21 дек 2015

“Avropa Gənclər Paytaxtı 2016” adı ilə Gəncəni LGBT (lesbiyanlar, geylər, biseksual və transgenderlərin) bayraqlarına bürüdülər.

Gəncə kimi, gənclərinin 70-80% illərdir işsizlikdən, şəraitsizlikdən əziyyət çəkən bir şəhərin hansı göstəricilərə, hansı nailiyətlərə görə “Avropa Gənclər Paytaxtı 2016” seçildiyini hələlik bir qırağa qoyaq. Sadəcə diqqətimizi cəlb edən başqa bir maraqlı məqam haqda danışaq.
Şəkillərdə siz ən məhşur və "istedadlı" gəncləri görə bilərsiniz.
Bu, Gəncə şəhər İH-nin başcısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev, Rəsulzadəni təhqi edən "məhşur" deputat Naqif Həmzəyev, Gəncə şəhər İH başçısının müavini Mikayıl Zeynalov və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərovdur.
Yox, onların çoxsaylı "istedlarından" danışmayacayıq indi, bu hamıya məlumdur yəqin. Bu insanların boyunlarına taxdıqları şarflar haqda bəhs etmək istəyirik. Onun hansı bayraqdan götürüldüyünü bilirlərmi bunlar? Bu şarflarda müşahidə olunan göy qurşağı rəngləri isə dünya seksual azlıqlarının ən məhşur rəmzidir. Göy qurşağı rənglərindən ibarət olan bu bayrağı dünyanın müxtəlif yerlərində keçirilən gey-paradlarda görmək olar. Bu bayraq dünyada lesbiyanlar, geylər, biseksual və transgenderlərin (qısa olaraq – LGBT), həmçinin onların hüquqlarına dəstək hərəkatının beynəlmiləl rəmzidir. (Gəncə Müstəqil İnformasiya Portalı)

“Avropa Gənclər Paytaxtı 2016” adı ilə Gəncəni LGBT (lesbiyanlar, geylər, biseksual və transgenderlərin) bayraqlarına bürüdülər. - 813015207339

Комментарии

  • 21 дек 2015 11:27
    Bu ehval ruhiyeynen hansi torpaglari alacig....
  • 2 апр 2017 21:31
    Estafrullah