İslam höküməti padşah hakimiyyəti və imperiya höküməti kimi deyildir.

Bu kimi hökümətlərdə hakimlar quldurluq edirlər.İslam höküməti bu kimi hökümət üsulundan uzaqdır.Buna görə də İslam hökümətində böyük saraylar,binalar,büdcənin yarısını özünə ixtisas verən vəliəhd dəftərxanası kimi təşkilat yoxdur. Həzrət Peyğəmbər (ə) özü hökümət başçısı ikən,sadə yaşayışı var idi.O Həzrətdən sonra Bəni-Ümeyyə dövrünə kimi bu üsul davam edirdi. Birinci və ikinci xəlifə bir sıra işlərdə uyğun hərəkət etməmələrinə rəğmən sadə yaşamağa riayət edirdilər.Sonra, xüsusilə Osman dövründə azğınlıqlar baş verdi.Həzrət Əli dövründə hökümət üsul-idarəsi düzəldi.O Həzrət İran, Misir, Hicaz və Yəmən kimi böyük ölkələrə başçılıq etməsinə baxmayaraq bir yoxsul tələbə kimi yaşayırdı. Rəvayətə görə iki köynək alıb lap yaxşısını qulamı Qənbərə verdi,özü isə uzun qollu köynəyi götürüb, qolunu qısaldıb geyindi.Əgər bu üsul-idarə davam etsəydi və hökümət islam üsulu ilə olsaydı bu kimi fəsadlar və üzdən iraq işlər baş verməzdi.
İmam Xomeyni (r.ə)

Комментарии

Комментариев нет.