Həsənqulu (Qorxmaz) Qasımov

Həsənqulu Qaçay oğlu Qasımov 1969-cu il iyunun 9-da
Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdu. 1986-cı
ildə Qubadlı qəsəbə orta məktəbini bitirmişdi. O, həm də
gözəl idmançı idi.
1987-1989-cu illərdə ADR-da hərbi xidmətdə olmuşdur.
Hərbi xidməti başa vurduqdan sonra, bir gün belə
dincəlmədən silaha sarılmış, torpaqlarımızın müdafiəsinə
qalxmışdır. İlk döyüş yolu Şuşa şəhərindən başlamış, Laçında
davam etmiş, doğma Qubadlıda sona çatmışdır. Laçın şəhəri
işğal olunarkən o, el arasında “Qorxmazçılar” adı qazanmış
taqımı ilə köməyə gəlmiş və 108 nəfəri mühasirədən
çıxarmışdır. Sonra Həsənqulunun başçılıq etdiyi taqım
Qubadlı rayonuna göndərilmişdi. O, ömrünün sonuna qədər
Ermənistanın sərhədində yerləşən Yuxarı Cibikli kəndi və
onun ətrafını qorumuşdur. Bununla belə onun tagimi
nümunəvi taqımlardan olduğu üçün rayonun ən qaynar
nöqtələrinə köməyə də göndərilirdi.
El arasında onu Həsən Qorxmaz adı ilə çağırılırdılar.
Həsən Qorxmaz adını isə əslində böyük bir hadisə ilə bağlı
olaraq özü qəbul etmişdir. 1992-ci il mayın 18-də 100 nəfərlik
dəstə ilə Laçın şəhərinə girmək istəyən Həsənquluya qarşı
təxribat törədilmiş və güllələr komandirini qoruyan cəsur
Qorxmaz Baxşıyevin sinəsini şan-şan etmişdir. Həsənqulu
sürücü Qorxmaz Əlövsət oğlu Baxşıyevlə Şuşada tanış
olmuşdur. Cəsurluğu, qorxmazlığı ilə öz adını doğruldan bu
igid döyüşçü elə komandirinin həyatını da, öz həyatı bahasına
xilas etmişdir...
Bu igid Azərbaycan oğluna sonsuz məhəbbət bəsləyən
Həsənqulu onun adını özünə ləqəb götürmüşdür: Həsən
Qorxmaz.
Həsən Qorxmazın son döyüşü 1992-ci il dekabrın 10-da
Yuxarı Cibikli kəndində olmuşdur. Qoxmazçıların yaratdığı
postların alınmaz qala olduğunu təsdiq edən düşmən həmin
gün irimiqyaslı hücuma keçmişdir. Qüvvələrin qeyri-bərabər
olduğu bu döyüşdə cəsur döyüşçü, igid, bacarıqlı komandir
Həsən Qorxmaz qəhrəmanlıqla həlak oldu. Həsən Qorxmazın
cəsarətli döyüşləri el arasında onu əfsanəvi qəhrəmana
çevirmişdir, bütün Qubadlı camaatının qəlbində o, belə
qalmışdır.
Məzarı Qubadlı Şəhidlər xiyabanındadır.
Subay idi.
04.10.1994-cü ildə Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif
olunmuşdur...

Həsənqulu (Qorxmaz) Qasımov - 553412313870
Həsənqulu (Qorxmaz) Qasımov - 553412320270
Həsənqulu (Qorxmaz) Qasımov - 553412325134
Həsənqulu (Qorxmaz) Qasımov - 553412328718

Комментарии