Sağ əli sol ələ mohtac eyləmə. Sağ gözü sol gözə, kipriyi qaşa, Dodağı gəl dilə möhtac eyləmə. Çəkmə insanları ağır sınağa, Yandırıb qəlbini döndərmə dağa. Bülbülü qondurub nazik budağa, Vəfasız bir gülə möhtac eyləmə. Üzümü tuturam həmişə göyə, Fələyi qoymasın qəddimi əyə. Bir dəfə hüsnünü bəzəsin deyə, Yanağı o telə mohtac eyləmə. Dağlama alışıb yanan sinəmi, Qoyma gözlərimə dumanı, çəni. Ağ mərmər sinəni, incə bədəni, Qumaşa, ya tülə möhtac eyləmə. Ədalət, gəz axtar özünə tayı, Xərcləmə ömrünü yelə havayı. On iki müqəddəs qocaman ayı, Mənasız bir ilə mohtac eyləmə.
GOZELLIK ve SEVGI
:Malik Kerimov
Qadir Allah budur səndən diləyim,
Sağ əli sol ələ mohtac eyləmə.
Sağ gözü sol gözə, kipriyi qaşa,
Dodağı gəl dilə möhtac eyləmə.
Çəkmə insanları ağır sınağa,
Yandırıb qəlbini döndərmə dağa.
Bülbülü qondurub nazik budağa,
Vəfasız bir gülə möhtac eyləmə.
Üzümü tuturam həmişə göyə,
Fələyi qoymasın qəddimi əyə.
Bir dəfə hüsnünü bəzəsin deyə,
Yanağı o telə mohtac eyləmə.
Dağlama alışıb yanan sinəmi,
Qoyma gözlərimə dumanı, çəni.
Ağ mərmər sinəni, incə bədəni,
Qumaşa, ya tülə möhtac eyləmə.
Ədalət, gəz axtar özünə tayı,
Xərcləmə ömrünü yelə havayı.
On iki müqəddəs qocaman ayı,
Mənasız bir ilə mohtac eyləmə.