🌐 Dünyaya aldanmayaq

🔶 İnsan nə qədər pis olsa belə onun canında bir yaxşı damarı vardır.
🔷 Eləcə də nə qədər yaxşı adam olsa da onun canında bir pis damarı vardır.
💎 Ola bilir ki, bir nəfər yaxşı adam olduğu halda o bir pis damarı onu sarsıldır, onu sındırır. Baxırsan ki, yaxşı bir insan biridən birə yolu azdı, Bələm Baur kimi.
🟡 Eləcə də, əksinə, bir pis adam həmin bir yaxşı damarı onun aqibətini yaxşı edir, Hürr kimi.
🔴 Deməli, insan nə qədər ki, sağdır həm islah olmasına ümid var, həm də haqq yoldan azmasına ehtimal var. Odur ki, Şeytan yaxşı insandan onun son nəfəsinədək əl çəkmir.
🔵 Elə isə Yaxşılar məğrur olmasın və lovğalanmasın, əksinə Allah Taala ilə rabitəsini həmişə canlı saxlasın, qəflətdən uzaq olsun, günaha olan meyl və istəyi canından birdəfəlik çıxartsınlar;
🟡 Pislər isə ümidsiz və məyus olmasınlar, tövbə və istiğfara üz tutsun, axirəti və işlərinin nəticəsini düşünsün, bu mübarək Rəcəb ayının fürsətlərindən istifadə edib az müddətə olsa belə təkliyə çəkilsin, dünyanın və özlərinin aqibəti barədə düşünsünlər.
💎 Dostlar, baxın, balaca uşaqlar oyuncaqlar ilə oynadıqları zaman onların arasında həmin oyuncaqlar və hədiyyələr üstündə dava düşür, ağlayırlar, biz bu səhnələrlə rastlaşanda onlara gülürük;
🌐 Dünya da həqiqətdə oyun-oyuncaqdır,
dünya üstündə bizim bir-birinizlə dava etməyimizi,
bir-birimizə paxıllıq etməyimizi,
əlimizdən çıxan dünya malına görə qəm-qüssə çəkməyimizi görən övliya və kamil insanlar da bizə gülürlər.

Комментарии