Badi-səbadan qeyri

Bizdə hər şey satılır, bircə həvadan qeyri,
Bizdə hər şey tapılır, zülmə
dəvadan qeyri.
Nikolaydan nə ki, qalmışdı, təmamən tükənib,
Kasıbın heç nəyi yox, indi tavadan
qeyri.
Türk vurduqca bizə, «pak-maya»nı
paklanırıq,
Bizdə hər bir maya var, yerli
mayadan qeyri.
Elə bil ki, anadan «ustul»un
üstündə olub,
Tüpürür hər şeyə şöhrətlə paradan qeyri.
Dərəni, dağı alıb, kəndimi həm bağı alıb,
Mənə bağdan nə qalıb, abi-qoradan qeyri.
Bir fəqirəm ki, qapım kimsələr
açmaz, bunu bil,
O «Xlor bacı» ilə badi-səbadan
qeyri.
Babadan bərk yapışın, yoxsa
qalarsız Babasız,
Sizə kim həsr eləyər, şer Babadan
qeyri.
( Baba Pünhan )
Paylasan: Duymecik

Badi-səbadan qeyri
 - 837527536027

Комментарии