​8 noyabr - Zəfər Günüdür

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə. 🇦🇿

"Salam Əsgər".Qarabağda tarix yazanlar haqda video çarx.
​8 noyabr - Zəfər Günüdür - 981582981973
​8 noyabr - Zəfər Günüdür - 981582982229
​8 noyabr - Zəfər Günüdür - 981582982485
​8 noyabr - Zəfər Günüdür - 981582982741
​8 noyabr - Zəfər Günüdür - 981582982997
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən iki il ötür.

2020-ci il noyabr tarixində 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq!

Zəfər Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmışdır.


Zəfərin mübarək, Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Var olsun Rəşadətli Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!
​8 noyabr - Zəfər Günüdür - 981583369045

Комментарии

  • 6 ноя 2024 11:19
    d4f54318d1
  • 6 ноя 2024 11:39
    Фотография
  • 6 ноя 2024 20:34
    Allah shehidlerimize rehmet elesin, qazilerimize Allah can sagligi versin
  • 8 ноя 2024 10:42
    VID-20241108-WA0007.mp4
    Фотография
  • 8 ноя 2024 13:57
    Эта победа наряду с Азербайджаном стала источником гордости и вдохновения для всего тюркского мира.
    Как сообщает в пятницу Day.Az со ссылкой на АЗЕРТАДЖ, об этом, в частности, говорится в поздравительном письме Президента Турции Реджепа Тайипа Эрдогана, адресованном Президенту Азербайджана Ильхаму Алиеву по случаю 8 ноября - Дня Победы.
    ФотографияФотография