ETİBAR İSMAYILOV

Etibar Bəylər oğlu İsmayılov
Doğum tarixi: 29 mart 1964.
Doğum yeri: Ağcabədi rayonu, Azərbaycan SSRİ
Vəfatı: 4 yanvar 1994 (29 yaşında)
Vəfat yeri: Xocavənd rayonu, Azərbaycan Respublikası
Vəfat səbəbi: şəhid olmuşdur.
Atası: Beyler Ismayilov
Anası: Sureyya Ismayilova
Mükafatları: Azərbaycanın Milli Qəhrəmanı
Etibar İsmayılov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
HəyatıI
29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur.1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır.
Döyüşlərdə iştirakı:
Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.
Etibar İsmayılovun şəhid olmasından sonra onun qəhrəmanlığına aid çoxlu şeirlər, dastanlar yazılmışdır.
Subay idi.
Milli Qəhrəman:
Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1994-cü il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Şəhidimizin naşı döyüş meydanında qalmışdır.

ETİBAR İSMAYILOV - 616807017486
ETİBAR İSMAYILOV - 616807032590
Hindarxlı Etibar ismayilov Milli Qehreman Heyder Eliyev dedi Şəxsən Hindarxlı balasi

Комментарии

Комментариев нет.