24 օգս 2016

● Tənhalıq haqqında 6 hədis ●

İmam Əli (ə.s) buyurur: Camaatdan ayrılan, pak Allahın həmdəmi olar. (Ğurərul-Hikəm, hədis 8644)
-
İmam Sadiqdən (ə.s) guşənişinliyin səbəbləri barədə soruşdular. O Həzrət (ə.s) buyurdu: Zəmanə korlanmış və qardaşlar dəyişmişlər.Buna görə də qəlb rahatlığını tənhalıqda tapdım. (Biharul-Ənvar, cild 47, səh 60)
-
İmam Əli (ə.s) buyurur: Hər kim camaatdan kənara dursa, zərərlərindən amanda qalar.
(Ğurərul Hikəm,hədis 8151)
-
İmam Həsən Əskəri (ə.s) buyurur: Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir. (Biharul-Ənvar, cild 70, səh 111)
-
Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: Camaatla ünsiyyətdə olub onların əziyyətlərinə səbr edən mömin, camaatla ünsiyyətdə olmayıb, onların əziyyətlərinə dözməyən mömindən daha üstündür. (Kənzul-Ummal,səh 686)
-
Allahın Peyğəmbəri (s.a.v.v) (İbadət üçün dağa getmək istəyən kişiyə xitabən): Sizlərdən biri İslam dünyasının hansı bir nöqtəsində onun üçün çətin olana dözsə, bu onun qırx il təklikdə və xəlvətdə ibadətlə məşğul olmasından daha yaxşıdır.
(Əd Durrul Mənsur, cild 1, səh 161)

● Tənhalıq haqqında 6 hədis ● - 837787394775

Մեկնաբանություններ

Մեկնաբանություններ չկան: