Rəssam, sevgilimin rəsmini gəl çək,Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,Qoy onun nazını mən özüm çəkim...Çək onun saridan sari teliniÇək, rəssam çək onun incə beliniGözünə çatanda saxla əliniCan alan gözünü mən özüm çəkimÇək Tanrı verdiyi gözəl qulunuÇək dörd bir yanını, sağı solunuÇək onun keçdiyi həyat yolunuQoy ayaq izini mən özüm çəkim

Комментарии